şənbə günü, 11 iyul 2026
     

Mil­li Qəh­rə­ma­nın "qəh­rə­man­lı­ğı"...

Image


Go­ran­boy ra­yo­nu Veysli kənd or­ta mək­tə­bi­nin di­rek­to­ru, Mil­li Qəh­rə­man Mə­həm­məd Hə­sə­no­vun Slav­yan Uni­ver­si­te­tin­də ya­şa­dı­ğı olay­la bağ­lı keç­miş Qa­ra­bağ dö­yüş­çü­lə­rin­dən bi­ri­nin mü­ra­ci­ə­ti­ni al­mı­şıq. Mü­ra­ci­ə­ti çap edi­rik. Qar­şı tə­rə­fin də ca­vab haq­qı­nı ta­nı­yı­rıq:

"Ötən həf­tə ya­zı­lı və elektron KİV-lə­rin gün­də­mi­ni bir möv­zu zəbt et­di: "Mil­li Qəh­rə­man Mə­həm­məd Hə­sə­nov Ba­kı Slav­yan Uni­ver­si­te­ti­nə (BSU) bu­ra­xıl­ma­dı." Bu xə­bə­ri 70-dən çox sayt və on­lar­la qə­zet elə təq­dim et­di ki, san­ki hə­min an­da öl­kə­də bun­dan bö­yük ha­di­sə yox idi... Möv­zu ilə ta­nış olan­da isə mə­lum olur ki, bu­ra­da tam adi bir mə­sə­lə­dən söh­bət ge­dir. Yox, elə dü­şün­mə­yin ki, Mil­li Qəh­rə­ma­na qar­şı hör­mət­siz­lik edi­rəm. Əs­la, özüm də keç­miş dö­yüş­çü ol­du­ğum­dan cəb­hə­nin, sən­gə­rin, ba­rı­tın nə ol­du­ğu­nu yax­şı bi­li­rəm. 1992-93-cü il­lər­də top­çu ba­ta­re­ya­sı­nın ko­man­di­ri ki­mi Bey­lə­qan tə­rəf­dən Ha­ra­mı dü­zün­də, son­ra­lar Qu­bad­lı­da, Zən­gi­lan­da, La­çın­da və Fü­zu­li­də dö­yüş yo­lu keç­mi­şəm. Bu yo­lu ke­çən adam nə­in­ki Mil­li Qəh­rə­ma­na, hət­ta adi bir dö­yüş­çü­yə də bö­yük hör­mət­lə ya­na­şır və ya­naş­ma­lı­dır. Bu sə­bəb­dən dö­yüş­də gös­tər­di­yi şü­ca­ət­lə­rə gö­rə Mil­li Qəh­rə­man Mə­həm­məd Hə­sə­no­vun qar­şı­sın­da baş əyi­rəm.

 

"Dü­nən­ki­nə sağ ol, bu­gün­kü­nə ca­vab ver"

