Lənkəran şəhərinin Qala Xiyabanında yerləşən "Boranı" Ailəvi İstirahət Mərkəzi xeyriyyə aksiyasına start verib.
“Bakı-Xəbər"-in xəbərinə görə, mərkəzin kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sahibkarlar üçün yaratdığı münbit şəraitdən bəhrələnərək Lənkəran rayonundakı Qarabağ müharibəsi şəhidlərinin övladlarının ad günlərini öz hesabına keçirməyi qərara alıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən bu aksiya ilə bağlı şəhid övladlarına üzərində "Biz atanıza əbədi borcluyuq. Haqqı atanız tərəfindən ödənilib" sözləri yazılmış dəvətnamələr göndərilir.
Bu günlərdə istirahət mərkəzində Sütəmurdov kəndindən olan Zöhrə İbrahimlinin ad günü məclisi keçirilib. Qeyd edək ki, Zöhrə Qarabağ müharibəsində şəhid olmuş Aftandil İbrahimlinin övladıdır.
GÜNEL