çərşənbə axşamı günü, 03 noyabr 2026
     

KİVDF geniş tədbirlə Novruz bayramı münasibətilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərini mükafatlandırdı (FOTO)

Image


Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb. Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, mətbuat orqanlarının rəhbərləri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan V.Səfərli bildirib ki, müsabiqə 2016-cı il yanvarın 28-dən martın 4-dək Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 15 istiqamət üzrə keçirilib.

Müsabiqəyə 62 kütləvi informasiya vasitəsindən 155 yazının təqdim edildiyini diqqətə çatdıran V.Səfərli yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini vurğulayıb.

Onun sözlərinə görə, 15 istiqamətin hər biri üzrə 6 yazı müəllifi qalib elan edilib, ümumilikdə 90 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə I yerin qaliblərinə 500, II yerlər üçün 400, III yerlər üçün isə 300 manat mükafat verilib.

V.Səfərli əlavə edib ki, belə tədbirlər ənənəvi olaraq keçirilir, bunun özü də mətbuata dəstəkdir: "Fond bir çox layihələr həyata keçirir, çap mediasına birdəfəlik yardım ayırır, müsabiqələr təşkil edir. 2015-ci ildə 11 belə müsabiqə keçirilib. Bundan sonra da müsabiqələr davam etdiriləcək. Hər bir jurnalist müsabiqələrdə fəal olmalıdır”.

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Ə.Həsənov bildirib ki, Novruz bayramı ərəfəsində bu müsabiqənin keçirilməsi artıq ənənə halını alıb: "Bildiyiniz kimi, Novruz bayramı ərəfəsində ənənə halını almış bu müsabiqədə neçənci dəfədir ki, yığışırıq və hər dəfə bizə nəsib olur ki, sizin qarşıdan gələn Novruz bayramınızı təbrik edək. Hər Novruz bayramı ərəfəsində Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən müsabiqə keçirilir, hər dəfə də bu müsabiqələrdə yüzlərlə jurnalist iştirak edir və onların böyük qismi qaliblər kimi mükafatlandırılır və bizə nəsib olur ki, bayramlar ərəfəsində bu mükafatların təqdimat mərasimində iştirak edək. Dünən cənab Prezident İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi. Əlbəttə, həmin təbrikdə sizin də payınız var. Mən də bu təbrikə qoşularaq qarşıdan gələn Novruz bayramı və Novruzdan başlanan 2016-cı il, yəni bizim təqvimlə başlayan 2016-cı ildə hər birinizə, ilk növbədə, şəxsi həyatınızda uğurlar, müvəffəqiyyətlər, ailə həyatınızda xoşbəxtlik, peşəkar jurnalist fəaliyyətinizdə yenə uğurlar və müvəffəqiyyətlər arzu edirəm. Arzu edirəm ki, 2016-cı ildə sizin müvəffəqiyyətləriniz 2015-ci ildəkindən qat-qat çox olsun, 2016-cı ildə problemləriniz keçən ildəkindən daha az olsun. Mən başa düşürəm ki, Azərbaycan cəmiyyətinin, Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətində bəzi problemlər mediamıza da, jurnalistikamıza da öz təsirini göstərib. Siz də cəmiyyətin problemlərindən kənarda qala bilməzsiniz. Amma bilin, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Azərbaycan hakimiyyəti hər şeyi görür, müşahidə edir, hər şey nəzarət altındadır və biz mediamızı heç vaxt çətin vəziyyətdə qoymayacağıq, lazımi dəstək göstərilir, bundan sonra da göstəriləcək".

