Əhaliyə ümumvətəndaş pasportlarının verilməsi işinin səmərəliliyinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi və xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə, Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir.
Artıq vətəndaşlar ümumvətəndaş pasportu almaq üçün, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi ilə yanaşı, Nizami Rayon Polis İdarəsinə də müraciət edə bilər.
Qeydiyyatda olduqları yerdən asılı olmayaraq, vətəndaşlar Nizami Rayon Polis İdarəsinə (8-ci km. qəsəbəsi, Ş.Mirzəyev küçəsi 71) müraciət edərək, 10 iş günü müddətində ümumvətəndaş pasportu ala bilər.
Sənədlər həftənin bütün günləri səhər saat 9.00-dan axşam saat 18.00-a qədər qəbul edilir.
Əlavə məlumat almaq istəyənlər (012) 590-64-31 şəhər və (050) 555-59-91 mobil nömrələrinə zəng vura bilər.
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi