Bazar günü günü, 15 noyabr 2026
     

İyunda 15 gün artıq dərs şagirdlərin, valideynlərin, xalqın boynunda artıq və ağır yükə çevrilir...

Image


Nadir İsrafilov: “Müd­dət təh­si­lin key­fiy­yə­ti üçün heç də hə­mi­şə əvə­ze­dil­məz me­yar sa­yı­la bil­məz”
Kamran Əsədov: “Kitablar mayın sonunda şagirdlərdən alınır və onlar 15 gün ərzində məktəbə boşuna gedirlər”
Məhərrəm Zülfüqarlı: “Dərslərin iyunun 15-nə qədər uzadılmasına münasibətim mənfidir”

 

Azərbaycanda orta ümumtəhsil məktəblərində dərslərin iyunun 15-də yekunlaşması bütün respublikada geniş müzakirə edilir. Valideynlər də, ölkə ziyalıları da, təhsil mütəxəssisləri də dərslərin iyunun 15-də bağlanmasına etiraz edirlər. Onlar hesab edirlər ki, tədris ili mayın 25-30 arasında başa çatmalıdır. Hətta bununla bağlı sosial şəbəkələrdə qızğın müzakirələr gedir.

Bəzi mütəxəssislər qeyd edirlər ki, dərslər əvvəlki qaydada 1 sentyabr - 30 may tarixləri arasında keçirilməlidir. Onların fikrincə, məktəblərin iyunun 15-də bağlanmasının uşaqların təhsilinə nəinki müsbət təsiri var, əksinə, məktəblilərin bu qədər gec tətilə çıxması onlara həm psixoloji, həm də fiziki cəhətdən mənfi təsir göstərir. Gərgin dərs ilinin başa çatmasını səbrsizliklə gözləyən uşaqlar onun iyunun ortasında başa çatmasını narahatlıqla qarşılayırlar. Məlumdur ki, artıq şagirdlər yorulub və onlar daha tez yay tətilinə çıxmaq istəyirlər. Bu da təbiidir. Onu da vurğulayaq ki, artıq məktəblərdə dərsliklər yığışdırılıb, respublikada ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi yekunlaşıb, bundan əlavə, dərs proqramı tamamilə bitib. Belə olduqda yayın istisində uşaqların məktəbə getməsinə nə ehtiyac var? Ekspertlər qeyd edirlər ki, dərs ilinin bu şəkildə uzadılması uşaqlara psixoloji təsir edir və onların məktəbə marağının azalmasına səbəb olur. Sirr deyil ki, bu gün heç 9, 10 və 11 sinif şagirdləri məktəbin qapısını açmırlar.

Dərs ilinin iyunun 15-də başa çatmasına etiraz edən ekspertlər bildirirlər ki, dərslərin sentyabrın 1-dən başlayıb mayın 30-da bitməsinin uşaqlara daha çox faydası dəyər, nəinki iyunun ortasında bitməsinin. Şagirdlərin gərgin dərs ilindən sonra istirahət etməsinə böyük ehtiyac duyulduğunu vurğulayan ekspertlər bildirirlər ki, uşaqlar yay tətilini səmərəli keçirsələr, növbəti dərs ilinə daha böyük həvəslə gələ bilərlər. 

Vurğulayaq ki, dərs ilinin iyunun 15-dək uzadılması valideyn və şagirdlərdən əlavə, müəllimlərin də narazılığına səbəb olur.

Tanınmış təhsil ekspertləri bizimlə söhbətlərində bildirdilər ki, dərs ilinin iyunun 15-dək uzadılması dərsin keyfiyyətinə müsbət yox, mənfi təsir göstərir. Ekspertlər qeyd edirlər ki, tədris ilini uzadıb şagirdlərə stress yaşatmaqdansa, dərsin keyfiyyətini qaldırmaq daha məqsədəuyğun olardı.

