Rusiya kəşfiyyatı Belçika rəhbərliyinə İŞİD üzvü üç nəfər tərəfindən Brüsseldə terror aktı planlaşdırıldığı barədə informasiya təqdim edib. Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə "LifeNews” telekanalı xəbər yayıb.
Xəbərə görə, Belarusdan olan İvan və Aleksey Dovbaş qardaşları fevralın axırında ölkəni tərk edərək Belçika ərazisinə keçiblər. Onları yerliləri Marat Yunusov müşayiət edib. 27 yaşlı Aleksey Dovbaşın ilk olaraq İslamı qəbul etdiyi xəbər verilir. Sonradan qardaşı da onun təsiri altına düşür. Kəşfiyyatın məlumatına görə, qardaşlar əvvəlcə Suriya ərazisinə keçərək orada döyüş hazırlığı alırlar və bundan sonra Avropa İttifaqı ərazisinə üz tuturlar. 22 mart tarixində Brüssel metrosunun 3 stansiyasında – "Ar-Lua”, "Şuman” və "Maalbek”də eyni anda partlayış törədilir. Bundan öncə isə intiharçı-bombaçı özünü Brüssel aeroportunda partladır.
Hadisə yerində 3 intihar kəmərinin aşkarlanması onların üçünün də öldüyünü ehtimal etməyə əsas verərdi, metro partlayışları olmasaydı. Hazırkı situasiya isə onlara sonradan qoşulanların olduğunu düşünməyə ciddi əsaslar var.