şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan dili sahəsində fəal dövlət siyasətinin yeni mərhələsi başlayır

Image


Muxtar İmanov: “Hesab edirəm ki, komissiya bu sahəyə öz töhfələrini verəcək”
İsmayıl Məmmədov: “Hazırda “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ni işləyirik”

 

Azərbaycan dilinin müasir tələblər səviyyəsində inkişafı, ana dili bazasının zənginləşməsi, dilimizin qloballaşma şəraitinə davamlı olması, habelə zamanın tələblərinə uyğun orfoqrafiya lüğətinin hazırlanması və s. kimi məsələlər dövlətin diqqətindədir. Məlumdur ki, Azərbaycan dilinin inkişafı, qorunması, təbliğ edilməsi ilə bağlı indiyə qədər Azərbaycan Respublikası Prezidenti tərəfindən saysız sərəncamlar imzalanıb. Bu əhəmiyyətli dövlət sənədlərinin hər biri Azərbaycan dilinin müasir mənzərəsinin qorunmasına xidmət edib.

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli Sərəncamı dövlət dilimizin inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə xidmət edir. Sənəddə deyilir: “Qədim tarixi keçmişin izlərini özündə yaşadan və milyonlarla azərbaycanlının ünsiyyət vasitəsi olan Azərbaycan dili xalqımızın misilsiz mənəvi sərvəti, milli varlığımızın və dövlət müstəqilliyimizin başlıca rəmzlərindəndir. Ən dərin fikirləri ən incə çalarlarınadək ifadə qüdrətinə malik dilimiz öz kamilliyi və zənginliyinə görə dünya dilləri içərisində layiqli yerini bu gün də qoruyub saxlayır.

Azərbaycan dilinin dövlət dili olaraq qorunması və işləkliyinin təmin edilməsi müstəqil dövlət quruculuğunun prioritet prinsipləri sırasındadır. Ötən illər ərzində Azərbaycan dilinin rəsmi statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsinə dair müxtəlif qanun, fərman və sərəncamlar təsdiq edilmişdir. Dövlət dilinin həyatın hər bir sahəsində qeyd-şərtsiz işləkliyinin genişləndirilməsini və saflığının qorunmasını nəzərdə tutan bu sənədlər ölkədə dövlət dilinin tətbiqinin normativ-hüquqi əsaslarını və icra mexanizmini tam müəyyən etmişdir. Bütün bunlar Azərbaycan dilinə məhz dövlətçiliyin əsas atributlarından biri kimi yanaşmanın bariz nümunəsi, dövlətin yüksək diqqət və qayğısının aydın təzahürüdür. Atılan addımlar ədəbi dilin daha da zənginləşməsi və tətbiq dairəsinin genişlənməsi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Eyni zamanda, qloballaşma proseslərinin geniş vüsət aldığı müasir dövrdə texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsi və maneəsiz informasiya mübadiləsi imkanlarının artması ana dilinin potensial imkanlarından lazımınca istifadəsində bəzi çətinliklər yaratmaqdadır. Mövcud şərait milli ideya – azərbaycançılıq məfkurəsi işığında dövlət dilinin saflığının qorunması və ədəbi dildən düzgün istifadə məsələlərinin daim diqqət mərkəzində saxlanmasını zəruri edir”.

Azərbaycan dili ilə bağlı həyata keçiriləcək fəaliyyətin ardıcıllığının tənzimlənməsini və Azərbaycan dilinin işlənmə imkanlarının daha da genişləndirilməsini təmin etmək məqsədilə yaradılan komissiyanın sədri Prezident İlham Əliyev, komissiya sədrinin müavinləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, AMEA-nın prezidenti Akif Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevdir.

Komissiyanın üzvlüyündə Vasif Talıbov, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Mikayıl Cabbarov, Əbülfəs Qarayev, Əli Həsənov, İsa Həbibbəyli, Rafael Hüseynov, Kamal Abdullayev, Nizami Cəfərov, Vasim Məmmədəliyev, Teymur Kərimli, Möhsün Nağısoylu, Muxtar İmanov, Əbülfəz Quliyev, Arif Alışanov, Mövlud Süleymanlı, Sabir Rüstəmxanlı, Adil Babayev, Mübariz Yusifov, Elbrus Əzizov, Buludxan Xəlilov, Aydın Ələkbərov, İsmayıl Məmmədov, Sayalı Sadıqova, Afaq Vəliyeva, Əflatun Amaşov, Aydın İbadov təmsil olunur.

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının əhəmiyyətini qeyd edən ekspertlər hesab edirlər ki, yeni komissiya dilçilik sahəsində böyük işlər görəcək. Bu sahədə komissiyanın nə kimi yeni işlər görəcəyi məsələsinə gəlincə, dilçilər bildirirlər ki, bu sahədə görüləsi xeyli iş var ki, onlar həyata keçirilməlidir. Bu gün dilçilikdə ən aktual problemlərdən biri bu sahədə ciddi islahatların keçirilməsi məsələsidir ki, ekspertlər bu işin komissiya tərəfindən həyata keçiriləcəyinə şübhə etmirlər.

Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şurasının sədri, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yeni komissiyanın tərkibinin təsdiqlənməsi, burada Azərbaycan dili təəssübkeşlərinin təmsil olunması bu sahədə görüləcək işlərə böyük təkan verir. O bildirdi ki, qarşıda komissiyanın görəcəyi böyük işlər var: “Cənab Prezident Milli Elmlər Akademiyasının yubileyindəki çıxışında bildirdi ki, Azərbaycan dili çox zəngin dildir, amma çox təəssüf, bu dilin müasir vəziyyəti ilə bağlı bəzi çətinliklər, problemlər də ortaya çıxır. Məsələn, o, problemlərdən birini yersiz olaraq dilimizdə alınma sözlərin işlənməsində görürdü. Tutalım, hansısa bir alınma sözün ədəbi dildə qarşılığı olduğu halda, yersiz olaraq onun əvəzinə əcnəbi sözlərin işlənməsi. Cənab Prezidentin iradlarından biri budur. Bu gün Azərbaycan dilinin, Azərbaycan nitq mədəniyyətinin qarşılaşdığı çətinliklər var. Qəzetlərdə, radio-televiziyada, şifahi nitqdə müəyyən problemlər var. Hazırda tələffüz problemləri aktualdır. Orfoepiya qaydalarının öz təzahür formaları var. Siz də bilirsiniz ki, radio və televiziyada şifahi nitq formasından daha çox istifadə edilir. Orada tələffüz vacib tələblərdən, şərtlərdən biridir. Bəzən tələffüz qaydaları kobudcasına pozulur. Tutalım, aparıcı sözü özü istədiyi formada tələffüz edir. Bu da yolverilməzdir. Ədəbi dilin həm yazı normaları, həm də tələffüz normaları var. Yəni orfoqrafiya qaydaları ilə yanaşı, orfoepiya qaydaları da mövcuddur. Orfoepiya qaydalarına əməl etmək hər birimizin, xüsusilə də efirə çıxan aparıcının və jurnalistin borcudur. Bu sahədə problemlər var. Orfoqrafiya lüğətinin təkmilləşdirilməsi, yenidən nəşr edilməsi məsələsi var. Bilirəm ki, Dilçilik İnstitutu bu işlə çox peşəkar səviyyədə məşğuldur. Nəzərdə tutulub ki, hər 5 ildən bir orfoqrafiya lüğəti yenidən hazırlansın və dövlət tərəfindən təsdiqləndikdən sonra nəşr edilsin”.

M.İmanov qeyd etdi ki, bu gün dilçilik sahəsində mövcud olan problemlər içində yazı və tələffüz qaydaları, bu qaydaların təkmilləşdirilməsi və s. məsələlər var. O bidirdi ki, bütövlükdə, zəngin Azərbaycan dilinin müxtəlif sahələrdə - elm, sənət, mətbuat, ədəbiyyatda inkişaf etdirilməsi əsasdır: “Bax, bunlar əsas diqqətdə olan, nəzərdə tutulan məsələlərdəndir. Bunların da həyata keçirilməsi üçün dövlət səviyyəsində müxtəlif tədbirlər görülür. Bu tədbirlərdən biri də Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsidir. Hesab edirəm ki, komissiya bu sahəyə öz töhfələrini verəcək. Dövlət səviyyəsində yaradılan belə bir mötəbər komissiya tərəfindən bu sahədə görüləsi vacib işlər çoxdur. Yəni hər hansı bir nəşriyyatın, şəxsin, dilçinin, jurnalistin özbaşına orfoqrafiya lüğəti çap etməsi yolverilməzdir. Bu iş mərkəzləşdirilmiş qaydada olmalıdır, necə ki, olur da. Nəşr edilən orfoqrafiya və orfoepiya lüğəti dövlət səviyyəsində təsdiq olunandan sonra çapa buraxılmalıdır”.

Müasir Azərbaycan dilində müəyyən islahatların aparlımasının vacib olduğu fikrinə şərik olan M.İmanov qeyd etdi ki, bu sahədə mövcud problemlər aradan qaldırılmalıdır. O hesab edir ki, Azərbaycan dilçiliyi alınma sözlərin əleyhinə deyil, əksinə, gərəyi olduğu halda, bu sözlər dilimizə daxil olmalıdır: “Biz dilə yeni sözlərin, yeni alınma sözlərin gəlməsinin əleyhinə deyilik. Hər hansı bir sözün ehtiyac olduğu halda dilə gəlməsi vacibdir. Tutalım, elm sahəsi ilə bağlı yeni terminin gəlməsi labüddür. Dil yeni sözlərlə zənginləşməlidir. Amma əgər dilimizdə hər hansı söz varsa və onun müqabilində süni şəkildə hardansa bir əcnəbi sözü gətirib işlətmək müsbət hal deyil. Alınma sözlər ədəbi dilin lüğət fonduna daxil olan sözlərdir. Ərəb-fars, rus, Avropa sözləri var ki, onlar ədəbi dilin lüğət tərkibinə artıq daxil olub”.

AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Məmmədov da bizimlə söhbətində komissiyanın yeni tərkibinin təyin edilməsi haqqında Prezident sərəncamını yüksək qiymətləndirdiyini bildirdi. Onun sözlərinə görə, komissiya fəaliyyətini Azərbaycan dili ilə bağlı mövcud problemlərin aradan qaldırılması istiqamətində quracaq: “Komissiyanın tərkibi yeni təsdiqlənib. Bu sahədə görüləcək işlər çoxdur. Amma nə kimi işlər görüləcəyini komissiya müəyyən edəcək. Hazırda “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ni işləyirik”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