Ankaranın Kızılay səmtində axşam saatlarında böyük bir partlayış meydana gəlib. Baki-xeber.com-n yerlı KİV-ə istinadən xəbərinə görə, maşınların yandığı bildirilən bölgəyə təhlükəsizlik qüvvələri, təcili yardim və yanğınsöndürənlər cəlb olunub.
Şahidlər partlayışın yerli vaxtla saat 18.35-də meydana gəldiyini bildirir. Güvenpark yaxınlığında meydana gələn partlayış nətiəsində yaralıların olduğu bildirilir.
Partlayışın gücündən bəzi binaların da zərər gördüyü gələn xəbərlər sırasındadır.
Türkiyənin NTV kanalının xəbərinə görə, partlayış avtobusda baş verib. Avtobus iri biznes-mərkəzin qarşısındakı dayanacaqda olarkən partladılıb. Ankara Valiliyindən verilən ilkin məlumata görə, partlayış nəticəsində həyatını itirənlərin sayı 27 nəfərdir. 75 nəfərin isə yaralandığı xəbər verilir.
Bu gün imtahan günü olduğundan zərərçəkənlər arasında məktəblilərin çoxluq təşkil etdiyi xəbər verilir.
"Reuter" agentliyi Ankaradakı partlayışın arxasında terror təşkilatı PKK-nın olduğuna dair xəbər yayıb. Agentlik məlumatı Türkiyə rəsmilərinə istinadən yayıb.