Azərbaycan daxili işlər nazirinin birinci müavini postuna təyinat olub. APA-nın məlumatına görə, prezident İlham Əliyevin martın 11-də imzaladığı sərəncamla polis general-leytenantı Vilayət Eyvazov daxili işlər nazirinin birinci müavini təyin edilib.
DİN-dən APA-ya məlumatı təsdiqləyiblər.
V. Eyvazov buna qədər daxili işlər nazirinin əməliyyat işləri üzrə müavini olub.
Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər nazirinin birinci müavini postu yaradılıb.