Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycanın maarifçi qadınları…

Image


Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

Azərbaycanın qədim tarixi qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin material verib. Orta əsrlər Azərbaycan qadını ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, at belində qılınc çalıb, dövlət idarəçiliyində sözünü deyib.

Qeyd edək ki, XX əsr dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını XX əsrdə - istər Xalq Cumhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib.

Maarifçi dünyagörüşlərinə görə fərqlənən qadınlar…

XIX əsrin ortalarından başlayaraq, Azərbaycan qadınları milli mənlərini dərk edərək maariflənmə yolunda mübarizəyə qoşulublar. XIX əsrin 50-ci illərində Zaqafqaziyada fəaliyyət göstərən “Müqəddəs Nina” cəmiyyətinin Azərbaycanda eyni adlı qadın təhsil idarəsi fəaliyyətə başlayıb. Məlumat üçün bildirək ki, burada 17 nəfər azərbaycanlı qadın var idi: Fatma Əsədbəy, Xədicə Haqverdiyeva, Gövhər Qutqaşinskaya, Balaxanım Xandəmirova maarifçi dünyagörüşlərinə görə fərqlənirdilər. 1850-ci ildə maarifpərvər qadın Dilbər xanım atası Mirmahmud kişinin köməyi ilə Şamaxıda, öz evində qız məktəbi açaraq, 1863-cü ilə qədər burada şəriət, ana dili, nəğmə və s. dərsləri tədris edib. İrəvan quberniyasında da 1865-ci ildə “Müqəddəs Pipsime” cəmiyyəti qızlar üçün məktəb açıb və burada fəaliyyət göstərən 65 qızdan 42-si azərbaycanlı idi. 1864-cü ildə Dərbənddə, 1872-ci ildə Zaqatalada, 1873-cü ildə isə Şuşada qız məktəbləri yaranıb, Bakıda isə 1874-cü ildə ilk qadın gimnaziyası açılıb.

1896-1901-ci ildə H.Z.Tağıyevin maliyyə xərcləri hesabına (183 min rubl qızıl pul) ilk qadın Rus-Müsəlman Pedaqoji Məktəbi tikilib, 1901-ci ildə oktyabrın 9-da H.Z.Tağıyevin həyat yoldaşı Sona xanımın rəhbərliyi altında fəaliyyətə başlayıb. Bu məktəbin tarixində dünyəvi təhsilin inkişafında və savadlı mütəxəssislərin yetişməsində hədsiz zəhməti olan maarifçi qadınlar fərqləniblər.

“Xoşbəxtəm ki, türk qadınının əsarətdən qurtarması üçün bütün üfüqlərin açıldığı dövrə kimi yaşamışam"

Azərbaycan tarixində maarifçi qadınların sayı yetərincədir. Onlardan Hənifə xanım Məlikovanın adı Azərbaycan tarixinə ilk maarifçi qadınlardan biri kimi düşüb. Məlumat üçün bildirək ki, Azərbaycanda 1908-ci ildə yaradılan ilk qadın xeyriyyə cəmiyyətinin yaradılmasının təşəbbüsçüşü də məhz Hənifə xanım Məlikova olub. Hənifə xanım Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin həyat yoldaşıdır. H.Məlikova məşhur "Nicat" Azərbaycan qadın xeyriyyə cəmiyyətinin yaradıcılarından biri olub. O, Bakıda ilk qız məktəbinin yaradıcısı kimi də tarixə düşüb.

Bəllidir ki, onun həyatı əziyyət, sınaqlar, hətta bəzən təqiblərlə dolu olsa da, heç vaxt mübarizədən yorulmayıb. Hənifə xanım deyirdi: "Həyatımın məqsədi avam kütlənin, xüsusən də qadınların hüquqları və istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş və olacaqdır. Xoşbəxtəm ki, türk qadınının əsarətdən qurtarması üçün bütün üfüqlərin açıldığı dövrə kimi yaşamışam".

