Bazar günü günü, 15 noyabr 2026
     

Nitq mədəniyyətimiz ağır problemlər içində...

Image


Azərbaycan ədəbi dilinin inkişaf etdirilməsində və təbliğində nitq mədəniyyətinə yiyələnməyin rolu böyükdür. İstər leksik, qrammatik, istərsə də orfoepik, orfoqrafik və üslubi normalar məhz yazılı və şifahi nitq mədəniyyəti ilə inkişaf etdirilir və təbliğ olunur. Məlumdur ki, Azərbaycan dili incə, zərif, musiqili dildir. Bu da səbəbsiz deyil. Əvvəla dilimizdə saitlər boldur. Özü də doqquz saitdən beşi incədir.

Deməli, incəlik, zəriflik dilimizin təbiətində, onun mayasındadır. İkincisi, dilimizdə qüvvətli bir qanun - ahəng qanunu vardır ki, bu da dilin ahəngdarlığını, musiqisini artırır. Dilimizin incəliklərinə dərindən bələd olan və onu əməli şəkildə öz fəaliyyətində nümayiş etdirən böyük müğənnimiz Bülbül üzünü gənc bəstəkarlara tutub deyirdi ki, Azərbaycan dilini yaxşı bilsəniz, yəqin edərsiniz ki, o, fars, ərəb və italyan dillərindən də gözəldir. Məhz bu gözəlliyi, zərifliyi, incəliyi çatdırmaq, təbliğ etmək üçün nitq mədəniyyətinin tələb və şərtlərinə əməl olunmalı, özü də buna ilk növbədə mətbuatda, mədəniyyət və teatr müəssisələrində, orta və ali məktəblərdə ciddi fikir verilməlidir.

Azərbaycan Prezidentinin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramında irəli sürülmüş əsas vəzifələrdən biri də "dil və nitq mədəniyyətinin yüksəldilməsi" olduğu göstərilir.

Təbiidir ki, heç kəs anadangəlmə nitq mədəniyyətinə malik olmur. Belə vərdiş, bacariq tərbiyənin, təhsilin, həyat təcrübəsinin, dilin qayda-qanunlarını dərindən öyrənməyin və qabiliyyətin nəticəsində yaranır. Bəs nitq mədəniyyəti vərdişlərini, bacarığını kim aşılaya bilər? Əlbəttə ki, evdə valideynlər, bağçada tərbiyəçilər, orta və ali məktəblərdə müəllimlər, özü də yalnız dil və ədəbiyyat müəllimləri yox, həm də digər fənlərdən dərs deyən müəllimlər, canlı dili təbliğ edən teatr, televiziya və radioda çıxış edən aktyorlar, söz ustaları, diktorlar, aparıcılar, natiqlər və b. Şifahi nitq mədəniyyətinin əsas şərtlərindən biri aydın, təmiz və səlis danışmaq bacarığıdır. Buna nail olmaq üçün aydın fikirləşmək, başqa sözlə, təfəkkür mədəniyyətinə nail olmaq lazımdır. Bundan başqa, nitqdə qrammatik qayda-qanunlardan, dilin lüğət tərkibindən, bədii təsvir və ifadə vasitələrindən, sinonimlərdən yerli-yerində və məqsədəuyğun şəkildə istifadə edilməlidir. Şifahi nitq mədəniyyətində intonasiya və orfoepik tələffüzün xüsusi əhəmiyyəti vardır. İnsanın onu əhatə edən mühitə, hadisələrə, ona qulaq asan müsahibinə münasibəti intonasiyada öz əksini tapır. Biz hər gün neçə adamla görüşür, salamlaşırıq. Bu zaman hər dəfə dediyimiz və eşitdiyimiz "salam" sözünün müxtəlif cür səsləndiyini, yeni müxtəlif intonasiyaların meydana gəldiyini hiss edəcəyik. Bu sözü xoş görüş zamanı da, kinayə ilə də demək olar. Göründüyü kimi, intonasiya bir tərəfdən sözün köməyilə məzmunun dəqiq və müfəssəl açılıb göstərilməsi üçün bir vasitədir, digər tərəfdən o, fizioloji-akustik anlayışdır, yəni lazımi ucalıqda səs  çıxarmaq üçün insanın bacarığıdır.

