Türkiyə hökuməti Türk qoşunlarının Suriya ərazisində olması barədə Rusiya tərəfinin bəyanatını "iftira” adlandırıb. Baki-xeber.com bildirir ki, bu barədə "Reuters” Türk hərbçilərinə istinadən xəbər verir.
"14 mart 2016-cı il tarixdə bəzi KİV "Türkiyə qoşunlarının Suriya sərhədlərindən bir neçə yüz metr içərilərdə” olduğu barədə Rusiya XİN başçısı Sergey Lavrovun bəyanatını dərc edib. Bu söylənənlər həqiqətə uyğun deyil” – deyə hərbçilər "Daily Sabah”-a bildirib.
Qeyd edək ki, 13 mart tarixində REN TV-yə açıqlamasında Rusiya XİN başçısı Sergey Lavrov Türk qoşunlarının Suriya sərhədlərindən yüzlərlə metr içəriyə girdiyini və hazırda Suriya ərazisində olduqlarını deyib. O bu durumu "sürünən ekspansiya” adlandıraraq bildirib ki, Ankara bununla kürdlərin güclənməsinin qarşısını almağa çalışır.
Öz növbəsində Ankara deyilənləri "iftira” adlandırıb.