Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber martın 15-16-da Azərbaycana səfər edəcək. Aİ-nin xüsusi nümayəndəliyindən APA-ya verilən məlumata görə, səfər zamanı H. Salber Azərbaycanda rəsmi şəxslərlə görüşlər keçirəcək.