Türkiyə təyyarələri İraqda kürdlərin mövqelərini bombalayıb.
Baki-xeber.com xəbər verir ki, Türk hərbi aviasiyası PKK-nın İraqın şimalındakı mövqelərinə hücum edib. Bombardmanda 11 Türk təyyarəsi iştirak edərək, 18 nöqtəyə zərbələr endirib. Anadolu Agentliyi bildirir ki, hava zərbələrini 9 F-16, 2 F-4 təyyarəsi həyata keçirib.
Hücumun Ankara teraktının həmən ardından gerçəkləşməsi bunun qanlı olaya cavab xarakteri daşıdığı vesiyasını ortaya qoyur. Xatırladaq ki, bazar günü axşam saatlarında Ankaranın tam mərkəzində törədilən terror aktı nəticəsində 37 nəfər həyatını itirib, 71 nəfər yaralanıb. Xəbərlərdə o da bildirilir ki, teraktın törədildiyi Kızılay meydanı Ankaranın əhalinin ən sıx olduğu yerlərindən biridir. Burada park, ticarət-əyləncə mərkəzi, metro və avtobus dayanacağı ilə yanaşı bir neçə bank da yerləşir.
Bu arada partlayış törədilən avtomobilin hələ 10 yanvar tarixində qaçırıldığı bəlli olub. Avtomobil Şanlıurfada yaşlı bir qadına məxsusmuş. Diyarbəkirdən həmin tarixdə çıxarıldığı deyilən maşının Ankaraya 26 fevralda gətirildiyi ehtimal olunur.