Artıq bir neçə dəfə ölüm xəbəri yayılaraq sonradan təkzib olunan İŞİD lideri Şişaninin öldüyü bu dəfə təsdiqlənib.
Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, onun meyitini İraq ordusunun əsgərləri aşkarlayıb.
"Əsgərlər Ramadinin Əl-Bueyda yaşayış məntəqəsində ərazinin kontrolunu həyata keçirərkən 10 İŞİD üzvünün cəsədini aşkarlayıb, onlardan biri də Ömər əl-Şişanidir”- Ənbar əyalətində xüsusi bölmənin əməliyyatlarına komandanlıq edən general İsmail əl-Mahlevi bildirib.
Qeyd edək ki, Əl-Şişani ləqəbilə tanınan İŞİD lideri əslən Gürcüstanın Pankisi dərəsindəndir, əsl adi isə Tarxan Baturaşvilidir.