Bazar günü günü, 15 noyabr 2026
     

Ağsuda sakinin həyətində aşkarlanan Nərgizava nekropolunda hansı sirlər gizlənir?

Image


“… abidələri qeydiyyata almaqda və əhaliyə təzminat ödəməkdə ləngiyirlər”
“İlk dəfədir Azərbaycanda pilləli torpaq qəbirlər aşkarlanır”

 

Qədim abidələr, kurqanlar, yeraltı və yerüstü maddi-mədəni sərvətlərlə zəngin olan respublikamızda bu abidələrin aşkarlanması, dövlət qeydiyyatına alınması istiqamətində işlər aparılır. Bu gün ölkədə mövcud olan və arxeoloqlar tərəfindən son illər üzə çıxarılan abidələrin bir qismi hələ dövlət qeydiyyatına alınmayıb.

Maddi-mədəni irs nümunələrinin, abidələrin bir qismi sakinlərin həyətyanı sahələrində, onların mülkiyyətində yerləşir. Bu da çox zaman o abidələrin zamanında aşkarlanması sahəsində problemlər yaradır. Onların dövlət qeydiyyatına alınmamasının səbəbi də əsasən bu amillə bağlı olur. 

Son zamanlar şəxsi həyətyanı sahələrdə, evlərin altında olan bəzi arxeoloji abidələr arxeoloqlarımız tərəfindən üzə çıxarılıb.

Son aylar arxeoloqlarımız Ağsu rayonu ərazisində genişmiqyaslı qazıntılara başlayıblar.

Bu barədə MİRAS – Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, mədəni irs üzrə ekspert, arxeoloq Fariz Xəlilli bizimlə söhbətində bildirib. F.Xəlillinin sözlərinə görə, bu gün ölkə ərazisində qazıntılara cəlb edilməmiş abidələrin, kurqanların, nekropolların bir qismi əhaliyə məxsus ərazilərdə yerləşdiyi üçün, arxeoloqların bu sahədə geniş iş görməsinə bəzən  maneə törədir.

Müsahibimizin sözlərinə görə, 2018-ci ilin may ayında AMEA-nın müxbir üzvü Vəli Əliyevin rəhbərlik etdiyi Nərgizava ekspedisiyası Ağsu rayonunun Gəgəli kəndində yerli sakin Sahib Mirzəyevin həyətində 70 kv.m. sahədə arxeoloji kəşfiyyat qazıntısı aparıb. O qeyd etdi ki, qazıntı zamanı yer üstündən 40 sm dərinlikdən başlayaraq şum işləri zamanı dağılmış təbəqənin qarışıq materialları və insan skeletlərinin qalıqları üzə çıxıb. Arxeoloqun bildirdiyinə görə, 80 sm dərinlikdən başlayaraq torpaq qəbirlərdə daha yaxşı saxlanmış skeletlər və ətrafında qoyulmuş saxsı məmulatı, eləcə də metal əşya və bəzək nümunələri aşkar olunub: “Ümumilikdə, indiyə qədər 25 qəbir qeydə alınıb, onların bəzilərində bir neçə skeletə rast gəlinib. Nərgizava abidəsinin qəbirləri pilləli şəkildə dəfnlə xarakterizə olunur. Qəbirlərin skeletinin vəziyyəti sıx və zəif bükülü, başının istiqaməti əsasən şimal-qərbə, sağ böyrü üstə, üzü cənub-şərqə olub, ayaq və baş ucunda nərgizava tipli dördqulplu saxsı maye qabı və digər saxsı su və yemək qabarı qoyulub. Bütün qablar ellin dövrünə xas olan qırmızı oxra ilə rənglənib. Skeletlərin ətrafından müxtəlif rəngləri olan çaxmaqdaşılar da götürülüb. Dəmirdən xəncər, bıçaq, ox ucluqları və nizə ucluqları aşkar olunub. Əksər skeletlərin üzərində ocaq qalanması ayini izlərinə rast gəlinib”.

