Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycanın maarifçi qadınları...

Image


Qadın cəmiyyətin oksigen balonudur. Qadın əzilirsə, cəmiyyət bir o qədər havasız vəziyyətdə qalır, qadın savadsızdırsa, şüurlar, ürəklər qaranlığa qərq olur. Tarixən Azərbaycan qadını öz zəkası ilə ətrafına işıq saçıb, nur paylayıb. Hələ Avropada, Qərbdə qadınların yazı-oxu bilmədiyi dövrlərdə Azərbaycan qadınları şeir yazır, qadın azadlığı uğrunda mübarizə aparır, cəhalətə, mövhumata meydan oxuyurdular.

XI-XII yüzillikdə, eləcə də sonrakı əsrlərdə Azərbaycan klassik ədəbiyyatının çox parlaq qadın şairləri, fikir adamları yaşayıb-yaradır, maarifçilik hərəkatına dəstək verirdilər. Tarixdə yaşayan və savadı, dünyagörüşü olan bütün qadınlarımız cəmiyyətin savadlanmasına, maariflənməsinə, cəhalət girdabından ayılmasına çalışıblar. Məhsəti Gəncəvidən tutmuş, XIX-XX əsrin maarifçi qadınlarına qədər hamısının amalı, məqsədi bir olub-cəmiyyəti qaranlıqdan aydınlığa çıxarmaq, elm və təhsili cəmiyyətdə yaymaq. Maarifçi qadınlardan danışarkən bir məqamı da qeyd edək ki, keçən əsrlərdə dövrün savadlı qadınları tərəfindən evlərdə qızların savadlanması üçün dərslər keçilib, onlara əski əlifba, yazıb-oxumaq öyrədilib. Lokal şəkildə də olsa, Azərbaycanda qadın maarifçiliyi orta əsrlərdə də mövcud olub.

Ancaq, bütövlükdə, Azərbaycanda qadın maarifçiliyi hərəkatı XIX yüzillikdə özünü daha inadkar, daha güclü şəkildə göstərə və təsdiqləyə bildi. Qadın hərəkatı nəticəsində bir sıra cəmiyyətlər, təhsil müəssisələri yaranmağa başladı. Məlumdur ki, həmin dövrdə Tiflis, sonrakı mərhələlərdə Bakı intellektual mühitə çevrildi və maarifçilik ideyalarının geniş səviyyədə yayılmasına dayaq oldular. Bakıda mədəni-maarif sahəsində görülən işlər sayəsində "Nəşri-Maarif", "Nicat", "Şəfa", "Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti", "Müqəddəs Nina" və "Müqəddəs Ripsimi" rus qadın xeyriyyə cəmiyyətləri yarandı. Qadın maarifçilik hərəkatının gücləndiyi, özünə dəstək qazandığı dövrdə bu ideyalar digər şəhər və qəzalara da yayılmağa başladı. Tarixi mənbələrdən aldığımız məlumatlara görə, 1850-ci ildə Tiflisdə fəaliyyət göstərən "Müqəddəs Nina" cəmiyyətinin Azərbaycanda eyniadlı qadın təhsil idarəsi fəaliyyət göstərməyə, ətrafına daha çox qız, qadın toplamağa başladı. Bu cəmiyyətin üzvləri arasında 17 nəfər azərbaycanlı qadının olduğu məlumdur. Bu xanımların adlarını bugünkü nəsil böyük fəxrlə çəkir. Biz Fatma Əsədbəyova, Xədicə Haqverdiyeva, Gövhər Qutqaşinskaya, Balaxanım Xandəmirova və başqa xanımların adlarını çəkməklə onların işıqlı xatirəsini anırıq. Məlum olduğu kimi, sözügedən cəmiyyət ölkədə qadın hərəkatına təkan verdi və 1850-ci ildə maarifçi Dilbər xanım atası Mirmahmudun köməyi ilə Şamaxıda, öz evində qız məktəbi açmağa nail oldu. Şirvanın gözü olan Şamaxıda qadın maarifçilik hərəkatı beləcə intişar tapmağa başladı.