Bu yer­də İ.V.Sta­li­nin məş­hur bir de­yi­mi də ya­da dü­şür: "Dü­nən­ki­nə sağ ol, bu­gün­kü­nə ca­vab ver". Bu prin­sip­dən ya­na­şan­da M.Hə­sə­no­vun bu­gün­kü "qəh­rə­man­lı­ğı" heç də təq­dir olu­nan hal de­yil. Əv­vəl­cə­dən onu da de­mə­yi özü­mə borc bi­li­rəm ki, mə­ni Slav­yan Uni­ver­si­te­ti ilə heç nə bağ­la­mır və onun rek­to­ru xa­nım Nur­la­na Əli­ye­va ilə bir də­fə də ol­sun üz-üzə gəl­mə­mi­şəm. Yə­ni heç bir əla­qə­miz ol­ma­yıb. Bu ya­zı da Mil­li Qəh­rə­ma­nın dö­yüş­çü­yə ya­raş­ma­yan hə­rə­kə­ti­nə bir dö­yüş­çü tə­əs­süb­keş­li­yin­dən do­ğan hisslər­dən ya­ran­dı. Çün­ki, dö­yüş­çü­lə­rin, xü­su­si­lə, Mil­li Qəh­rə­ma­nın adı  be­lə cı­lız mə­sə­lə­lər­də gə­rək hal­lan­ma­sın. Mə­sə­lə­nin ma­hiy­yə­ti ha­mı­ya mə­lum ol­sa da, bə­zi de­tal­la­rı bir da­ha ya­da sa­laq. De­mə­li, Mil­li Qəh­rə­man Mə­həm­məd Hə­sə­nov vax­ti­lə təh­sil al­dı­ğı BSU-ya gə­lib, ora­dan nü­mu­nə ki­mi is­ti­fa­də edə­rək, şa­girdlə­ri­nə mə­lu­mat ver­mək is­tə­yib. Ye­ri gəl­miş­kən onu da bil­di­rim ki, M.Hə­sə­nov Go­ran­boy ra­yo­nun­da Veysli kənd or­ta mək­tə­bi­nin di­rek­to­ru iş­lə­yir. Mət­bu­at­dan mə­lum ol­du­ğu ki­mi, BSU-nun gi­ri­şin­də mü­ha­fi­zə­çi on­dan bir sə­nəd gös­tər­mə­si­ni is­tə­yib. Çün­ki im­ta­han ses­si­ya­sı vax­tı­dır və bu sə­bəb­dən uni­ver­si­te­tə gi­riş məh­dud­laş­dı­rı­lıb ki, ses­si­ya­nın ge­di­şa­tı­na heç bir ma­neə, kə­nar tə­sir ol­ma­sın. Qəh­rə­ma­nı­mız isə heç bir sə­nəd gös­tər­mək is­tə­mə­yib. Be­lə olan su­rət­də mü­ha­fi­zə­çi pro­rek­tor­la əla­qə sax­la­yıb. Ora­dan isə de­yib­lər ki, əgər uni­ver­si­tet­də ta­nı­dı­ğı kim­sə var­sa, onu ça­ğı­raq, bir­lik­də au­di­to­ri­ya­la­rı gəz­sin. Yox, əgər ta­nı­dı­ğı yox­dur­sa, ona bir nə­fər ve­rək, uni­ver­si­tet­lə ta­nış­lı­ğı­nı onun­la hə­ya­ta ke­çir­sin. Bu isə Mil­li Qəh­rə­ma­nın, ne­cə de­yər­lər,  "çes­ti­nə" də­yib və ora­dan ge­ri qa­yı­da­raq, bu ba­rə­də dər­hal, yə­ni nə­fə­si BSU-dan çə­kil­mə­miş bir say­ta mə­lu­mat ve­rib. Bun­dan son­ra isə saytlar və qə­zet­lər səs-sə­sə ve­rib, adi bir mə­sə­lə­ni şi­şir­də­rək, da­ğa dön­də­rib­lər.

 

M.Hə­sə­nov ni­yə qə­rəz­li olub?

Şəx­sən keç­miş bir dö­yüş­çü ki­mi Mil­li Qəh­rə­ma­nın bu hə­rə­kə­ti mə­nə bərk to­xun­du. Axı, "Mil­li Qəh­rə­man" adı hər dö­yüş­çü­yə ve­ril­mir. Bu yə­qin­dir ki, M.Hə­sə­nov dö­yüş­lər­də elə bir igid­lik gös­tə­rib ki, onun bu şü­ca­ə­ti döv­lət tə­rə­fin­dən "Mil­li Qə­rə­man" adı ilə mü­ka­fat­lan­dı­rı­lıb.

Mil­li Qəh­rə­man "qəh­rə­man­lıq" edib:

