Türkiyə səfirliyi Azərbaycanda bayram festivalı keçirəcək. Səfirlikdən baki-xeber.com-a verilən məlumata görə, Novruz Bayramı münasibətilə Türkiyə səfirliyinin Kültür və Tanıtma Müşavirliyi, Yunus Əmrə Vəqfinin Bakı təmsilçiliyi və TİKA, Azərbaycanın müxətlif bölgələrində açıq hava konsertlərinə start verir.
19 mart - saat 11:00 Gəncə (Xalqa açıq konsert)
19 mart - saat 17:00 Tovuz (Xalqa açıq konsert)
20 mart - 19:00 Şəki (Şəki Dövlət Dram Teatrı)
21 mart - 19:00 Bakı (Heydər Əliyev Sarayı)
22 mart – 18:00 Naxçıvan. (Mömünə Xatun Türbəsi/Xalqa açıq konsert)
"Türkiyə Respublikası azərbaycanlı qardaşlarının Novruz Bayramını təbrik edir” şüarlı Novruz Festivalında Türk Xalq Rəqsləri ansamblı, əl sənəti ustaları işlərinin nümayişi nəzərdə tutulub.