Rus qırıcısinin atdığı raket Suriya dəniz piyada bölümünü vurub, nəticədə 17 əsgər həlak olub, 26 nəfər isə yaralanıb.
Baki-xeber.com-un Habertürkə istinadən xəbərinə görə, Suriyanın Palmira şəhərində yerləşən İŞİD qüvvələrinə qarşı həyata keçirilən əməliyyata Rusiya qırıcıları da havadan dəstək verib. Bu arada qırıcıların atdığı bir raket isə yanlışlıqla Suriya ordusunun elit qüvvələrini vurub.
"Al-Masdar News” də xəbər verir ki, rus qırıcılarının atdığı raket İŞİD-ə qarşı qurudan hərəkət edən Suriya dəniz piyada bölümünü vurub, nəticədə, komandan da daxil olmaqla, 17 nəfər hərbçi həlak olub, 26 nəfər isə yaralanıb.