Bazar günü günü, 15 noyabr 2026
     

Məleykə Abbaszadə gələcəkdə digər təhsil səviyyələri üzrə imtahanda bir neçə dəfə iştirak imkanı yaradılacağını dedi

Image


Dövlət İmtahan  Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin APA-ya müsahibəsi

- Ölkədə orta ixtisas təhsili müəssisələrinə, ali təhsilin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydaları təsdiq edilib. Yeni qaydalar bütün təhsil pillələri üzrə imtahan vermək istəyən şəxslərə nə kimi əlavə imkanlar yaradacaq?

- Ümumi və tam orta təhsil bazalarında orta ixtisas təhsili müəssisələrinə, ali təhsilin bakalavr, magistratura və rezidentura səviyyələrinə qəbul qaydaları Dövlət İmtahan Mərkəzi tərəfindən işlənib hazırlanıb (müvafiq nazirliklərin rəyi nəzərə alınmaqla) və cari ilin fevral ayında Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Qeyd edilən qaydalarda ötən illə müqayisədə, demək olar ki, dəyişiklik yoxdur. Yalnız bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə  seçdikləri hər hansı bir ixtisas qrupu üzrə ( V ixtisas qrupu istisna olmaqla)  eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir. Bildiyiniz kimi, ötən ilə qədər əvvəlki illərin və cari ilin məzunları qəbul imtahanını müxtəlif vaxtlarda verirdilər. Bu zaman imtahan iştirakçılarının yaş xüsusiyyətləri nəzərə alınırdı və yaşı çox olan abituriyentlərin azyaşlı abituriyentlərə hər hansı təsir göstərməsinin qarşısı alınırdı. Bir neçə il idi ki, hər iki kontingentə aid abituriyentlər tərəfindən həm may, həm də iyulda keçirilən qəbul imtahanlarında iştirak imkanının yaradılması barədə TQDK-ya çoxsaylı müraciətlər daxil olurdu. Məsələn, aprel ayında hərbi xidmətdən tərxis olunan əvvəlki illərin məzunu olan abituriyent qəbul proqramını təkrarlamağa vaxtı çatmadığını bildirib, imtahanı iyul ayında vermək istəyirdi, yaxud cari ilin məzunu qəbul imtahanını may ayında verib yay aylarında isə hər hansı xarici ölkənin universitetlərinə qəbul olmaq üçün özünü sınamaq istədiyini bildirirdi. Qəbul qaydalarında müvafiq müddəa nəzərdə tutulmadığına görə biz belə müraciətlərə müsbət baxa bilmirdik. Bu ildən isə həm cari ilin, həm də əvvəlki illərin məzunları qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər. İmtahanda 2 dəfə iştirak imkanı imtahanla bağlı psixoloji gərginliyi nisbətən aradan götürəcək və abituriyent biliklərini tam nümayiş etdirməsi üçün daha əlverişli imkana malik olacaq. Birinci imtahanın nəticələrindən razı qalmayan hər bir abituriyent ikinci dəfə öz biliyini sınamağa imkan qazanacaq və bu zaman istədiyi imtahanın nəticəsi ilə müsabiqədə iştirak edəcək. Gələcəkdə digər təhsil səviyyələri üzrə də belə imkanın yaradılması nəzərdə tutulur.

- Məlumatda bildirilib ki, ali məktəblərə müsabiqə zamanı abituriyentin yüksək nəticə göstərdiyi imtahanın nəticəsi əsas götürüləcək. Burada hər bir qrup üzrə nisbi bal məhdudiyyəti necə təsir göstərəcək?