Hənifə xanım öz mənzilində uşaqlara dərs deməklə bərabər, oba-oba, ev-ev gəzib qadınlara biçib-tikmək, yazıb-oxumaq öyrədir, rus dilindən nağıllar tərcümə edib danışır, mənzil-mənzil dolaşıb uşaqları peyvənd edir, ayrı-ayrı obalarda qadın məsləhətxanaları təşkil edirdi. O, Zərdab camaatından 132 nəfəri ömürlük kor olmaqdan xilas edib.

Qadınların savadlanması uğrunda mübarizə aparan qadın…

Maarifçi ziyalılarımız Azərbaycan qadının təhsil almasına hər zaman dəstək olub və bu uğurda mübarizədən bir an belə üz döndərməyiblər. Qadınlarımızın savadlanması uğrunda mübarizə aparan qadın maarifçilərimizdən olan Nazlı xanım Məmməd­ağa bəy qızı Tahirovanın adı xüsusilə qeyd edilməlidir. Nazlı xanım Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin ilk məzunlarından olub. Onun Bakıda təhsil almasından məmnun olan Mirzə Cəlil ona deyir: “Qızım, sən təhsil almısan, get Naxçıvana, qadınların maariflənməsinə çalış, cəsarətli ol, heç nədən qorxma!”.

AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Unudulmaz maarif fədaisi” adlı məqaləsində Nazlı xanım haqqında bunları qeyd edib: “1912-ci ildə atasıgil Naxçıvana köçdüklərindən, Nazlı xanım da Naxçıvana qayıdır. O, Naxçıvan şəhərində qızlar üçün məktəb açdırır və həmin məktəbdə dərs deməklə bərabər, həm də məktəbə müdirlik edir. 1917-ci ildə baş verən siyasi hadisələrlə əlaqədar məktəbin fəaliyyəti dayansa da, 1920-ci ildə Naxçıvan Maarif Komissarlığının nəzdində yaradılan qızlar məktəbində Nazlı xanım fəaliyyətini davam etdirir.

Nazlı xanım Tağıyev məktəbindən tanıdığı rəfiqəsi Ayna Sultanovanın köməyi ilə Naxçıvanda bir qadın klubu, bunun ardınca isə yerli müəllimlərin hazırlıq məktəbində qızlar üçün xüsusi bölmə və Ordubadda qızlar məktəbi təsis edib. Nazlı xanım teatrın gənc rejissoru Rza Təhmasibin dəstəyi ilə məktəbdə şagirdlərdən ibarət dram dərnəyi yaradır. 1921-ci ildə o, Naxçıvanda ilk dəfə qızlar teatrının təsis olunmasına müvəffəq olub. Nazlı xanımın həyat yoldaşı Nəcəfqulu Nəcəfov onun maarifçilik ideyalarının həyata keçirilməsinə dəstək göstərirdi”.

Cumhuriyyət dövrünün ən fəal xanımı…

Cumhuriyyət dövrünün ziyalı qadınları əsasən mədəni-maarifçi, sosial, ictimai sahədə fəaliyyət göstərirdilər. Həm pedaqoji, həm də publisistik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran bu xanımlar heç də dövrün kişilərindən geri qalmırdılar. Buna səbəb, əslində, Cumhuriyyət hakimiyyətinin qadın məsələsi və qadın hüquqları istiqamətində apardığı düzgün siyasət idi. Şərqdə ilk dəfə olaraq qadına seçkidə iştirak etmək hüququ verildi. Yeni qız məktəbləri açılır və xanımlar hazır kadr kimi cəmiyyət üçün yetişdirilirdi. Məhz bu addımlar cımiyyətdə qadının da rolunu artırırdı.

