Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti daha sərfəli "YeniDoğma" tarifini təqdim edir. Bu yeni tarifin istifadəçiləri şəbəkədaxili zənglərin 3-cü dəqiqəsindən sonra pulsuz danışacaq. Zənglərin ilk 3 dəqiqəsi zamanı isə bir dəqiqənin qiyməti 4 qəpik təşkil edir. Ölkədaxili digər zənglərin bir dəqiqəsinin qiyməti də həmçinin 4 qəpik təşkil edir.
Bu sərfəli tarifdən faydalanmaq üçün sadəcə olaraq *138#5#YES kodunu yığmaq və ya "YeniDoğma" tarifində olan yeni nömrə almaq yetərlidir. Bütün "CIN" və "Klass" tarifinin istifadəçiləri həmçinin bu təklifdən yararlana bilər.
Qeyd etmək lazımdır ki, pulsuz şəbəkədaxili danışıqlar zəngin 4-cü dəqiqəsindən 30-cu dəqiqəsinə qədər təqdim edilir və bu müddət bitdikdən sonra pulsuz danışığa davam etmək üüçn abunəçinin balansından növbəti 3 dəqiqə zamanı vəsait çıxılır. Qiymətlər Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron yarımadasından kənar bölgələrdə qüvvədədir.