Bu adı da­şı­yan qəh­rə­man isə ol­duq­ca cid­di, tə­va­zö­kar, sa­də və sə­mi­mi ol­ma­lı­dır. Bəs biz bu­ra­da nə gö­rü­rük? Mil­li Qəh­rə­man vax­ti­lə oxu­du­ğu uni­ver­si­te­tə bir an­la­şıl­maz­lıq üzün­dən bu­ra­xıl­ma­yıb, o isə bu­nu kül­li-alə­mə car çə­kib. Su­al olu­nur, bu­ra­da nə qə­ba­hət iş var? Əgər sən vax­ti­lə oxu­du­ğun doğ­ma təh­sil oca­ğı­na gəl­mək is­tə­yir­sən­sə, da­şı­dı­ğın adın bö­yük­lü­yü­nü  nə­zə­rə alıb, qa­baq­ca­dan gö­rüş ba­rə­də BSU-nun rəh­bər­li­yi­ni mə­lu­mat­lan­dır­ma­lı və gö­rü­şü ra­zı­laş­dır­ma­lı idin. İna­nı­ram ki, heç kəs bu gö­rüş­dən im­ti­na et­məz­di. Bu, bir. İkin­ci­si, əgər sən doğ­ru­dan da uni­ver­si­tet­lə ta­nış ol­maq is­tə­yir­din­sə və heç bir qə­rə­zin, məq­sə­din yox idi­sə, sə­nə ve­ri­lən tək­li­fi qə­bul edib, uni­ver­si­te­tə da­xil ola bi­lər­din. Am­ma ge­di­şat gös­tə­rir ki, sə­nin məq­sə­din, əziz qəh­rə­man, uni­ver­si­tet­lə ta­nış­lıq de­yil­miş. Sa­də­cə, hay-küy sal­maq üçün sən bə­ha­nə ax­ta­rır­san­mış. Ona gö­rə də dər­hal mə­lum say­ta mə­lu­mat ve­rir­sən.

 

1988-ci il­də olan Sum­qa­yıt ha­di­sə­lə­ri ilə Mə­həm­məd Hə­sə­no­vun ha­di­sə­sin­də ox­şar­lıq var?!

Hər bir mü­qa­yi­sə qü­sur­lu ol­sa da, bu ha­di­sə 1988-ci ilin fev­ra­lın­da baş ver­miş Sum­qa­yıt ha­di­sə­si­ni mə­nim ya­dı­ma sal­dı. Yə­qin gənc nəs­lin bu ba­rə­də mə­lu­ma­tı az olar. Or­ta və yaş­lı nə­sil yax­şı bi­lir ki, 6-cı mər­tə­bə­dən er­mə­ni­nin aşa­ğı atıl­ma­sı­nı müx­tə­lif te­le­vi­zi­ya­la­rın ope­ra­tor­la­rı aşa­ğı­dan dər­hal len­tə alıb­lar. Elə hə­min gün də, azər­bay­can­lı­la­rın vəh­şi ob­ra­zı­nı dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dır­maq məq­sə­di­lə, çə­kil­miş kadrlar bü­tün te­le­vi­zi­ya­lar­dan ya­yım­la­nır. Su­al olu­nur, hə­min ope­ra­tor­lar ha­ra­dan bi­lir­di­lər ki, han­sı gün­də, han­sı sa­at­da və han­sı bi­na­dan bir er­mə­ni­ni aşa­ğı ata­caq­lar? Əl­bət­tə ki, əv­vəl­cə­dən bu, o vaxtki SSRİ KQB-nin (DTK) qur­du­ğu sse­na­ri idi.

Mil­li Qəh­rə­ma­nı­mız Mə­həm­məd Hə­sə­no­vun bu hə­rə­kə­ti də məhz hə­min sse­na­ri­ni xa­tır­la­dır. Əgər bu əv­vəl­cə­dən dü­şü­nü­lüb ha­zır­lan­mış sse­na­ri ol­ma­say­dı, nə­yə gö­rə adi bir an­la­şıl­maz­lıq dər­hal mət­bu­a­ta çı­xa­rı­lır? Əgər, M.Hə­sə­nov bir ba­la­ca səbrli ol­say­dı, uni­ver­si­te­tə da­xil olar­dı və qa­pı­da bir az lən­git­dik­lə­ri­nə gö­rə on­dan üzr də is­tə­ni­lər­di. Bu­nun­la da adi ki­çik bir mə­sə­lə həl­li­ni ta­par­dı. Ona gö­rə də bu yer­də çox­say­lı su­al­lar ada­mı na­ra­hat edir.

 

Doğ­ru­dan­mı Mil­li Qəh­rə­ma­nın məq­sə­di vax­ti­lə oxu­du­ğu au­di­to­ri­ya­lar­la ta­nış­lıq olub?