- Qaydalara əsasən, abituriyent eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etdiyi halda, müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir. Təbii ki, hər bir abituriyent daha yüksək ümumi bal topladığı imtahanın nəticəsi ilə müsabiqədə iştirak etmək istəyər, lakin elə hal ola bilər ki, onun üçün ümumi balı aşağı olan imtahan nəticəsi daha əlverişli olsun. Misal üçün, abituriyent bir imtahanda 350 bal toplayır və bütün fənlər üzrə nisbi balı 10%-dən yuxarıdır, digər imtahanda isə 360 bal toplayır, lakin ixtiyari bir fəndən nisbi balı 10%-dən aşağıdır. Bu halda abituriyent ikinci imtahan nəticəsi ilə dövlət sifarişli yerlərin müsabiqəsində iştirak edə bilmir (ötən ilki müsabiqə şərtlərinə əsasən bütün fənlər üzrə nisbi bal məhdudiyyəti ödənməlidir). Abituriyent ərizəsində dövlət sifarişli yerləri də göstərmək istəyirsə, o zaman birinci, yəni ümumi balı aşağı olan imtahan nəticəsi ilə müsabiqəyə qatılmalıdır.

- Ötən illərdə əvvəlki illərin məzunları ayrı, bu ilin məzunları isə ayrı vaxtda imtahan verirdi. Yeni qaydalara görə, onlar yenidən eyni gündə imtahan verəcəklər?

- Cari ilin və əvvəlki illərin məzunları üçün imtahanlar eyni gündə keçiriləcək. Lakin yuxarıda qeyd elədiyim kimi abituriyentlərin yaş xüsusiyyətləri nəzərə alınacaq və onlar ayrı-ayrı binalarda yerləşdiriləcəklər.

- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanının neçə dəfə keçirilməsi nəzərdə tutulur? 2 dəfə keçiriləcəyi halda abituriyent hansı imtahana əlavə ödəniş edəcək?

- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə imtahan qəbul kampaniyası ərzində iki dəfə keçirilir. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün ilk dəfə müraciət edən abituriyentin Azərbaycan dili imtahanı üzrə də ilk müraciəti ödənişsiz (yəni dövlət büdcəsi hesabına), növbəti müraciəti ödənişlidir.

Diqqət yetirin, mən məhz “müraciət” sözünü işlətdim - əgər abituriyent imtahanda iştirak üçün müraciət edirsə, lakin imtahana gəlmirsə, növbəti imtahan onun üçün ödənişli olacaq, ona görə ki, o müraciət edəndə imtahanda iştirakı üçün bütün lazımi tədbirlər görülür və maliyyə vəsaiti xərclənir.

- Bir neçə ay öncə bildirmişdiniz ki, vahid imtahana keçmək üçün həm fənlərin sayı artmalı, həm də imtahanın forma-modeli dəyişməlidir? Xəbərlər yayılıb ki, artıq 2 ildən sonra ölkədə vahid imtahana keçmək mümkün olacaq. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.

- Buraxılış və ya qəbul imtahanlarında fənlərin sayının artırılması barədə qərar verməzdən əvvəl ciddi elmi araşdırmalar aparılmalı, monitorinq imtahanları keçirilməli və onların nəticələri təhlil edilməlidir. Hələlik onu deyə bilərik ki, Təhsil Nazirliyin təşəbbüsü ilə 2018-ci ildən etibarən tədrisi Azərbaycan dilində olmayan, yəni rus, gürcü və s. dillərdə olan ümumtəhsil müəssisələrinin 9-cu siniflərində buraxılış imtahanı fənləri siyahısına Azərbaycan dili fənninin əlavə edilməsi nəzərdə tutulur.

- Dövlət İmtahan Mərkəzinin fəaliyyətində, strukturunda nə kimi dəyişikliklər edilib? Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs kimi bundan sonra hansı formada fəaliyyət göstərəcək?

