Samux rayonunda güllələnmə faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Samux sakini, 14 yaşlı qız özünü güllələyib. O, hadisə yerində ölüb.
Özünü güllələyən şəxsin kimliyi də müəyyənləşib. Məlumata görə, 2001-ci il təvəllüdlü Ələkbərova Billu Elman qızı özünü ov tüfəngi ilə vurub. Yeniyetmə qız aldığı xəsarətdən ölüb.
Fakt araşdırılır.