Əv­və­la, or­ta mək­təb­lər­də, dərslə­rin qız­ğın vaxtla­rın­da, Mil­li Qəh­rə­man olan mək­təb di­rek­to­ru Ba­kı­ya nə məq­səd­lə gə­lib? Bu­nun üçün Ra­yon Təh­sil Şö­bə­sin­dən ica­zə alı­nıb­mı? Doğ­ru­dan­mı, Mil­li Qəh­rə­ma­nın məq­sə­di vax­ti­lə oxu­du­ğu au­di­to­ri­ya­lar­la ta­nış ol­maq idi? Bəs ni­yə bu is­tə­yi­nə çat­maq üçün cəhd et­mə­yib? BSU ilə qon­şu olan Xa­ri­ci Dil­lər Uni­ver­si­te­ti­nə qəh­rə­ma­nı­mız nə üçün ge­dib? Yox­sa M.Hə­sə­nov or­ta mək­təb­lər­də heç bir tə­til ol­ma­dan öz işi­ni bu­ra­xıb uni­ver­si­tet­lə­ri gəz­mək üçün sə­fə­rə çı­xıb? Özü də dər­hal bu­nu da se­vi­nə-se­vi­nə say­ta mə­lu­mat ve­rib ki, Ba­kı Slav­yan Uni­ver­si­te­ti onu qə­bul et­mə­di, la­kin Xa­ri­ci Dil­lər Uni­ver­si­te­ti onu çox yax­şı qə­bul edib.

Yax­şı, bəs Xa­ri­ci Dil­lər Uni­ver­si­te­ti­nə­də­mi nü­mu­nə­lər gö­tür­mək üçün get­miş­din? Bü­tün bu su­al­lar ca­vab is­tə­yir. Ca­vab isə bir­dir. Gö­rü­nür, qəh­rə­ma­nı­mız kim­lə­rin­sə is­tək və ar­zu­su­nu ye­ri­nə ye­tir­mək üçün bu mis­si­ya­nı boy­nu­na gö­tü­rüb ki, Ba­kı Slav­yan Uni­ver­si­te­ti­nin və onun xa­nım rek­to­ru­nun adı­nı mən­fi mə­na­da hal­lan­dır­sın. Bu, be­lə ol­ma­say­dı, ha­di­sə­dən xə­bər tu­tan rek­tor, pro­fes­sor Nur­la­na Əli­ye­va­nın şəx­sən qəh­rə­ma­na zəng edə­rək, uni­ver­si­te­tə də­və­ti­ni qə­bul edər­di. Bu­nu da et­mə­yib. Ək­si­nə, iki nə­fə­rin ara­sın­da olan söh­bə­ti də dər­hal saytla­ra çat­dır­maz­dı və özü də əda ilə bil­di­rib ki, rek­tor son­ra­dan onu uni­ver­si­te­tə də­vət edib, o isə bun­dan im­ti­na edib. Ye­nə su­al or­ta­ya çı­xır. Ay Mil­li Qəh­rə­man Mə­həm­məd Hə­sə­nov, bir xa­nım ola­raq, rek­tor sə­ni uni­ver­si­te­tə də­vət edir ki, an­la­şıl­maz­lıq ara­dan qal­dı­rıl­sın, sə­nə hör­mət və eh­ti­ram gös­tə­ril­sin, uni­ver­si­tet­də sər­bəst gəz­mə­yi­nə, özü­nün də qəh­rə­man ki­mi löv­hə­də şə­ki­li­ni gör­mə­yə şə­ra­it ya­ra­dıl­sın, sən isə bun­dan im­ti­na edə­rək mət­bu­a­ta car çə­kir­sən ki, xa­nı­mın tək­li­fi­ni qə­bul et­mə­mi­sən. Bəs ha­nı sə­nin centle­men­li­yin? Şəx­sən ta­nı­ma­sam da, eşit­dik­lə­rim­dən və da­nı­şı­lan­lar­dan mə­lu­ma­tım var ki, rek­tor N.Əli­ye­va heç vaxt özü­nü sərt mə­mur ki­mi apar­ma­yıb. Ha­mı­ya bir ana, bir ba­cı, xe­yir­xah bir qa­dın ürə­yi ilə ya­na­şıb. Bəs ha­nı sə­nin be­lə bir xa­nı­mın uni­ver­si­te­tə də­və­ti­nə gös­tər­di­yin xoş mü­na­si­bət? De­mə­li, sə­nin niy­yə­tin heç də xoş ol­ma­yıb. "Xo­ru­zun quy­ru­ğu açıq-ay­dın elə bun­dan gö­rü­nür". Be­lə mə­lum olur ki, ölüm­dən qorxma­ya­raq, er­mə­ni­nin üzə­ri­nə dik ge­dən, bu yol­da əyil­mə­yib, şax da­ya­nan, atı­lan gül­lə­lə­ri ve­ci­nə al­ma­yan, düş­mən qar­şı­sın­da sın­ma­yan Mil­li Qəh­rə­man Mə­həm­məd Hə­sə­nov kim­lə­rin­sə qar­şı­sın­da şax da­ya­na bil­mə­yə­rək, sı­nıb. Bu­nun baş­qa adı yox­dur. Mil­li Qəh­rə­man ol­maq o de­mək de­yil ki, nə is­tə­sən edə bi­lər­sən...