Nitq mədəniyyətində orfoepik tələffüzə əməl etmək danışığın yaxşı dərk olunmasına müsbət təsir göstərirsə, düzgün tələffüzdən kənara çıxılması, yerli şivə ünsürlərinə yol verilməsi isə yaxşı təsir bağışlamır, fikrin tez qavranılmasına əngəl törədir. Bəzən orfoepik nöqsanlar sözlərin mənasını da dəyişə bilir. Məsələn, "daha" sözünün "dayı", "sürət" kəlməsinin "surət", "mədəni" sözünün "məədəni" şəklində tələffüzü düzgün sayıla bilməz. Ya da "qaraya" yerinə "qarıya", "cücəyə" əvəzinə "cücüyə" "küçəyə" yerinə "küçüyə" demək, əlbəttə ki, yaramaz. Orfoepik nöqsanlara yol verilməsinin əsas səbəblərindən ən başlıcası orfoepiya lüğətinin olmamasıdır. Doğrudur, vaxtilə "Azərbaycan dilinin orfoepia sözlüyü" (B., "Elm", 1983) buraxılmışdı. Lakin həmin "Sözlük" hazırda müasir tələblərə cavab vermir. Ona görə də mütəxəssislər tərəfindən hərtərəfli və əsaslı şəkildə işlənmiş və nitq mədəniyyətinin inkişafını təmin edən, onun bütün tələblərinə cavab verən "Azərbaycan dilinin orfoepiya lüğəti" yaradılmalıdır.

Bunu da qeyd etməliyik ki, əslində orfoepik nöqsanların kökü orta məktəbdə kəsilməlidir. Lakin professor A.Abdullayevin qeyd etdiyi kimi, "məktəblərimizdə hələlik çox zərərli və təcrübədə özünü heç cür doğrulda bilməmiş bir ənənə yaşamaqdadır. Bu ənənəyə görə, müəllim şagirdlərin müvəffəqiyyətini qiymətləndirərkən yalnız orfoqrafiya və ya durğu işarəsi səhvlərini nəzərə alır. Şagirdlərin nə dərəcədə düzgün tələffüz edib-etmədikləri məsələsinə heç də əhəmiyyət vermir". Təbiidir ki, şagirdlərə düzgün tələffüzün öyrədilməməsi onların şifahi nitq mədəniyyətinə yiyələnmələrinə öz mənfi təsirini göstərir.

Müstəqil Respublikamızda xalqımızın mədəni səviyyəsinin daha da yüksəlməsində hər bir şəxsin nitq mədəniyyətinə malik olması mühüm əhəmiyyət kəsb edir. Həkim də, mühəndis də, alim və bəstəkar da, bir sözlə, bütün ziyalılar nitq mədəniyyətinin tələb və şərtlərinə əməl etməlidir. Aktyorların, bədii söz ustalarının, natiqlərin, müəllimlərin, habelə təbliğatçı, təşviqatçı, mühazirəçi, məruzəçi və başqalarının yüksək nitq mədəniyyətinə yiyələnmələri isə daha vacibdir. Çünki onların ən başlıca silahı canlı söz, ifadəli danışıq, aydın, məntiqli və düzgün tələffüzüdür. Ona görə də yazılı nitq qayda-qanunlarını bilib onlara öz yaradıcılığında ciddi əməl etmək yazıçı üçün nə qədər vacibdirsə, sənəti canlı sözlə bağlı olanların da ədəbi tələffüz qaydalarından, məntiqi vurğu, pauza və intonasiyadan məharətlə istifadə etməsi bir o qədər əhəmiyyətlidir. Yalnız belə olduqda aktyor, bədii qiraətçi, natiq və başqaları ilə dinləyicilər və tamaşaçılar arasında qarşılıqlı anlaşma və fikir birliyi yaranar.

Əzizağa QULİYEV
əməkdar müəllim



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