Təh­sil sa­hə­si üz­rə eks­pert Na­dir İs­ra­fi­lo­v “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ga­gird­lə­rin tə­lim yü­kü­nün azal­dıl­ma­sı­nı dərs gün­lə­ri­nin sa­yı­nın ar­tı­rıl­ma­sı he­sa­bı­na de­yil, təh­sil proq­ram­la­rın­da­kı ikin­ci, üçün­cü də­rə­cə­li, qə­liz və la­zım­sız ma­te­ri­al­la­rın sı­xış­dı­rıl­ma­sı yo­lu ilə də həll et­mək olar: “Təh­si­lin sə­mə­rə və key­fiy­yə­ti­nin yük­səl­dil­mə­si­ni onun müd­də­ti­nin uza­dıl­ma­sı ilə həll et­mək nə­in­ki ye­ga­nə yol, həm də o qə­dər də uğur­lu va­ri­ant de­yil. Müd­dət təh­si­lin key­fiy­yə­ti üçün heç də hə­mi­şə əvə­ze­dil­məz me­yar sa­yı­la bil­məz. Mə­sə­lən, bi­zim 6 yaş­lı uşa­ğı mək­tə­bə gön­dər­mə­yi­mi­zə rəğ­mən, dün­ya təh­si­li­ndə nü­mu­nə sa­yı­lan Fin­lan­di­ya­da uşaq­lar mək­tə­bə 7 yaş­dan ge­dir və s. Bey­nəl­xalq təc­rü­bə­ni əsas gö­tü­rü­rük­sə, bil­di­yim qə­dər, dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də dərs ili­nin baş­la­ma və ba­şa çat­ma­sı ta­rix­lə­ri, ənə­nə­vi ola­raq, iq­lim­dən və dərs yü­kün­dən ası­lı ol­ma­ya­raq müx­tə­lif­dir. Mə­sə­lən, Ru­si­ya­da ənə­nə­vi ola­raq 1 sen­tyabr “Bi­lik gü­nü”dür. Mək­təb­li­lə­rin tə­ti­lə yol­lan­dı­ğı ta­rix isə ma­yın 25-dir. Gür­cüs­tan­da dərs ili sen­tyab­rın 10-dan son­ra gə­lən ilk ba­zar er­tə­si gü­nü baş­la­yır. İran­da və Tür­ki­yə­də də dərs­lər sen­tyabr­da baş­la­yıb iyun ayın­da ba­şa ça­tır. Bir çox mək­təb­lər­də “Bi­lik gü­nü” sen­tyabr ayı­nın ilk ba­zar er­tə­si, ya­xud cü­mə ax­şa­mı­na tə­sa­düf edir və s”.

Tanınmış təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov da hesab edir ki, dərs ilinin iyunun 15-dək uzadılması düzgün deyil: “İlk növbədə qeyd etmək istəyirəm ki, standartlar daim dəyişir və yenilənir. Beynəlxalq təhsil standartları da günü-gündən ağırlaşır. Ümumiyyətlə, təhsil dialektikasının qanunudur ki, təhsil standartları daim yenilənməlidir. Mənə elə gəlir ki, nazirlik bunu nəzərdə tutur. Müşahidə etdiyimiz ölkələrin heç birində sentyabrın 15-də dərs başlamır. Hamıda sentyabrın 1-də başlayır, may ayının 25-də bitir. Məsələ bundadır ki, mövzular məlumdur və elə mövzular var ki, həftədə 2-3 dəfə tədris olunmalıdır ki, keyfiyyətli tədris alınsın. İndi onu həftədə 1 dəfə tədris edirlər ki, keyfiyyətdən söhbət belə gedə bilməz. Beynəlxalq standartlarda dərslərlə bağlı müəyyən tədris zamanı nəzərdə tutulub. Bəzən isə zaman bu standartlara əməl etməyə imkan vermir. Sentyabrın 15-dən başlayan və may ayının sonunda bitən dərs ilində o standartları tətbiq etmək mümkün deyil.

Xatırladım ki, 2016-cı ildən etibarən orta məktəblərdə dərs ili iyunun 14-dək uzadıldı. Hansı ki, uzun illərdir Azərbaycanda dərs ili sentyabrın 1-də başlayıb mayın 25-də bitirdi.

Dərslərin sentyabr ayının ortası başlaması normal deyil. Dərs ili bütün dünyada hansı ayda başlayırsa, o ayın əvvəli başlayır. Hətta spesifik ölkə olan Yaponiyada çox fundamental təhsil sistemi mövcuddur və burada dərslər aprelin 1-i başlayır. Yəni tədris ilinin ayın əvvəlində başlaması həm də tədris ilinin başa çatmasını nizamlaya bilər.