Prezidentin köməkçisi vurğulayıb: "Bilirsiniz ki, bu günlərdə gecə ilə gündüzün bərabərləşdiyi və bütün Şərq aləminin, o cümlədən müsəlman dünyasının, türk dünyasının qeyd etdiyi Novruz günlərinin sevincini, həyacanını yaşayırıq, bölüşürük. Əlbəttə, Novruz təbiətin harmoniyasının başlanğıcını qoyur. Novruzda torpaqlar isinir, təbiət isinir, çayların suyu artır, müvafiq olaraq təbiət canlanır və qışdan sonra yeni həyat başlayır. Amma cəmiyyətin harmoniyasını siz jurnalistlər, biz məmurlar və bütün Azərbaycan ziyalıları yaradır. Bilirsiniz ki, cəmiyyətdə insanlar arasındakı münasibətlər və bu münasibətlərin harmoniyasının yaradılması, eyni zamanda Azərbaycan jurnalistikasının qarşısında ciddi vəzifələr qoyur. Jurnalistlərimiz cəmiyyətin xoş ovqatını formalaşdırmaq üçün, əlbəttə, gördüklərinin ən yaxşılarını, ən nümunə seçilə biləcək hadisələri qələmə almalıdırlar. Əlbəttə, mən demirəm ki, cəmiyyətimizdəki problemləri, neqativ prosesləri jurnalistlər qələmə almamalıdırlar. Amma bütövlükdə cəmiyyətin xoş ovqatının, cəmiyyət həyatının harmoniyasını formalaşdırmaq üçün, əlbəttə, hər bir hadisədə yaxşı tərəfləri tapmalısınız, sezməlisiniz, onları cəmiyyətə çıxarmalısınız, yaxşı nümunələr kimi təqdim etməlisiniz".

Ə.Həsənov bildirib ki, yaxşı nümunələri çox olan cəmiyyətlərdə harmoniya da yüksək olur və bu harmoniyaya söykənərək cəmiyyət də öz həyatını yaşayır: "İnsan həyatında xoşbəxtlik məhz ayrı-ayrı xoş məqamların cəmləşərək onun həyatında çoxluq təşkil etməsidir ki, bu da, ilk növbədə, qələm əhlindən keçir, Azərbaycan ziyalılarından keçir, yaradıcı insanlardan keçir. Əlbəttə, dövlətin fəaliyyəti müvafiq olaraq bu işlərin başında dayanır. Çünki hər bir insan öz problemlərinin həllini, ilk növbədə, dövlətdən gözləyir və dövlət də bunu anlayaraq hər bir insanın, hər bir vətəndaşın həyatının dolğunlaşdırılmasına, fitavan həyatının təmin olunmasına çalışır. Prezident İlham Əliyev hər bir toplantıda, Nazirlər Kabinetinin hər bir iclasında və yaxud digər çıxışlarında həmişə söyləyir ki, "mən bir Prezident kimi çalışıram ki, Azərbaycanda hər şey yaxşı olsun, hər bir Azərbaycan vətəndaşı xoşbəxt olsun, hər bir Azərbaycan vətəndaşına layiqli həyat təmin edək". Bu siyasətin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin xidmətləri təkcə cəmiyyətimizdə, dövlətimizdə, onun nişanəsi olan Azərbaycan dövlətinin varlığında yaşamır, o cümlədən bu gün sizlərlə birgə paylaşdığımız jurnalistika ilə bağlı jurnalistlərin tədbirlərində yaşayır. Ümummilli lider jurnalistikaya böyük önəm verirdi, böyük əhəmiyyət verirdi. Siz bunu çox yaxşı bilirsiniz. Məhz 1998-ci il 6 avqust fərmanı ilə Azərbaycan jurnalistikasını, sözün həqiqi mənasında, qələm əhlini öz intellekti ilə, öz vicdanı ilə, öz dünyagörüşü ilə üz-üzə qoydu və qələm əhlinin üzərinə böyük məsuliyyət qoyaraq Azərbaycan cəmiyyətində yaşanan proseslərin bütün tərəflərini bir jurnalist peşəkarlığı ilə, bir jurnalist baxışları ilə işıqlandırmaq missiyasını cəmiyyətimizə gətirdi".

Daha sonra tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov da jurnalistləri Novruz bayramı münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.

O, qeyd edib ki, dövlət daim medianın inkişafına diqqət ayırır: "Mətbuat Şurası medianın çap xərclərinin artması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılan vəsaitin artırılması ilə bağlı Azərbaycan Prezidentinə müraciət edib".

Ə.Amaşov deyib ki, Fonda ayrılan vəsaitin artırılması nəticəsində Fondun mediaya ayırdığı yardımların da həcmi artar: "İnanırıq ki, Mətbuat Şurasının müraciətinə müsbət cavab veriləcək”.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissə zamanı tədbir iştirakçıları arasında "yumurta döyüşü" keçirilib. Yarışın qalibi Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova olub. Qalibə noutbuk hədiyyə edilib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirilir

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