şənbə günü, 14 noyabr 2026
     

Bakıda “Cadugərlər bayramı”?...

Image


Şəfa Zəkiyeva: “Ancaq zaman keçdikcə “Cadugərlər bayramı”nın əsl məğzi unuduldu”
Zərnişan Əliyeva: “Deyirlər ki, guya bu bayramın fəlsəfəsi insanları ölümdən qorxmamağa çağırmaqdır”
Aydın Xan Əbilov: “Açığı, bu bayram haqqında...”

 

Son bir neçə ildir ölkəmizdə müxtəlif qondarma mərasimlər qeyd edilməyə başlayıb. Müəyyən qruplar tərəfindən oktyabrın son günündə keçirilən “Halloween”, yəni “Cadugərlər bayramı” artıq ənənə halını alıb və bura müxtəlif insanlar cəlb edilir. Əsasən Bakının gecə klublarında təşkil edilən “Cadugərlər bayramı”nda yeniyetmə və gənclərin iştirakı olduqca mənfi haldır.

Təəssüflə qeyd etmək istəyirik ki, bəzi məktəblərdə də bu mərasimə “könül” verənlər az deyil. Hətta keçən il bəzi məktəblərdə “Halloween” qeyd edilmişdi. Bu da sözsüz ki, cəmiyyətdə haqlı narazılıqlar yaratmışdı. Qeyd edək ki, bu mərasimdə əsas element kimi balqabaq məhsulu önə çəkilir. Balqabaqdan düzəldilən müxtəlif maskalar taxmış insanlar ətrafa elə də xoşagəlməyən təsirlər ötürürlər. Azərbaycan mentaliteti, ənənələri, dünyagörüşü üçün yad olan “Cadugərlər bayramı”nın hər il keçirilməsi və burada məktəblilərin, tələbələrin cəlb edilməsi narahatlıq doğurmaya bilməz.

Ekspertlərin bildirdiyinə görə, “Cadugərlər bayramı” olaraq qeyd edilən mərasimə qatılanlar ətrafları üçün, sözün əsl mənasında, qorxulu aura yaradıblar. Onlar bu auranı həm qorxulu maskaların, həm dəhşət saçan qrimin, həm də çıxardıqları tükürpədici səslərin köməyi ilə yaradırlar. Onlara elə gəlir ki, onların bu formada meydana çıxması bir əyləncədir. Onu da vurğulayaq ki, bir çox mənbələrdə “Halloween” həm “balqabaqlar bayramı”, həm də “Cadugərlər bayramı” kimi tanınır.

Bəzi ekspertlər bildirirlər ki, bu bayram müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Şotland xalqı keltlərin adətləri əsasında hazırlanıb, sonrakı dönəmlərdə bayramın formatında müəyyən dəyişikliklər edilib. Bu da bayramı məhsul bayramı kontekstindən çıxararaq başqa bir istiqamətə yönəldib. Maraqlıdır ki, “balqabaqlar bayramı” kimi vaxtilə özünə yer tutan bayram sonradan qorxulu tendensiyalar məngənəsinə düşüb.

Onu da vurğulayaq ki, “Halloween” ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, Asiya qitəsində yerləşən Sinqapur, Cənubi Koreya, Yaponiya, okeaniyada yerləşən Avstraliya, Yeni Zelandiya və bir çox dünya ölkələrində təntənəli şəkildə keçirilir.

Bayaq qeyd etmişdik ki, bu bayramın yarandığı dövrdə mahiyyəti tamam başqa olub.

Onun “Cadugərlər bayramı”na çevrilməsi və qorxulu, həyəcan doğuran bir tendensiya kimi ayrı-ayrı qruplar tərəfindən dünyanın müxtəlif ölkələrinə yayılmasının gerçək səbəbləri var.

Mərasimşünas Şəfa Zəkiyevanın sözlərinə görə, "Cadugərlər bayramı" ilk vaxtlar Böyük Britaniya və İrlandiya ərazisində yaşayan kelt xalqının adətləri əsasında keçirilib. Buna görə də başlanğıc tarixi dəqiq bilinməyən “Halloween”ə bəzi ölkələrdə “Kelt festivalı” da deyilir. O qeyd etdi ki, o vaxtlar oktyabrın 31-i məhsul yığımının bitdiyi gün hesab olunurdu və yeganə gəlir mənbəyi təsərrüfatçılıq olan insanların yaşamağa davam edə bilib-bilməyəcəyi həmin gün məlum olurmuş: ”Növbəti ili çətin keçirəcəklərini məhsul yığımından öyrənən cütçülər inanırdılar ki, bütün bunların səbəbkarı öldükdən sonra rahatlıq tapa bilməyən ruhlardır. Bu qəribə inanca görə, cinayətə qurban gedənlərin, dünyadakı işlərini tamamlaya bilmədən ölənlərin, həyatlarını günahkar olaraq keçirənlərin ruhları hər il 31 oktyabrda dünyanı ziyarət edərək insanları lənətləyirlər. Birinci gəlişlərində onları qorxudub qaçıra bilməyən cütçülərin bu lənətə görə yığımları gözlədiklərindən az olurmuş.