Qeyd edək ki, uzun illər fəaliyyətini davam etdirən məktəbdə 1863-cü ilə qədər şəriət, ana dili, nəğmə və s. dərslər tədris olunurdu. Bunun ardınca 1865-ci ildə İrəvan quberniyasında "Müqəddəs Ripsimi" cəmiyyəti qızlar üçün məktəb açdı. Həmin məktəbdə də fəaliyyət göstərən 65 qızdan 42-si azərbaycanlı idi. Beləliklə, qabaqcıl qadınların təşəbbüsü ilə 1864-cü ildə Dərbənddə, 1872-ci ildə Zaqatalada, 1873-cü ildə isə Şuşada qız məktəbləri açıldı. Eyni zamanda da paytaxtımızda 1874-cü ildə ilk qadın gimnaziyası fəaliyyətə başladı.

Onu da vurğulayaq ki, 1883-cü ildə Gəncədə "Müqəddəs Nina" cəmiyyətinin təşkil etdiyi qızlar gimnaziyası fəaliyyət göstərirdi.

Məlumatlara görə, 1896-1901-ci illərdə Hacı Zeynalabdin Tağıyevin maliyyə vəsaiti hesabına ilk qadın Rus-Müsəlman Pedaqoji Məktəbi tikilir. Tədris ocağı 9 oktyabr 1901-ci il tarixdən Tağıyevin həyat yoldaşı Sona xanımın rəhbərliyi altında fəaliyyətə başlayır. Maarifçilik tariximizdə, dünyəvi təhsilin inkişafında və savadlı mütəxəssislərin yetişməsində bu məktəbin böyük rolu olur. Məktəbdə onlarca maarifçi qadın xüsusi fəallığı ilə fərqlənir. Onlardan Rəhilə Hacıbababəyova, Məryəm Sulkeviç, Nabat Nərimanova, Şəhrəbanu Şabanova, Səkinə Axundzadə, Şəfiqə Əfəndizadə, Məryəm Qembitskaya və başqalarının adlarını qeyd etmək olar. Məktəbin direktoru Hənifə Məlikova-Abayeva (böyük maarifçi Həsən bəy Zərdabinin həyat yoldaşı) həm də "Nicat" cəmiyyətinin qadın bölmələrinin yaradıcılarından biri olur.

Onu da qeyd edək ki, həmin dövrdə maarifçilik naminə xeyriyyə tədbirləri də keçirilməyə başlayır.

Mənbələrdə qeyd edilir ki, 1906-cı ildə Gəncədə ilk dəfə olaraq Müsəlman Qadın Komitəsi qadınlar arasında xeyriyyə marafonu keçirir. "Müqəddəs Nina" məktəbini bitirmiş Mədinə xanım Vəkilova-Qiyasbəyli də 1906-cı ildə Salahlı kəndində öz evində qadın məktəbi açır. Bundan əlavə, 1906-cı ildə Gövhər Cəfərzadə-Şövqiyyə də öz evində qadın məktəbi açdı, lakin çar məmurları hökumət əleyhinə fəaliyyətdən qorxub məktəbi bağladılar. Bu azsaylı savadlanan azərbaycanlı qadınlara paralel olaraq, onlarla neft milyonçusunun arvadı, qızı evlərində ianə məclisləri, "bəyaz çobanyastığı", "sinidə lentlər" aksiyaları keçirir, özləri kimi varlılardan pul yığıb qadınlar üçün məktəblər, savadsızlığın ləğvi məntəqələri açdırırdılar. "Bəyaz çobanyastığı" günlərində "Müqəddəs Nina" gimnaziyasının qızları rəmzi olaraq adi çobanyastıqlarını ağlasığmaz yüksək qiymətlərə alır, yığılan pullar müsəlman qızların təhsilinə verilirdi. Azərbaycan maarifçisi Həsən bəy Məlikov və qadını Hənifə Məlikzadə Zərdab kəndində 16 il polis nəzarəti altında yaşamağa məcbur olarkən qadınlar arasında maariflənmə aparır, pulsuz məktəb açıblar, bu məktəb də polis tərəfindən eyni qorxu ilə bağlanmışdı.

