Pxenyanın bu günlərdə daha iki ballistik raketin sınağını keçirdiyi bəlli olub. CBS News-un xəbərinə görə, faktı Pentaqonda təsdiqləyiblər.
"Bu, BMT Təhlükəsizlik Şurasının müvafiq rezolyusiyasının tələblərinin açıq şəkildə pozulmasıdır” – Pentaqonun rəsmi nümayəndəsi Mişel Baldans bildirib. Əlavə edib ki, Şimali Koreya regionda gərginliyi körükləyən addımlardan çəkinməlidir.
Xəbərdə o da bildirilir ki, çox güman, birinci raketin buraxılması uğursuz alındığı üçün Pxenyan ikinci raketi də buraxıb. Ehtimal olunur ki, bu, orta mənzilli "Nodon” raketləri olub.
Baki-xeber.com