Dağıstanda Beynəlxalq ləzgi təşkilatı "Sadval”ın rəhbəri qətlə yetirilib.
Baki-xeber.com RBK-ya istinadən xəbər verir ki, Nazim Hacıyev evinin önündə naməlum şəxslər tərəfindən öldürülüb.
"Nazim Hacıyevin meyiti çoxsaylı xəsarətlərlə aşkarlanıb” – deyə xəbərdə bildirilir.
Faktla bağlı Cinayət işi qaldırılıb.
Xatırladaq ki, ötən ilin 24 mart tarixində hərəkatın fəalı Ruslan Maqomedragimov qətlə yetirilmişdi.