Biz maarifçi qadınlardan danışarkən mütləq Cəlil Məmmədquluzadənin ömür yoldaşı Həmidə xanım Cavanşirin də adını qeyd etməliyik. Belə ki, o, 1910-cu ildə "Molla Nəsrəddin" jurnalında qadın problemləri ilə bağlı çıxışlar edirdi. Həmin il Sofiya Şahtaxtinskayanın təşəbbüsü ilə Tiflisdə Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti yaradılır. Cəmiyyətə Gövhər xanım Qacar sədr seçilir. Bundan başqa, 1910-cu ilin əvvəlində Tiflisdə Qafqaz Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyəti yaranır. Həmin cəmiyyətin işinə 40 nəfərdən çox ziyalı qadın cəlb olunur. Burada da dörd nəfər - Gövhər xanım Qacar, Nigar xanım Şıxlinskaya, Məsimə xanım Talışinskaya və Səltənət xanım Əhmədova cəmiyyətə daimi üzv seçilirlər. Cəmiyyətin sədri Gövhər xanım Qacar, müavini Həmidə xanım Cavanşir, xəzinədar isə Mina xanım Talışinskaya olur. Dörd nəfər fəxri, iyirmi bir nəfər həqiqi, iki nəfər qeyri-həqiqi və dörd nəfər ömürlük üzv seçilirlər. Az bir müddət ərzində həyata keçirilən tədbirlər bütün Qafqaza səs salır. Cəmiyyətin nəzdində bir neçə qız məktəbi yaradılır. Eyni zamanda, qadınlardan ibarət dram dərnəkləri təşkil olunur.

XX əsrin ilk illərindən başlayaraq Azərbaycanın maarifçi qadınları mətbuatla əlaqə saxlayır, onlar tez-tez dövri mətbuatda məqalələrlə çıxış edirlər. Məlumatlara görə, 1911-ci ildə isə Xədicə Əlibəyovanın rəhbərliyi altında "İşıq" adlı ilk qadın jurnalı çap edilir. Həlimə Axundova "İşıq" jurnalında "Müsəlman qadınların hüquqları" məqaləsində yazırdı: "Əgər biz insanıqsa, onda bizimlə insan kimi rəftar etmək lazımdır. Mənim bacılarım, qətiyyət göstərməyin vaxtıdır. Bizə bilik lazımdır."

1912-ci ildə H.Z.Tağıyevin açdığı rus-müsəlman qız məktəbinin ilk məzunlarından olan Nazlı Tahirova Naxçıvanda qızlar məktəbində müəllim, sonra pedaqoji məktəbin müdiri olur. Bundan iki il sonra, 1914-cü ildə Bakı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti də yaradılır. Azərbaycanın ziyalı qadınlarından Əminə xanım Ağayeva, Mina xanım Aslanova, Nigar xanım Vəlibəyova, Gövhər xanım Vəlibəyova, Gövhər xanım Qazıyeva və başqaları xeyriyyə cəmiyyətinin mədəni tədbirlərinin fəal üzvləri olurlar. Cəmiyyətin fəxri sədri neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarovun həyat yoldaşı Liza xanım Muxtarova idi. Cəmiyyətin bütün məsələləri, görüləcək işlər onun evində müzakirə olunurdu. Cəmiyyət ardıcıl olaraq tez-tez mədəni tədbirlər həyata keçirir, qız məktəbində tamaşalar təşkil edirdi.

