Novruz bayramı ərəfəsində özünə və yaxınlarına hədiyyə etmək istəyənlər üçün "Azercell"dən əla fürsət! İndi bütün abunəçilər çox sərfəli şərtlərlə "Samsung J2 Prime" və ya "GM 5+" smartfonlarından birinə sahib ola bilər.
Martın 17-dən etibarən abunəçilərə təqdim olunan yeni "Smartfon Baharı Kampaniyası" ilə artıq hər kəs arzuladığı telefonu əldə edə bilər. Kampaniya çərçivəsində abunəçilər "Samsung J2 Prime" və ya "GM 5+" kimi 4G dəstəkli smartfonları aylıq müvafiq olaraq cəmi 35 AZN və 50 AZN-dən başlayan ödənişlə əldə etməklə yanaşı, bir sıra üstünlüklər də qazanır. Belə ki, abunəçilər "Samsung J2 Prime" və ya "GM 5+" smartfonlarından birini seçməklə, 12 aylıq hədiyyə 5 GB, 10 GB və ya Limitsiz (50GB) Mobil İnternet paketindən istifadəetmə imkanına sahib olur. Kampaniyadan yararlanmaq üçün abunəçilər "Azercell" müştəri xidmətləri və ya diler ofislərinə yaxınlaşmalıdır.
"Azercell" böyük məmnuniyyətlə sizi yaxınlarınızla birgə bu bayram sevincini paylaşmağa dəvət edir! Bu baharı "Azercell"lə daha yaxşı yaşayın!
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.