 

Mil­li Qəh­rə­man­lar üçün də Etik Dav­ra­nış Ko­dek­si ha­zır­lan­ma­lı­dır

Bil­di­yi­miz ki­mi, Mil­li Məc­li­sin üz­vü olan de­pu­tat­lar to­xu­nul­maz­lıq sta­tu­su da­şı­yır­lar. Am­ma As­tan Şah­ver­di­yev ki­mi de­pu­ta­tın Ru­si­ya­ya çö­rək da­lın­ca ge­dən azər­bay­can­lı­la­rı "ot­xod", yə­ni tul­lan­tı, ad­lan­dır­ma­sı ar­tıq de­pu­ta­tın etik dav­ra­nış ko­dek­si­nin ya­ra­dıl­ma­sı­nı gün­də­mə gə­ti­rib. Mə­lu­mat­la­ra gö­rə, Mil­li Məc­li­sin yaz ses­si­ya­sın­da bu mə­sə­lə­yə ba­xı­la­caq. Çün­ki de­pu­tat to­xu­nul­maz­lıq sta­tu­sun­dan sui-is­ti­fa­də edə­rək ağ­zı­na nə gəl­di da­nı­şa bil­məz. O cüm­lə­dən, Mil­li Qəh­rə­man da öz sta­tu­sun­dan sui-is­ti­fa­də edib, nə is­tə­sə edə bil­məz. Ne­cə de­yər­lər, dö­yüş­də qəh­rə­man­lıq gös­tər­miş in­san cə­miy­yət­də ağır otu­rub bat­man gəl­mə­si ilə bu mü­qəd­dəs adı hə­mi­şə uca­da sax­la­ma­lı­dır. Yox­sa "Mən Mil­li Qəh­rə­ma­nam, nə is­tə­səm de­yə, ha­ra is­tə­səm ge­də bi­lə­rəm" - prin­si­pi ilə ya­şa­maq ol­maz. On­da nə­in­ki Mil­li Qəh­rə­man­la­rın, hət­ta bü­tün dö­yüş­çü­lə­rin, mə­nim ki­mi Qa­ra­bağ Ve­te­ran­la­rı­nın, Əlil­lə­rin, Şə­hid­lə­rin adı­na da lə­kə dü­şər. Be­lə ya­ra­maz, hör­mət­li Mil­li Qəh­rə­man. Özün də mək­təb di­rek­to­ru, hör­mət­li zi­ya­lı­san. "Qəh­rə­man" adı­na hör­mət qoy­ma­dın, heç ol­ma­sa di­rek­tor­lu­ğu­na, zi­ya­lı­lı­ğı­na hör­mət qo­yar­dın. Sə­nin ki­mi zi­ya­lı­ya ya­ra­şar­dı­mı vax­ti­lə oxu­du­ğun ali mək­tə­bin və onun nü­fuz­lu, zi­ya­lı olan xa­nım rek­to­ru­nun adı­nı mət­bu­at­da hal­lan­dır­maq? Bu nə keç­miş dö­yüş­çü­yə, nə də zi­ya­lı­lı­ğa ya­ra­şan hə­rə­kət de­yil­di. On­suz da yel qa­ya­dan heç nə apa­ra­sı de­yil. Sə­nin bu hə­rə­kə­tin­lə də nə Slav­yan Uni­ver­si­te­ti­nin, nə də xa­nım rek­to­run adı ki­çil­mə­di. Ək­si­nə, eşi­dib, bil­dik­lə­rim­dən gör­düm ki, ha­mı sə­ni qı­na­yır. Gö­rü­nür, ye­ni bir "qəh­rə­man­lıq" et­mək ürə­yin­dən ke­çir­miş ki, bu­na da na­il ol­dun. Bu "qəh­rə­man" adı­nı isə sə­nə, qar­şı­sın­da əyi­lib-sın­dı­ğın in­san­lar ver­di­lər. İn­di özün fi­kir­ləş, han­sı qəh­rə­man adı da­ha uca və şə­rəf­li­dir?