Onu da vurğulayaq ki, 1910-1914-cü illərdə Rəhilə Hacıbababəyovanın təşəbbüsü ilə qızlar üçün 2 sinifli ibtidai məktəb açılır. Liza Muxtarova 1914-cü ildə Hənifə Zərdabinin təşkil etdiyi (1908-ci ildə) ilk qadın xeyriyyə cəmiyyəti əsasında Bakı Qadın Xeyriyyə Cəmiyyətini yaradır. Cəmiyyətin fəaliyyətində İsmət Aşurbəyova, Pəri Topçubaşova, Sürəyya Axundova kimi ziyalı qadınlar iştirak edirlər. İsmət Aşurbəyova fars, alman, fransız dillərini sərbəst bilən, poeziyanı çox sevən, yüksək mədəniyyətli bir xanım idi. Şövkət Məmmədova o dövrdə İtaliyada ilk vokal musiqi təhsili alan yeganə qadın olub. O, Kiyevdə təhsil alarkən xeyriyyə konsertləri təşkil edir, topladığı vəsaitlə azərbaycanlı tələbələrə köməklik göstərirdi.

1912-ci ildə H.Z.Tağıyevin açdığı rus-müsəlman qız məktəbinin ilk məzunlarından olan Nazlı Tahirova Naxçıvanda qızlar məktəbində müəllim, sonra pedaqoji məktəbin müdiri olur. Nazlı Məmmədağa qızı Nəcəfova haqqında bir az geniş bəhs etmək istəyirik. Nazlı xanımın babası və ulu babası Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olublar. Nazlı xanımın anası isə məşhur Kəngərlilər nəslindəndir. Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub.

Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olub. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs alıb. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün, bir növ, şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşür.

İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olub. Məktəbin müdiri Həşim bəy Nərimanovun dəstəyinə baxmayaraq, Nazlı xanım yenə də bu sinfi tikiş dərsləri adı altında gizlətməli olub. Lakin hətta bu da cəmiyyətin ən çılğın üzvlərinin çox sərt münasibətinə səbəb olub. İlk qızlar sinfi Nazlı xanımın burada işlədiyi dörd il ərzində bir sıra zorakı hücumlara məruz qalıb.

1912-ci ildə Tahirovlar ailəsi Nazlı xanımın qızlar üçün yeni açılmış kiçik məktəbdə müəllimə işlədiyi Naxçıvana qayıdır. O, Naxçıvanda əvvəlcə qızlar məktəbində müəllim, sonra pedaqoji məktəbin müdiri olur. İlk vaxtlardan məktəb radikal ruhanilərin təsiri altında olan bəzi yerli sakinləri narahat edirdi. Tez-tez Nazlı xanımın dərsləri baş tutmurdu. Hətta bəzi şagirdlərin qaçırılmasına da cəhdlər edilirdi.

Gənc müəlliməyə qarşı ciddi hədələr Nazlı xanımı məvacibinin təxminən yarısını mühafizəçilərə ödəməyə vadar etmişdi. Digər bir məşhur maarifçi qadın və Nazlı xanımın Tağıyev məktəbindən tanıdığı rəfiqəsi Ayna Sultanovanın köməyi ilə Naxçıvanda bir sıra qadın klubları, bunun ardınca isə yerli müəllimlər üçün hazırlıq məktəbində qızlar üçün xüsusi bölmə və Ordubadda qızlar məktəbi təsis olundu.

1917-ci ilin oktyabr ayında Rəşid bəy Əfəndiyev Naxçıvanda yaradılmış qız məktəbinin müdiri olur. Həmin məktəbin dərs müdiri Nazlı xanım və teatrın gənc rejissoru Rza Təhmasibin köməyi ilə məktəbdə şagirdlərdən ibarət dram dərnəyi yaradılır.

1921-ci ildə onu qətlə yetirmək məqsədilə bir qrup quldur Nazlı xanımın evinə basqın etdi. Xoşbəxtlikdən o, sovet orqanlarının himayəsi altında keçirilən Azərbaycanın Birinci Müəllimlər Qurultayında iştirak etmək üçün gecə ikən Bakıya yola düşmüşdü. Sovetlər tərəfindən güclü təbliğ olunan gender bərabərliyi və azadlıq ideyaları bütün ölkədə qadınların maarifləndirilməsi üçün möhkəm zəmin yaratmışdı. Lakin təlim keçmiş azərbaycanlı müəllimələrin kəskin çatışmazlığı ölkənin uzaq ərazilərində özünü xüsusilə qabarıq şəkildə büruzə verirdi.

