Dünən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 3-cü orqan transplantasiyası günlərinə start verilib.
Bu məqsədlə təşkil olunan tədbirdə açılış nitqi ilə çıxış edən akademik Nuru Bayramov bu tip konfransların önəmindən bəhs edib: "Biz burada biliklərimizi qarşılıqlı bölüşüb, nələrsə öyrənirik. Gələcək nəsil üçün də bu olduqca vacibdir. Elmi araşdırmalar zamanı yazılan, işlənən hər iş çox incəliklə edilməlidir".
Daha sonra tədbir öz işini seminar şəklində davam etdirib. Malatya İnönü Universiteti Turqut Özal Tibb Mərkəzinin professoru Cüneyt Kayaalp iştirakçılarla "Elmi araşdırmalar" mövzusunda məruzə edib. O bildirib ki, insanın gücü elmdədir: "Nə qədər çox bilsən o qədər də güclü olarsan".
Professor C.Kayaalp məqalə yazmaq, araşdırmalar aparmaqla da bağlı təcrübəsini bölüşüb.
Qeyd edək ki, konfrans 2 gün davam edəcək.
Baki-xeber.com