Cümə axşamı günü, 01 oktyabr 2026
     

Azər­bay­can el­mi və azər­bay­can­çı­lıq...

Image


Azər­bay­can­çı­lıq mü­a­sir Azər­bay­can el­mi­nin təd­qi­qi sa­hə­sin­də özü­nün ye­ni for­ma və məz­mu­nu­nu ifa­də edir. Çağ­daş el­mi­mi­zin qar­şı­sın­da du­ran bir sı­ra prob­lem­lər var ki, onun ye­ni is­ti­qa­mət­də təd­qi­qi­nə, araş­dı­rıl­ma­sı­na eh­ti­yac var. Bu­nun­la be­lə, Azər­bay­can el­mi azər­bay­can­çı­lı­ğa ki­fa­yət qə­dər xid­mət et­mə­yi ba­ca­rır.

Azər­bay­can el­min­də azər­bay­can­çı­lı­ğın təd­qi­qi bu ye­ni müs­tə­vi­də təq­dim edi­lir. Mə­lum­dur ki, Azər­bay­can el­mi azər­bay­can­çı­lıq dəst-xət­ti­nə uy­ğun ola­raq in­ki­şaf edir.

Azər­bay­can Mil­li Elmlər Aka­de­mi­ya­sı­nın pre­zi­den­ti Akif Əli­za­də qeyd edir ki, Hey­dər Əli­ye­vin el­min in­ki­şa­fı ilə bağ­lı hə­ya­ta ke­çir­di­yi si­ya­sət 2003-cü il­dən baş­la­ya­raq Pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən uğur­la da­vam et­di­ri­lir. Onun yaz­dı­ğı­na gö­rə, "Neft ka­pi­ta­lı­nı in­san ka­pi­ta­lı­na çe­vir­mə­li­yik!" de­vi­zi al­tın­da tə­bii re­sursla­ra əsas­la­nan iq­ti­sa­diy­yat­dan bi­lik­lər iq­ti­sa­diy­ya­tı­na ke­çid öl­kə­nin stra­te­ji hə­də­fi elan edil­di: "Bu stra­te­gi­ya kon­tekstin­də mil­li el­mi po­ten­si­a­lın in­ki­şa­fı özü­nün ye­ni mər­hə­lə­si­nə qə­dəm qoy­du.

Bir tə­rəf­dən res­pub­li­ka­nın so­si­al-iq­ti­sa­di tə­rəq­qi­si, di­gər tə­rəf­dən isə mü­a­sir dün­ya­nın ça­ğı­rış­la­rı­nı nə­zə­rə ala­raq, öl­kə­də yük­sək tex­no­lo­gi­ya­la­rın, xü­su­sən də İKT sek­to­ru­nun in­ki­şa­fı, kos­mik sə­na­ye­nin for­ma­laş­dı­rıl­ma­sı ki­mi pri­o­ri­tet elm tu­tum­lu is­ti­qa­mət­lə­rə bö­yük dəs­tək ve­ril­di.

2007-ci il­də el­mi kadr po­ten­si­a­lı­nın for­ma­laş­dı­rıl­ma­sı sa­hə­sin­də ol­duq­ca əhə­miy­yət­li bir ad­dım olan AMEA üzvlü­yü­nə növ­bə­ti seç­ki­lər ke­çi­ril­di, el­min bu və ya di­gər sa­hə­sin­də xü­su­si xid­mət­lə­ri olan alim­lər aka­de­mi­ya­nın hə­qi­qi və müx­bir üzvlə­ri se­çil­di­lər.

2009-cu il­də cə­nab Pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən "2009-2015-ci il­lər­də Azər­bay­can Res­pub­li­ka­sın­da el­min in­ki­şa­fı üz­rə Mil­li Stra­te­gi­ya" qə­bul edil­di. Stra­te­gi­ya­nın ic­ra­sı is­ti­qa­mə­tin­də döv­lə­tin el­mi-tex­ni­ki və in­no­va­si­ya si­ya­sə­ti­nin əsas is­ti­qa­mət­lə­ri mü­əy­yən­ləş­di­ril­di, elm və tex­ni­ka sa­hə­sin­də ida­rə­et­mə sis­te­mi­nin və el­mi qu­rum­la­rın struk­tu­ru­nun tək­mil­ləş­di­ril­mə­si, bey­nəl­xalq el­mi əmək­daş­lıq, yük­sək ix­ti­sas­lı kadrla­rın ha­zır­lan­ma­sı, xü­su­sən gənclə­rin Av­ro­pa­nın xa­ri­ci el­mi mər­kəz­lə­ri­nə gön­də­ril­mə­si, aka­de­mi­ya­nın döv­lət proq­ram­la­rı­nın ic­ra­sın­da ya­xın­dan iş­ti­ra­kı və s. ki­mi is­ti­qa­mət­lər üz­rə ol­duq­ca əhə­miy­yət­li iş­lər gö­rül­dü. Həm­çi­nin elm və təh­si­lin in­teq­ra­si­ya­sı, el­mi iş­çi­lə­rin so­si­al mü­da­fi­ə­si, elektron el­min for­ma­laş­ma­sı sa­hə­sin­də də bir sı­ra uğur­lar əl­də edil­di.

