Suriyanın dövlət başçısı Bəşər Əsədin daha iki əmisi oğlu müxaliflərin hücumu nəticəsində öldürülüb. «Əl Arabiya»nın xəbərinə görə, bunula Əsədin son günlərdə ölən əmisi oğlanların sayı üçə çatıb.
«Al Arabiya»ya məlumat verən qaynaqlar, Bəşər Əsədin əmisi oğlanlarının Türkiyəyə yaxın bir qəsəbədə davam edən qarşıdurmalarda öldürüldüyünü açıqlayıb. Əli və Kifah Əsədin Latakiyadaki qarşıdurmalarda öldürülməsilə, Əsədin son 2 gün içində ölən əmisi oğlanlarının sayı 3-ə çatıb. Bazar günü də Lazkiyə bölgəsində "Şebbiha" komandiri Hilal Əsəd öldürülmüşdü.
Suriyanın dövlət agentliyi SANA Hilalın Latakiyanın Keseb qəsəbəsində qarşıdurmalarda öldürüldüyünü bildirib.
«Reuters» isə suriyalı müşahidəçi qruplara istinad edən xəbərində Hilalın Nusret Cəbhəsi və digər qruplarla qarşıdurmada, yanındakı 7 döyüşçü ilə birlikdə öldürüldüyünü bildirib.
Suriya əsgərləri ilə müxalif müqavimətçi qruplar arasında bu bölgədə cümə günündən şiddətli döyüşlər gedir.