REUTERS informasiya agentliyi, türk təhlükəsizlik mənbələrinə əsasən, Ankarada törədilən terror aktının PKK və ya ona bağlı bir təşkilat tərəfindən həyata keçirildiyi iddiasını irəli sürüb. Lakin bu iddialar hələ tam araşdırılmadığından bir ehtimal kimi irəli sürülüb.
Terror aktından dərhal sonra Türkiyə baş naziri Ə.Davudoğlunun rəhbərliyi ilə Təhlukəsizlik Şurasının təcili toplantısı çağırılıb və hazırda davam etməkdədir.