İnsanlar uzun müddət tədrisə sentyabrın 1-də başlayıblar və bu da psixoloji cəhətdən rahatlıq yaradır. Burada söhbət 15 gündən gedir. Sanki bu 15 gün ərzində şagirdlər 9 ay ərzində öyrəndiklərindən daha çox bilik qazanırlar. Təhsil sahəsinin zaman-məkan prinsiplərinə, daha çox milli mentalitet, milli psixologiyaya önəm verilsə, daha effektiv olar. Mən də hesab edirəm ki, dərslər və tədris ili 1 sentyabrdan başlamalı və may ayının sonunda bitməlidir. Bu həm də tamlıq deməkdir. İstər dərs saatlarının bölgüsündə, istər istirahət günü məsələsində bu vacibdir. Bu həm də valideynləri yay geyimi almaq üçün əlavə xərclərdən azad edər. Yəni 15 sentyabrda dərs başlayanda şagird yay geyimini 15-20 gün istifadə edə bilər və valideynlər qısa müddətdən sonra yenidən xərcə düşəcək. Amma dərslər 1 sentyabrdan başlasa, şagirdlər alınan məktəbli formasını bir az daha uzun müddət istifadə edəcək. 1 sentyabrdan dərslərin başlamasını vacib edən amillərdən biri də odur ki, şagirdlərin dərsi mənimsəməsi isti aylarda daha aşağı səviyyədə olur. Amma 1 sentyabr və mayın sonu Azərbaycanda sərin hava şəraiti olduğuna görə iyunun isti vaxtlarında şagirdlərin dərsə davam etməsi effektiv olmur.

Yenə də deyirəm, bu, dərs həftəsində hansısa azalma ilə müşahidə olunmayacaq. Çünki 14 iyunda bitən dərsi sentyabrda 15 gün əvvələ çəkməklə bərabərlik təmin olunur. Reallığı deyək ki, onsuz da mayın 20-dən sonra orta məktəblərdə ciddi şəkildə dərslər keçirilmir. Kitablar mayın sonunda şagirdlərdən alınır və onlar 15 gün ərzində məktəbə boşuna gedirlər”.

Tarix üzrə fəlsəfə doktoru, ekspert Məhərrəm Zülfüqarlı da bizimlə söhbətində tədris ilinin iyunun 15-dək uzadılmasına etiraz edir. M.Zülfüqarlı hesab edir ki, bu amil şagirdlərə mənfi təsir göstərir: “Dərslərin iyunun 15-nə qədər uzadılmasına münasibətim mənfidir. Bu barədə dəfələrlə fikrimi bildirmişəm. Tədris ilinin bu qədər uzadılmasının heç bir müsbət effekti yoxdur. Bu, əksinə, uşaqların daha çox yorulmasına, məktəbdən soyumasına səbəb olur. Sovet dövründə rayonlarda məktəbliləri noyabra qədər pambığa aparırdılar və bununla belə, o uşaqlar həm yaxşı oxuyurdular, həm də ali məktəbə yüksək biliklə daxil olurdular. Dərslər sentyabrın 1-i başlayıb mayın 25-də başa çatırdı. Demək istəyirəm ki, tədris vaxtının 15-20 gün uzadılmasının heç bir müsbət tərəfi yoxdur”.

M.Zülfüqarlı, həmçinin, qeyd etdi ki, tədris müddətini uzatmaqdansa, məktəblərdə təhsilin səviyyəsini yüksəltmək lazımdır. Ekspert hesab edir ki, məktəblərdə şagirdlərə yüksək səviyyədə dərslər keçirilərsə, tədris ilinin iyun ayına qədər uzadılmasına ehtiyac qalmaz. “Məktəblərdə yüksək keyfiyyətli dəsrlər keçirilsə, uşaqlarımıza lazımi biliyi vermək olar. Vaxt uzatmaqla keyfiyyətə mənfi təsir göstərir. Bizdə beynəlxalq təcrübəyə baxırlar ki, hansı ölkədə bu proses necə gedir. Bu məsələyə beynəlxalq prizmadan yox, Azərbaycanın öz spesifik xüsusiyyətlərindən yanaşmaq lazımdır” - deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