Bu gün Brüssel aeroportunda terror aktı törədilib. Baki-xeber.com lenta.ru-ya istinadən xəbər verir ki, burada da ardıcıl iki partlayış törədilib. Lakin sonradan TASS xəbər verib ki, üçüncü və dördüncü partlayışlar Brüssel metrosunda baş verib. İlkin məlumata görə, azı 20 nəfər həlak olub. Aeroportun partlayış törədiləm gözləmə zalında tavan insanların üzərinə çökdüyündən yaralıların sayını müəyyən etmək mümkün olmayıb. Partlayışların səbəbi hələlik bəlli olmasa da, böyük ehtimalla, Avropa Birliyi hədəfə alındığı aşkardır.
Hazırda aeroport tamamilə qapadılıb və insanlar təcili evakuasiya olunub. Eyni zamanda aeroporta aparan dəmiryol nəqliyyatı da dayandırılıb.
Şahidlər partlayışdan öncə ərəb dilində qışqırıqlar eşitdiklərini bildiriblər.
XXX
Dövlət televiziyasının yaydığı məlumata görə, ölü sayısı 34-ə yüksəlib, metrodaki hücumda 20, hava limanındakı hücumlarda isə 14 nəfər həyatını itirib. Yaralı sayısının isə 150-ni ötdüyü bildirilir.
Sloveniya xarici işləri Belçikada olan bir diplomatlarının da yaralandığını bəyan edib.
Hadisələrdən sonra Belçika parlamenti, baş nazirlik binası boşaldılıb, AB bütün toplantılarını ləğv edib. NATO-nun Brüsseldəki ofislərində də təhlükəsizlik artırılıb. Fransa-Belçika sərhədindəki quru yolu da bağlanıb. Nüvə obyektlərinin olduğu sahələrdə də təhlükəsizlik tədbirləri gücləndirilib.
Belçika kanalı VTM-in məlumatına görə, polis hava limanında partlamamış bir şəhid kəmər tapıb. Bundan başqa, hava limanında çox sayda silah tapıldığına dair də xəbərlər yayılıb.
Prokurorluq Brüsseldə hava limanı və metro stansiyalarında partlayışların hamısının intihar hücumu olduğunu bəyan edib.
Belçika rəsmilərindən biri ölkənin İkinci Dünya müharibəsindən sonra ilk dəfə ən qaranlıq gününü yaşadığını bildirib.
Hələ təsdiqlənməmiş məlumatlara görə, qanlı hücumlara görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.