Bazar günü günorta saatlarında İstanbulun Beyoğlu rayonunda inzibati binanın önündə intiharçı-bombaçının özünü partlatması nəticəsində 5 nəfər həlak olub, 21 nəfər yaralanıb.
Baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir ki. bu barədə İstanbul valisi Vasib Şahinin açıqlamasında deyilir. Polis helikopterin havadan dəstəyilə hadisə yerində araşdırma aparır.
Terroru bir intiharçının törətdiyi bildirilir.