Dünəndən etibarən ATU-nun rektoru, professor Gəray Gəraybəylinin tələbələrlə görüşləri başlayıb. İlk olaraq rektor universitetin I kurslarının qrup nümayəndələri ilə görüşüb. Bu barədə ATU-nun mətbuat xidmətindən qəzetimizə məlumat verilib.
Görüş zamanı yeni tələbə olan gənclər özlərini maraqlandıran məsələləri qaldırıblar. Həm tədris və təhsil sistemi, həm də tələbələri narahat edən sosial məsələlərlə bağlı bir sıra təklif və iradlar səsləndirilib. Hər bir kəsin sualını ayrı-ayrılıqda cavablandıran rektor Gəray Gəraybəyli bəzi məsələlərin həlli ilə bağlı dərhal göstəriş verib.
Qeyd edək ki, görüşdə 82 nəfər qrup nümayəndəsi iştirak edib. Müxtəlif kurs və fakültələrin qrup nümayəndələri ilə görüşlər davam edəcək.