 

Baş ver­miş ha­di­sə­yə sus­maq­la düş­mən ol­maq is­tə­mə­dim

Keç­miş dö­yüş­çü ki­mi, sən­gər yol­da­şı­mı­zın bu gün be­lə bir "qəh­rə­man­lıq" et­mə­si­nə tə­əs­süf­lən­mək­dən baş­qa əlim­dən heç nə gəl­mir. İna­nı­ram ki, o sən­gər­lə­ri keç­miş, o ba­rı­tı iy­lə­miş keç­miş dö­yüş­çü­lə­rin hər bi­ri məhz be­lə dü­şü­nür. Mən, şəx­sən qə­bul edə bil­mə­dim ki, dö­yüş­lər­də can qo­yub, ad çı­xar­mış bir qəh­rə­man,  bu gün cı­lız oyun­la­ra qur­ban ge­də­rək, be­lə qı­naq hə­də­fi­nə çev­ri­lib. Bu­nu da bir dö­yüş­çü tə­əs­süb­keş­li­yi ilə yaz­dım ki, bəl­kə oxu­yub, hör­mət­li Mil­li Qəh­rə­man və or­ta mək­təb di­rek­to­ru olan zi­ya­lı Mə­həm­məd Hə­sə­nov bir nə­ti­cə çı­xartdı. Gö­zəl ya­zı­çı­mız Məm­məd Sə­id Or­du­ba­di­nin be­lə bir fik­ri var: "O kəs ki, mə­nim ey­bi­mi mən­dən giz­lə­dir, is­tək­li gö­züm də ol­sa, düş­mə­nim­dir". Mən də bu prin­sip­lə çı­xış edə­rək, baş ver­miş ha­di­sə­yə sus­maq­la düş­mən ol­maq is­tə­mə­dim. Bir dost və keç­miş dö­yüş­çü həm­kar ki­mi ira­dı­mı bil­dir­mək is­tə­dim. Nə­ti­cə çı­xar­maq isə sə­nin ix­ti­ya­rın­da­dır".

Tu­ral Məm­məd­li



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

11.07.2026 / 21:05
Ukrayna Rusiyanın Azovdakı “kölgə donanması”nı çökdürür - bir gecədə 28 gəmi vuruldu... +VİDEO

11.07.2026 / 20:46
İstilər Eyfel qülləsinin də “dəngəsini” pozdu

11.07.2026 / 20:02
Prezident: "Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir"

11.07.2026 / 19:58
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir" - Prezident

11.07.2026 / 19:56
ABŞ konqresmeni İordan çayının qərb sahilində israilli köçkünlər tərəfindən girov götürüldü...

11.07.2026 / 19:53
Prezident İlham Əliyev: "Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır"

11.07.2026 / 19:51
"Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır" - Prezident

11.07.2026 / 19:45
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrası davam edir

11.07.2026 / 19:03
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub - FOTO

11.07.2026 / 18:01
“Xankəndi” hotelinin açılışı oldu - FOTO

11.07.2026 / 17:35
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO

11.07.2026 / 17:25
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub

11.07.2026 / 16:17
Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

11.07.2026 / 16:01
Prezident Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış oldu - FOTO

11.07.2026 / 15:32
Prezident Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub - FOTO

11.07.2026 / 15:11
Patruşev illər əvvəl bin Ladenə qarşı planlaşdırılan Rusiya-ABŞ əməliyyatını açdı – ABŞ son anda imtina etdi...