- Hazırda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ləğvi və yeni strukturun yaradılması prosesinin ilkin mərhələsi demək olar ki, başa çatdırılıb. Bu müddət ərzində hüquqi, təşkilati və texnoloji cəhətdən çox mürəkkəb işlər görülüb. İlk növbədə DİM-in ilkin fəaliyyətini təmin edəcək şöbələr müəyyən edilmiş və komplektləşdirilmişdir. Demək olar ki, işçilərin ixtisarı olmayıb. Bildiyiniz kimi DQMK 10 il, TQDK isə 20 ildən artıq idi ki, fəaliyyət göstərirdi. Hər iki qurumda ötən illər ərzində elə səriştəli mütəxəssislər formalaşıb ki, onları əvəz etmək çox çətin olardı. Mən həm TQDK-nın, həm də DQMK-nın bütün əməkdaşlarının hər biri ilə görüşüb onların yeni təşkilatda iş perspektivlərinə dair söhbətlər apardım.

Dövlət İmtahan Mərkəzi TQDK və DQMK- dan fərqli olaraq büdcədən maliyyələşmir və işçi heyət dövlət qulluqçusu statusuna malik deyil. Ona görə də DİM-də işləmək və ya özü üçün daha münasib variant axtarmaq barədə hər kəs öz qərarını verdi. Hazırda ilkin struktur formalaşıb, lakin DİM publik hüquqi şəxs olaraq bu sahədə çevik siyasət həyata keçirmək imkanına malikdir. Bundan sonra fəaliyyət istiqamətlərindən asılı olaraq DİM-in strukturunda yeni zəruri bölmələr yaradıla bilər.

- Təhsil Nazirliyi ali məktəblərdə hazırlıq siniflərinin yaradılması ilə bağlı hökumətə yeni təkliflər təqdim edib. Bildirilib ki, əgər bu təkliflər qəbul olunarsa ali məktəblərə qəbul qaydalarında dəyişikliklər edilə bilər. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.

- Hökumət tərəfindən hər hansı qərar qəbul olunarsa, biz həmin qərarı müzakirə etmədən yerinə yetirəcəyik.

- Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının strukturu, məzmununda hər hansı dəyişikliklər nəzərdə tutulub?

- Bildiyiniz kimi, bu məsələ fevral ayının 14-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Avropa İttifaqının Tvinninq yardım aləti çərçivəsində həyata keçirilən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Layihəsinin rəsmi təqdimatı zamanı ətraflı şəkildə müzakirə edilib.

Dövlət qulluğuna qəbula dair müəyyən sənədlərin layihələri təsdiq olunmaq üçün tərəfimizdən müvafiq qurumlara təqdim edilib. Bu proses başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

- Dövlət qulluğuna qəbul zamanı müsahibə mərhələsinin ləğvi gündəmdə varmı?

- Dövlət qulluğuna qəbul qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Qəbul zamanı müsahibə mərhələsinin ləğvi nəzərdə tutulmayıb.

-  Dövlət qulluğuna qəbul zamanı magistr təhsilinin zəruri olub-olmaması ilə bağlı hansısa iş aparılır?

- Bu məsələ müsabiqəyə çıxarılan vakant vəzifəyə qoyulan tələblərlə tənzimlənir. Ola bilər ki, hansısa vəzifənin tutulması üçün magistr təhsili tələb olunsun və ya tələb olunmasın.

- Bank işçilərinin, habelə hakimliyə qəbul imtahanları ilə bağlı proses necə tənzimlənəcək?

- Bu tip imtahanlar ikitərəfli müqavilə əsasında həyata keçirilə bilər. Hər hansı dövlət orqanı, qurum və ya şirkət imtahan keçirilməsi ilə bağlı müraciət etdikdə müqavilə imzalanacaq və müvafiq imtahan keçiriləcək. Qeyd edim ki, hakim vəzifəsinə işə qəbul imtahanları indiyədək tərəfimizdən həyata keçirilirdi. Ümumilikdə isə DİM-in hazırkı kadr və texniki potensialı bu gün dünyada aparılan əksər imtahan növlərinin  Azərbaycanda da həyata keçirməyə imkan verir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