"Azercell Telekom" MMC yeni il münasibətilə yeni sərfəli kampaniyalar və unikal xidmətlərlə abunəçilərini sevindirməyə davam edir. Şirkət bu münasibətlə abunəçilərinə hazırladığı "Yeni İl 2017" kampaniyasını təqdim edir. "Yeni İl 2017" kampaniyası abunəçilərə həm 2 fərqli 4G smartfon seçimi, həm də sərfəli danışıq fürsəti verir.
Belə ki, 26 dekabr 2016-cı ildən etibarən "Azercell" abunəçiləri "Yeni İl 2017" kampaniyasına qoşularaq, 1 il ərzində ayda sadəcə 25 AZN ödəməklə "Lenovo 2016" + 5GB internet və ya ayda cəmi 45 AZN ödəməklə "General Mobile 5+" smartfonu + 5GB internet əldə edəcək. Bununla yanaşı, kampaniya abunəçiləri ölkə daxilində sərfəli danışmaq imkanı qazanacaq. Kampaniyaya qoşulmaq üçün abunəçilər "Azercell" Müştəri Xidmətləri, "Azercell Express"lərə və Bakı Diler Şəbəkəsinə müraciət etməlidir.
Yüksək sürətli mobil internetdən istifadəni mümkün edən smartfonları əhaliyə əlverişli şərtlərlə təqdim etmək niyyətini əsas tutaraq, "Azercell" bundan sonra da bu tip sərfəli kampaniyaları abunəçilərinə təqdim edəcək.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.