11.07.2026 / 15:07
Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub - FOTO

11.07.2026 / 14:22
Azərbaycan vətəndaşını qətlə yetirən şəxs Batumi aeroportunda yaxalandı

11.07.2026 / 14:09
BTQ ilə Burkina-Faso Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalandı

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:44
Azərbaycanın sərt müqavimətindən sonra İsrail geri addım atdı – qondarma “soyqırım" məsələsi gündəmdən çıxarıldı...

11.07.2026 / 13:17
CHP-nin idarə etdiyi daha bir bələdiyyədə həbslər aparıldı – sədrin də aralarında olduğu 36 nəfər qandallandı...

11.07.2026 / 12:50
Sui-qəsd iddiaları Trampı qorxutdu... Orduya əmr verdi - İranı xəritədən siləcəklər...

11.07.2026 / 12:19
İran “səhvini” boynuna aldı? - Tramp danışıqların bərpasına göstəriş verdi

11.07.2026 / 12:15
Ukrayna Azovda 13 rus tankerini vurdu - Rusya Don-Azov kanalını gəmilərə bağladı...

11.07.2026 / 11:53
"Karib hövzəsində dekolonizasiya mövzusu çox vaxt lazımi səviyyədə diqqətdə olmur" - Sen-martinli jurnalist

11.07.2026 / 11:29
Ukrayna üçün “Patriot”lar ilkin mərhələdə Almaniyada istehsal oluna bilər...

11.07.2026 / 11:15
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb

11.07.2026 / 11:03
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışını etdi - FOTO

11.07.2026 / 10:54
Zakir Həsənov Türkiyədə səfərdədir - FOTO

11.07.2026 / 10:45
“Həkəriçay” su anbarının təməli qoyuldu

11.07.2026 / 10:31
Jan-Mişel Brun Fransa mətbuatını ifşa etdi - müstəmləkə xalqlarına qarşı zorakılığı kölgədə saxlayır, təhrif edirdilər...

11.07.2026 / 10:22
Avropa Parlamenti ermənilərdən başqa həm də yunan lobbisinin əsirliyində imiş... SÜBUT...

11.07.2026 / 10:08
Hakan Fidan S-400-lərin üçüncü ölkəyə göndərilməsi ilə bağlı danışıqların davam etdiyini açıqladı...

11.07.2026 / 09:53
“Azərbaycanca-Norveçcə sözlük" yayınlandı

11.07.2026 / 09:48
"Media dekolonizasiya prosesində qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır" - Abbas Abbasov

11.07.2026 / 09:44
Vətənə və xalqa xidmət edən ömür Doğum gününüz mübarək, hörmətli Rasim Məmmədov!

11.07.2026 / 09:37
Bakıda medianın dekolonizasiya prosesində roluna həsr olunmuş konfrans keçirilir

11.07.2026 / 09:30
Amerikalı mütəxəssislər TRIPP layihəsi ilə bağlı Ermənistana səfər edib...

11.07.2026 / 09:15
İran Trampın iddialarını təkzib etdi – onlardan danışıqların bərpasını istəməmişik...

11.07.2026 / 08:49
İran ABŞ-ın bombaladığı nüvə obyektlərini bərpa edir - peyk görüntüləri ortaya çıxardı...

10.07.2026 / 22:43
Paşinyan hələ də Ermənistanda qalan Azərbaycan kəndlərindən danışdı...

10.07.2026 / 22:18
Kreml rəsmisi ABŞ-ın Ukraynaya “Patriot hədiyyəsini” dəstəklədi - Peskov nə demək istəyir?...

10.07.2026 / 21:44
Paşinyan yeni konstitusiya layihəsini dekabrda Əliyev və Trampla görüşədək təqdim edəcək...

10.07.2026 / 21:16
Avroparlament Putinin devrilməsinə doğru daha bir addım atdı...

10.07.2026 / 20:55
Rusiyada dərin yanacaq qıtlığının Azərbaycana təsirləri gündəmdə...

