TASS infomasiya agentliyinin məlumatına əsasən, Kreml sözçüsü Dmitri Peskov Türkiyədə baş verən və çoxsaylı insan tələfatına səbəb olan terror aktına görə Türkiyə xalqına başsağlığı verib. Kremldən verilən məlumatda deyilir:
V.Putin Ankarada baş verən növbəti və insani dəyərlərdən uzaq olan terror aktinı qətiyyətlə pisləyir və Türkiyə xalqına başsağlığı verir. Mətbuat katibi Rusiya prezidentinin terror qurbanlarının doğmalarının dərdlərinə şərik olduğunu, yaxınlarına başsağlığı verdiyini və bütün yaralılara şəfa diləyərək tezliklə sağalmalarını arzulayıb.