Onlardan biri də Şəfiqə Əfəndizadədir. O, Azərbaycan Cumhuriyyəti parlamentinin yeganə qadın əməkdaşı, Cənubi Qafqazın ilk qadın jurnalisti hesab edilir. Şəfiqə xanım 1882-ci ildə Gürcüstanın tarixən türklərin yaşadığı Cavahetiya bölgəsində, Axalsix rayonunun Azqur kəndində doğulub. Atası Məmmədəmin Şeyxzadə dövrünün tanınmış ziyalısı və müəllimi idi. Övladlarının təhsil alması ilə şəxsən özü məşğul olurdu. Şəfiqə də bacısı Səidə ilə təhsillərini məhz atasından alıb. On dörd yaşında ikən o, Şəki şəhərinə gedir. Burada atasının çalışdığı "Darrüssiyada" məktəbinin nəzdində qızlar üçün açılan xüsusi qrupda dərs deməyə başlayır. Lakin burada çox qalmır, həmin il Bakıya gəlir. Qadın savadsızlığına qarşı mübarizə aparan ziyalılarla çiyin-çiyinə çalışır.

Ş.Əfəndizadə Cumhuriyyət dövrünün ən fəal xanımı hesab olunur. O, ali təhsil almamasına baxmayaraq, həm publisist, həm də pedaqoq kimi çox dəyərli fəaliyyətə sahiblənib. Həmçinin, Cumhuriyyət parlamentində stenoqramçı kimi çalışaraq, orada bütün Azərbaycan qadınlarını təmsil edib.

Haqqında bəhs etdiyimiz xanım, həmçinin, ictimai işlərlə də məşğul olub. O, Hacının Qızlar məktəbində dərs deyən zaman müəllimə rəfiqələri - Hənifə xanım Məlikova, Səkinə Axundzadə, Sara Vəzirova ilə birlikdə dram dərnəyi yaradıb. Eyni zamanda, qızlara teatr mədəniyyəti, aktyorluq sənəti barədə məlumatlar verir, onları o dövrdə çıxan mətbuat xülasələri ilə tanış edirdi.

Azərbaycanın fəal qadınlarından biri də milyonçu Murtuza Muxtarovun həyat yoldaşı Liza Muxtarovadır. O, ictimai fəaliyyətə hələ gənclik illərindən qoşulub. L.Muxtarova vərəmlə mübarizə cəmiyyətinin fəal üzvü olmaqla yanaşı, Bakı müsəlman maarifçilik cəmiyyəti "Nicat"da gərgin iş aparıb, xüsusi uşaq xəstəxanasının yaradılmasında həm maddi, həm də təşkilati cəhətdən iştirak edib. L.Muxtarova 1914-cü ildə Hənifə Zərdabinin təşkil etdiyi ilk qadın xeyriyyə cəmiyyəti əsasında Bakı "Qadın Xeyriyyə Cəmiyyəti"ni yaradıb. Cəmiyyətin fəaliyyətində İsmət Aşurbəyova, Pəri Topçubaşova, Sürəyya Axundova kimi ziyalı qadınlar iştirak ediblər.

Adıçəkilən şəxs özünün Persidski küçəsindəki möhtəşəm sarayında yetim müsəlman qızlar üçün özünəməxsus pansion təşkil edib.

Danılmaz faktdır ki, sovet hakimiyyəti illərində Azərbaycan qadını həm elm, həm də mədəniyyət sahələrində bir çox nailiyyətlər qazanıb və qısa müddət ərzində böyük inkişaf yolu keçib. Lakin əldə edilmiş nailiyyətlərlə yanaşı, Sovet dövründə formalaşan stereotiplər milli və ənənəvi xüsusiyyətləri, sırf qadına məxsus cəhətləri bəzən nəzərə almırdı. Qadın məsələlərinin həlli və qadın inkişafı haqqında sovet konsepsiyasında bir çox amillər diqqətdən kənarda qalırdı.

1988-ci ildən respublikamızda cərəyan edən mürəkkəb proseslərdə qadınlar kişilərlə bərabər iştirak edirdilər. Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına çalışan sovet rəhbərliyinə etiraz edən insanların, müstəqillik yollarında gedən mübarizələrin ön sıralarında Azərbaycan qadınları da var idi. Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsindən sonra qaçqınlıq və köçkünlük həyatının ağırlığı daha çox qadınların üzərinə düşdü.

Günel CƏLİLOVA
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi" qəzetinin 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım jurnalistlər arasında keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