ABŞ rəhbərliyi Suriyanın Vaşinqtondakı səfirliyini bağlayaraq elçilik işçilərini deportasiya edib. ABŞ DövlətDepartamenti qərarını Suriyanın keçən həftə elçilik fəaliyyətlərini böyük ölçüdə təxirə almasına görə verdiyini açıqlayıb.
ABŞ-ın bu qərarının Suriyanın BMT-dəki missiyasına təsir etməyəcəyi gözlənilsə də, bu ayın əvvəlli Dövlət Departamenti Suriyanın BMT-dəki nümayəndələrinin fəaliyyətinə məhdudiyyətlər tətbiq edib .
Ağ Evin sözçüsü Cey Karini administrasiyanın qərarını şərh edərək deyib ki, Əsəd rejiminin Suriya xalqına qarşı törətdiyi qəddar əməllər nəzərə alınaraq, ABŞ hökuməti rejimin təyin etdiyi nümayəndələrin Vaşinqtonda fəaliyyət göstərməsini yolverilməz hesab edir.
Dövlət katibi Con Kerri ABŞ hökumətinin Suriyanın nümayəndəliyinin paytaxtda fəaliyyət göstərməsini təhqir kimi qəbul etdiyini və buna görə də səfirliyi bağlamaq qərarına gəldiyini bildirib.