Ankaranın mərkəzində dünən axşam saatlarında meydana gələn partlayış nəticəsində ölənlərin sayı 37-yə yüksəlib.
Türkiyənin NTV kanalının son durumla bağlı məlumatına görə, Ədliyyə tibb mərkəzinə 35 cənazə təslim edilib. Onlardan 12 nəfəri isə ailəsinə təhvil verilib. Xəbərdə bildirilir ki, kimlik təsbiti üçün bəzi tanınmaz hala düşmüş qurbanlar üzərində DNK testi aparılacaq.
Xatırladaq ki, bu, son 5 ayda Ankarada böyük insan tələfatlarına səbəb olan üçüncü partlayışdır.
Onu da xatırladaq ki, son iki partlayış Cumhurbaşqanı Ərdoğanın Bakıya səfəri ərəfəsində baş verir ki, bu da qanlı hadisənin bu iki ölkə arasında yüksək münasibətləri həzm edə bilməyən qüvvələrin işi ola biləcəyini deməyə ciddi əsaslar yaradır.
Samirə