ABŞ səfirinin xanımı Anna Sekuta Sabirabadda yol açılışında iştirak edib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün Sabirabad rayonunun Surra kəndində 500 metrlik yolun təmirinin başa çatması ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə ABŞ səfirinin xanımı Anna Sekuta, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndələri və yerli sakinlər iştirak ediblər. Bu layihə USAİD və Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilib.
A. Sekuta bildirib ki, bu layihə ABŞ-dan Azərbaycan xalqına bir dəstəkdir: “Bu əməkdaşlıq ABŞ və Azərbaycan xalqları arasındakı səmimi münasibətlərin təzahürüdür. Bu yolun təmiri 1300 nəfər sakini olan Surra kəndinin rayon mərkəzi ilə əlaqəsini yaxşılaşdıracaq və fövqəladə hallar baş verən zaman kəndə giriş-çıxışı asanlaşdıracaq. Belə layihələr bundan sonra da davam etdiriləcək”.