"Şərq Qadını" jurnalı hamı üçün icbari təhsillə bağlı yeni siyasət kursunun həyata keçirilməsində həqiqətən carçı rolunu oynadı. Məhz bu halda Tağıyev məktəbinin məzunlarına ən böyük tələbat yarandı. Sovet orqanları tərəfindən qadınların maarifləndirilməsinə dəstək Nazlı Tahirovaya Bakıda Tağıyev qızlar məktəbinin ən yaxşı ideyalarını və təcrübəsini yaymağa kömək etdi.

1921-ci ildə o, bütün kişi rollarını da qızların özlərinin oynadıqları, Azərbaycanın məşhur dram əsərlərinin əksəriyyətinin tamaşaya qoyulduğu Naxçıvanda ilk özfəaliyyət qızlar teatrının təsis olunmasına müvəffəq oldu.

Layiqli yüksəliş isə 1923-cü ildə Nazlı Tahirovanın on səkkiz ildən çox bir müddətdə bu vəzifəni tutduğu Pedaqoji (müəllimlərin hazırlığı) məktəbin müdirəsi vəzifəsinə təyin olunduğu vaxt baş verdi.

Lakin dərin kök salmış mövhumat heç də tezliklə aradan qalxmadı. Bu dövrdə Nazlı xanımın həyat yoldaşı Nəcəfqulu Nəcəfov onun maarifçilik ideyalarının həyata keçirilməsinə və hətta onun şəxsi mühafizəsinə dəstək göstərirdi. Gənc maarifçi cütlüyün prinsipiallığı öz müsbət nəticələrini verməyə başladı. Təhsil alan qızların sayı artmaqda idi. Məhz belə bir vaxtda Nazlı xanımın üzərinə digər bir ağır yük düşür. Azərbaycanın digər bir çox böyük maarifçi qadınlardan biri kimi Nazlı xanımın da başı üstündə repressiya tufanı dolaşıb. Məlumatlara görə, Nazlı Tahirova-Nəcəfova 1937-ci ildə repressiyaya məruz qalıb. Nazlı Nəcəfovanın həyat yoldaşı həbs edilir. Təxminən iyirmi ildən sonra gecikmiş bəraətə baxmayaraq, Nazlı xanım bir daha öz həyat yoldaşını görə bilmədi. Sovet İttifaqının İkinci Dünya Müharibəsinə qoşulmasından bir qədər sonra, 1942-ci ildə Nazlı Nəcəfova da "xalq düşməninin həyat yoldaşı" kimi Qazaxıstana sürgün edildi. Onun iki azyaşlı uşağı olan böyük oğlu orduya aparıldı.

Qazaxıstanda olarkən Nazlı Nəcəfova ailəni saxlamaq üçün fəhlə briqadasında işləməklə yanaşı, özünün pedaqoji fəaliyyətini yenidən bərpa etdi. 1946-cı ildə ona Azərbaycana qayıtmağa icazə verilsə də, 1949-cu ildən 1954-cü ilədək ona doğma Naxçıvanda qalmağa icazə verilmədi. O, vaxt itirmədi və Göyçay rayonunun iki böyük kənd məktəbində Azərbaycan və rus dilləri üzrə tanınmış müəllimələrdən biri olub.

1959-cu ildə Naxçıvana qayıtdıqdan sonra Nazlı Nəcəfova yenidən müəlliməlik etməyə başladı. Nazlı xanım 1977-ci ildə Naxçıvanda dünyasını dəyişib.

Azərbaycan qadını öz gücü, elmi, biliyi, zəkası ilə bütün dövrlərdə bəşəriyyətə işıq, nur saçıb. Bu gün maarifçi qadınlarımızın çəkdiyi işıqlı yolla milyonlarla Azərbaycan qadını irəliləyir. Cığır, yol açan maarifçi xanımlarımızın işıqlı arzuları reallaşır, həqiqətə qovuşur.

İradə SARIYEVA

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi" qəzetinin 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım jurnalistlər arasında keçirdiyi müsabiqəyə təqdim edilir. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