Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov dünən Milli Məclisdə vətəndaşları növbəti dəfə qəbul edib.
Qəbulda həm Əhliman Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan və müxtəlif problemlərin həllində köməklik istəyən seçicilər, həm də Milli Məclisin Səhiyyə komitəsinə səhhətində olan problemlərlə bağlı müraciət edən insanlar iştirak edib. Qəbul zamanı koxlear implantasiya, süni mayalanma və digər müxtəlif cərrahi əməliyyatlar, o cümlədən orqan köçürülməsilə bağlı müraciətlər olub. Müraciət edən seçicilər isə əsasən sosial problemlərlə bağlı şikayətlərini deputata çatdırıblar. Əhliman Əmiraslanov qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını qeyd edərək, vətəndaşları narahat edən bəzi problemlərin aradan qaldırılması məqsədilə aidiyyəti üzrə müvafiq orqanlara müraciət ediləcəyini bildirib.
Baki-xeber.com