10.07.2026 / 20:41
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

10.07.2026 / 20:37
Azərbaycan JF-17 qırıcı təyyarələri ilə bütün Xəzəri nəzarətə götürür

10.07.2026 / 20:36
Ərdoğanın hədiyyə etdiyi revolverlərin bir çoxu geri qaytarıldı

10.07.2026 / 20:21
Ermənistan İranın əlindən çıxır, TRIPP layihəsinin də buna birbaşa dəxli var

10.07.2026 / 20:05
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib

10.07.2026 / 19:55
Ermənilərin məhkəməsi çıxışlarla davam etdirilib FOTO

10.07.2026 / 19:39
Tramp İrandan yeni təklif aldığını iddia etdi – “Biz də qəbul etdik”...

10.07.2026 / 19:22
Vasitəçi ölkələr ABŞ-İran gərginliyini azaltmaq üçün hərəkətə keçdi - Qətər Tehrana heyət göndərdi...

10.07.2026 / 18:57
Yaxın Şərqdə gərginliyi daha da artıracaq iddia - ABŞ-dan sonra iki körfəz ölkəsi də İrana hücum etdi...

10.07.2026 / 18:40
Xaricdə təhsil şirkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi... - "özünü "təhsil ekspertləri" kimi təqdim edənlər..."

10.07.2026 / 18:12
Kreml Türkiyənin S-400-ləri satacağını rəsmən təsdiqlədi – sistemlər üçüncü ölkələr üzərindən Rusiyaya qaytarıla bilər...

10.07.2026 / 17:50
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirildi - FOTO

10.07.2026 / 17:35
Nazir Vilayət Eyvazovun göstərdiyi rəqəmlərlə bağlı müzakirə başladı - necə və hansı üsullarla?...

10.07.2026 / 17:19
Professor Məhərrəm Zülfüqarlının “ Atillanın yeni sərgüzəştləri” kitabı nəşr olundu - FOTO

10.07.2026 / 16:32
“Zəngəzur dəhlizi bəyanatına” Ermənistan XİN-nin əks-reaksiyası tam yersizdir...

10.07.2026 / 15:58
“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib

10.07.2026 / 15:57
Yunus Oğuzun “Türk” etnonimi və törələri kitabı Respublika Gənclər Kitabxanasının fonduna daxil edilib

10.07.2026 / 15:52
Beyləqan şəhərində fermerlər üçün aqrar sığorta ilə bağlı maarifləndirici təlim keçirilib

10.07.2026 / 15:49
ABŞ MKİ-nin “əllərini pişik yeyib ki, İsrail kəşfiyyatı önə çıxıb?!”...

10.07.2026 / 15:41
Marketlər yerli istehsalçılardan 100 min manat istəyir? – Deputatdan iddia...

10.07.2026 / 15:27
Ölkədə qulaqdibi xəstəliyinin artması iddiaları ilə bağlı rəsmi açıqlama...

10.07.2026 / 15:10
Azərbaycanın Ermənistandakı eksklav kəndlərinin taleyini özümüz həll edəcəyik...

10.07.2026 / 14:59
Azərbaycandakı sabitlik və inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - ŞƏRH

10.07.2026 / 14:47
Rusiya alimindən Ermənistan iqtisadiyyatı barədə inanılmaz rəylər - böhran olmayacaq...

10.07.2026 / 14:34
Kəlbəcərdə mina partladı...

10.07.2026 / 14:29
İran hakimiyyətində yeni parçalanma? - İranda əhali, ABŞ-da mətbuat radikallaşır...

10.07.2026 / 14:18
Bakıda sərnişinlərdən küsən avtobus sürücüsü ilə bağlı QƏRAR VERİLDİ...

10.07.2026 / 14:12
Türkiyə Rusiyadan aldığı S-400 sistemlərini körfəz ölkəsinə satır – İDDİA...

10.07.2026 / 14:05
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib - FOTO

10.07.2026 / 13:56
Azərbaycanın xarici dövlət borcu azaldı - 4 milyard 616,8 milyon...

10.07.2026 / 13:51
Ukrayna Rusiyaya ağır zərbə - neft zavodu, neft terminalı, neft anbarı və böyük bir müdafiə zavodu vuruldu...

10.07.2026 / 13:39
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin yeddinci təlimi

10.07.2026 / 13:17
Qazaxıstan da vitse-prezidentlik institutuna keçir...

10.07.2026 / 13:05
Rusiyaya qarşı yeni sanksiyalar paketi AB-ni parçaladı – birlik ölkələri razılığa gələ bilmir...

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