“Cadugərlər bayramı”nda istifadə olunan qorxunc paltarların və qəribə bəzəklərin mahiyyəti çox maraqlı inanclara söykənir. İnsanlar pis niyyətli ruhları qorxudub qaçırmaq üçün evlərin üstündən bu cür əcaib fiqurlar, bəzəklər asır, özləri isə qorxunc maskalar geyinirdilər. Onlar qış aylarına hazırlıq üçün kəsdikləri heyvanların sümüklərini meydanlarda yandıraraq böyük tonqallar qalayır, ətrafa yayılan pis qoxularla “narahat ruhları” uzaqlaşdırmağa çalışırdılar.

İrlandlar, şotlandlar və qallar tərəfindən İngiltərədə festival kimi keçirilən "Cadugərlər bayramı" XIX əsrdə Amerikada da qeyd olunmağa başlandı.

Ancaq zaman keçdikcə “Cadugərlər bayramı”nın əsl məğzi unuduldu, o tamamilə fərqli yöndə qeyd edilməyə başladı. XX əsrdə daha çox Amerika bayramı olaraq tanınmağa başladı. Hazırda, demək olar ki, dünyanın hər yerində qeyd olunan bu bayram Amerikada böyük təntənə ilə keçirilir”.

Ekspert qeyd etdi ki, Avropanın bir sıra ölkələrində əvvəllər “Ölülər bayramı” adı ilə qeyd olunan bu mərasim xristianlıqda bəyənilmədiyi üçün, “Cadugərlər bayramı” adlandırılıb: “Məlum olduğu kimi, mövcud dinlərin heç biri, o cümlədən də islam ruhlarla hər hansı bir əlaqə yaratmağı tərcih etmir. Lakin son illər Azərbaycanda da dəb düşən bu bayram son günlər orta məktəblərə də ayaq açıb. Bir sıra məktəblərdə pərakəndə şəkildə bu bayram qeyd olunub ki, bu da valideynlər tərəfindən birmənalı qarşılanmayıb. Mən bu mərasimin məktəblərdə qeyd edilməsinə yaxşı baxmıram. Bunu bizim cəmiyyətdə təqdir edənlər də var. Amma təqdir ediləsi bir göstəricisi yoxdur. Əvvəl məhsul bayramı olub, sonra isə qara qüvvələrlə əlaqəsi olan bir mərasimə çevrilib. Azərbaycan sağlam bir dövlətdir və bizim öz ənənəvi bayramlarımız, mərasimlərimiz var. O mərasimləri məktəblərə yaxın qoymurlar, amma hansısa bir qondarma bayramı keçirirlər. Bizim o qədər unudulmaqda olan mərasimlərimiz var ki, onlar sıradan çıxır. Onları yaddaşımızdan məişətimizə köçürək. Bu daha faydalı olar. Hər yerdə olduğu kimi, bizim ölkədə də şər qüvvələrə pərəstiş edən insanlar var. Bu insanlar cəmiyyətdə ancaq mənfi əhval yaradırlar”.

Ekspertin qeyd etdiyinə görə, xristianlığın ilkin təşəkkül tapdığı dövrlərdə bu bayram bəyənilməyib, bəzi hallarda qadağan olunub. Çünki xristianlıq cadugərliyi təbliğ etməyi qadağan edir, bu halda biz niyə onu təbliğ etməliyik?

Sosioloq Zərnişan Əliyevanın bildirdiyinə görə də bu bayram bizim cəmiyyətimizin ruhunu əks etdirmir və onun kütləvi qaydada təbliğinin qarşısı alınmalıdır: “Cadugərlik bütün səmavi kitablarda, bütün ənənəvi dinlərdə pislənib, tənqid edilib. Cadugərliyə dinimiz pis baxır, onu bizim cəmiyyətə yaxın qoymaq olmaz. Bu bayramı məhsul bayramı adı altında gündəmə gətirmək istəyirlər, amma bu, məhsul bayramı deyil. Dəhşət saçan maskalar taxan adamlar insanda necə xoş ovqat yarada bilər? Deyirlər ki, guya bu bayramın fəlsəfəsi insanları ölümdən qorxmamağa çağırmaqdır. Dəhşətli maskalar geymiş qorxunc adamlar kimin qarşısına çıxsa, o, qorxudan dəli olar”.

O, hesab edir ki, bizim cəmiyyətə, ənənələrimizə yad olan bayramların içimizə sızması uşaqlarımızın, gənclərimizin psixikasını zədələyir, onlara mənfi aura, ruh aşılayır. “Gəncləri, uşaqları belə mərasimlərdən qorumalıyıq. Bir sosioloq kimi deyirəm ki, bunların təhlükəsi böyükdür. Ən azından, bu bayram keçirilərkən orada qorxulu effekt yaradan elementlərdən istifadə edilməsi uşaqlara pis təsir edir. Bəziləri bunu teatr tamaşası kimi qeyd edir, bəziləri əyləncə kimi irəli sürürlər. Amma fikrimcə, onun mahiyyətində qara qüvvələrin ruhunu aşılamaq durur” - deyə sosioloq bildirdi.

Kulturoloq Aydın Xan Əbilov isə bizimlə söhbətində “Cadugərlər bayramı”na ciddi yanaşmadığını bildirdi: “Açığı, bu bayram haqqında ətraflı maraqlanmamışam, amma onu heç ciddi bir bayram da saymıram”.

Aytəkin KƏRİMLİ 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