Türkiyə prezidenti R.T.Ərdoğanın 15 mart 2016-cı il tarixində Azərbaycana nəzərdə tutulan səfəri öncəsi Ankarada növbəti terror aktı törədilib. Bundan əvvəl Türkiyə prezidentinin Azərbaycana nəzərdə tutulan 17 fevral tarixli səfəri də məhz terror səbəbindən təxirə salınıb. Bütün bunlar yenə də bəzi politoloqlar tərəfindən səsləndirilən və sensasion sayıla biləcək bəzi iddiaları gündəmə gətirəcək. Xatırlatmaq yeinə düşər ki, elə terror nəticəsində təxirə salınan səfər terror aktının məhz Azərbaycan və Türkiyə arasında nəzərdə tutulan yüksək səviyyəli görüşlərə maneçilik yaratmaq məqsədi ilə törədildiyi iddiasını gündəmə gətirmişdi.
Nahid Salayev