ABŞ dövlət katibi Con Kerrinnin Moskva səfəri 22-25 mart tarixlərində baş tutacaq. Baki-xeber.com-un xəbərinə görə, bu barədə ТАСС Dövlət Departamentinə istinadən bildirib.
Xatırladaq ki, martın 15-də Kerri Moskvaya səfərinin nəzərdə tutulduğu barədə məlumat vermişdi. O da bildirilmişdi ki, görüşün mövzuları Suriya və Ukrayna münaqişələrinin çözümü, həmçinin ikitərəfli münasibətlərin inkişafı olacaq.
Bununla yanaşı Dövlət Departamentindən o da bildirilib ki, dövlət katibinin Moskva səfərinin Rusiya HKQ-nın Suriyanı tərk etməsilə heç bir əlaqəsi yoxdur.