Qeyd edək ki, indiyə qədər həyətyanı sahələrdə alimlər arxeoloji qazıntılar aparmaq istəyərkən mülkiyyət sahiblərinin maneçiliyi ilə üzləşiblər. Gəgəli kəndində aparılan qazıntılar zamanı sakinlərin hər hansı bir təzyiqi, etirazı ilə qarşılanıb-qarşılanmamalarına gəlincə, F.Xəlilli bildirdi ki, o abidələr dövlət qeydiyyatına alınmadığı üçün sakinlər qazıntılara etiraz edirlər. Budəfəki hadisəyə gəlincə, F.Xəlilli qeyd etdi ki, qazıntı işi zamanı heç bir problemlə üzləşməyiblər: “Nərgizava ekspedisiyası AMEA-nın müxbir üzvü Vəli Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərir. V.Əliyev Ağsu rayonu Gəgəli kəndində sakinlərlə görüşüb və onların evlərinin, sahələrinin altında böyük nekropolun yerləşdiyini onlara izah edib. Nərgizava nekropolu kənd sakinlərinin evlərinin altında yerləşir. Biz nekropolun yerləşdiyi həyətyanı sahələrdən birini seçdik. Çünki biz həmin ərazidə 2008 və 2009-cu illərdə də kiçik kəşfiyyat qazıntısı aparmışdıq. Tədqiqatı dağıtmamaq və daha da dərinləşdirmək üçün işimizi orada davam etdiririk. Vəli müəllimlə həmin kənd sakini arasında şifahi razılığa əsasən, qazıntını həyata keçiririk. Onu da deyim ki, Nərgizava nekropolu, abidəsi hələ dövlət qeydiyyatına alınmayıb. Bu baxımdan, qazıntıya şərait yaratmaları üçün sakinlərə qarşı tələb irəli sürə bilmirik. Tələb qoysaq, onlar bizdən rəsmi sənəd istəyəcək. Biz Nərgizava nekropolunun, abidəsinin qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət etmişik. Onlar bizə müsbət cavab verdilər ki, abidəni qeydiyyata alacaqlar. Lakin hələ də almayıblar. Həyətyanı sahələrdə nekropol olan sakinlərin istəyi odur ki, sahələrində arxeoloji qazıntılar aparıldığı üçün, onlara müəyyən miqdarda maddi təzminat ödəsinlər. Orada arxeoloji qazıntılar aparıldığına görə həmin sahəni bir neçə il əkib becərə bilməyəcəklər, ona görə də istəyirlər ki, onlara maddi yardım edilsin. Çox sağ olsun kənd sakini Sahib Mirzəyev, ərazisində arxeoloji qazıntı aparılması üçün bizə icazə verdi. Qeyd etdiyim kimi, çox maraqlı, dəyərli tapıntılarımız var. İlk dəfədir Azərbaycanda pilləli torpaq qəbirlər aşkarlanır. İndiyə qədər arxeoloji qazıntılar zamanı bizdə belə qəbirlərə rast gəlinməyib. Tədqiqat işlərini davam etdiririk”.

Aşkar edilən nekropolun hansı dövrə aid olduğuna gəlincə, F.Xəlilli bildirdi ki, qəbirlər bizim eradan əvvəl II minillikdən eramızın III əsrinə qədər bir dövrü əhatə edir. Artıq qazıntılar zamanı iki dövrə aid pullar, gümüş sikkələr aşkarlandığını deyən F.Xəlillinin sözlərinə görə, pullar Qafqaz Albaniyası və Parfiya dövrünə aiddir: “Yaxın vaxtlarda o pulların hansı hökmdarların dövrünə aid olduğu müəyyən ediləcək. Müdaxilələrə gəlincə, deyim ki, sakinlər arasında bu sahəyə müdaxilə edənlər var. Bu müdaxilələr də bəzən obyektiv, bəzən də subyektiv səbəblərdən olur. Bilirsiniz ki, kənd yerlərində müəyyən məqsədlər üçün quyular qazılır. Onlar quyuları qazarkən abidələrə də ziyan vururlar. Onlar, istər-istəməz, məzarları açırlar. Qazdıqları zaman tapdıqları maddi mədəniyyət nümunələrini aşkar edirlər və onunla bağlı dövlət qurumlarına heç bir məlumat vermədən həmin nümunələri internet və digər vasitələrlə satmağa çalışırlar. Mən özüm də dəfələrlə internetdə bu halla rastlaşmışam. Bu hallar var. Biz bu kimi halların qarşısını almaq məqsədilə yerli sakinlərlə maarifləndirici söhbətlər aparırıq. Çalışırıq ki, bu halın qarşısını alaq. Təəssüf ki, sakinlər tapdıqlarını muzeylərə təhvil verməkdən uzaqdır, onlar bu nümunələri satmaq düşüncəsindədirlər. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə mütəmadi olaraq əməkdaşlıq edirik. Lakin onlar, nədənsə, abidələri qeydiyyata almağa tələsmirlər, işləri ləng aparırlar. Bir abidə tapılanda ona tez reaksiya verirlər, ancaq abidələri qeydiyyata almaqda və əhaliyə təzminat ödəməkdə ləngiyirlər”.

O hesab edir ki, abidələrin qeydiyyata alınması məsələsində aidiyyəti qurumlar aktivlik göstərməlidirlər.

Ərazidən aşkarlanan skelet haqqında da danışan alim qeyd etdi ki, antropoloq Vüsal Həsənovun qeydinə görə, skeletlərin bəzilərində xəstəlik izləri də müşahidə olunur. Onun sözlərinə görə, qazıntının genişləndirilməsi və dərinləşdirilməsi bu skeletlərin bir-birilə əlaqəsini üzə çıxaracaq. O, həmçinin, vurğuladı ki, tunc kəmər başlıqları öz bədii gözəlliyi ilə seçilir: “Qeyd edim ki, insan və heyvan təsvirli belə kəmər, toqqa başlıqları Nərgizava abidəsi üçün səciyyəvidir. Vurğuladığım kimi, qazıntı zamanı 9 saylı qəbirdən Parfiya sikkələri də üzə çıxıb”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