Ya­şa­dı­ğı­mız mü­a­sir dün­ya mü­rək­kəb so­si­al, si­ya­si, iq­ti­sa­di pro­ses­lər­lə, ka­tak­lizmlər­lə mü­şa­yi­ət olu­nur. İn­di həm ay­rı-ay­rı döv­lət­lə­rin, həm də bü­töv­lük­də pla­ne­tin təh­lü­kə­siz­li­yi və da­vam­lı in­ki­şa­fı ba­xı­mın­dan in­tel­lek­tu­al sər­və­tin ro­lu və əhə­miy­yə­ti əv­vəl­ki dövrlər­dən fərqli, ta­ma­mi­lə ye­ni məz­mun kəsb edir. İn­di bü­tün si­vil dün­ya bir­mə­na­lı ola­raq qə­bul edir ki, mü­a­sir qlo­bal­laş­ma şə­ra­i­tin­də so­si­al tə­rəq­qi tem­pi əsa­sən ha­ki­miy­yət­lə in­tel­lek­tin vəh­də­tin­dən ası­lı­dır.

Son za­man­lar dün­ya ba­za­rın­da neft qiy­mət­lə­ri­nin qey­ri-sa­bit­li­yi, bü­tün dün­ya­da iq­ti­sa­di böh­ra­nın də­rin­ləş­mə­si bir da­ha onu sü­but et­di ki, İl­ham Əli­ye­vin xey­li ön­cə­dən mü­əy­yən­ləş­dir­di­yi in­tel­lek­tu­al in­ki­şaf stra­te­gi­ya­sı ta­ma­mi­lə düz­gün se­çim idi. 25 il­lik yu­bi­le­yi­ni qeyd et­di­yi­miz müs­tə­qil Azər­bay­ca­nın in­ki­şa­fı­nın əsa­sın­da ha­ki­miy­yət­lə in­tel­lek­tin, neft ka­pi­ta­lı ilə in­san ka­pi­ta­lı­nın, öl­kə­nin tə­bii re­sursla­rı ilə in­tel­lek­tu­al po­ten­si­a­lın vəh­də­ti stra­te­gi­ya­sı da­ya­nır. Dün­ya­da və re­gi­on­da baş ve­rən bü­tün böh­ran­la­ra, ka­tak­lizmlə­rə bax­ma­ya­raq, biz "Azər­bay­can 2020: gə­lə­cə­yə ba­xış" İn­ki­şaf Kon­sep­si­ya­sın­da bə­yan edil­di­yi ki­mi, in­tel­lek­tu­al in­ki­şaf mo­de­li­nə əsas­la­nan bi­lik­lər cə­miy­yə­ti­nə doğ­ru irə­li­lə­mək­də­yik".

Təd­qi­qat­çı­lar ya­zır ki, mü­a­sir Azər­bay­can el­mi­nin azər­bay­can­çı­lıq nöq­te­yi-nə­zə­rin­dən təd­qiq edil­mə­si va­cib­dir.

Fəl­sə­fə üz­rə fəl­sə­fə dok­to­ru Va­hid Ömə­rov qeyd edir ki, mü­a­sir Azər­bay­ca­nın müx­tə­lif elm sa­hə­lə­rin­də azər­bay­can­çı­lıq ide­ya­sı və ide­o­lo­gi­ya­sı ar­tıq təd­qi­qat ob­yek­ti­nə çev­ri­lib: "Azər­bay­can­çı­lı­ğın təd­qi­qi is­ti­qa­mə­tin­də aşa­ğı­da­kı el­mi-nə­zə­ri əsər­lə­ri qeyd et­mək olar: Ni­za­məd­din Şəm­si­za­də­nin "Azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı", "Azər­bay­can­çı­lıq", Ana­rın "Azər­bay­can­çı­lıq haq­qın­da dü­şün­cə­lər", Ra­miz Meh­di­ye­vin "Azər­bay­can: ta­ri­xi irs və müs­tə­qil­lik fəl­sə­fə­si", "XXI əsrdə mil­li döv­lət­çi­lik", "Azər­bay­can­da si­ya­sət: dü­nən, bu gün, sa­bah", Ya­şar Qa­ra­ye­vin "Mil­li "mən" şü­u­ru və et­nik yad­daş - azər­bay­can­çı­lıq", Azad Nə­bi­ye­vin "Azər­bay­can­çı­lıq-es­te­tik də­yər­dən mil­li ide­o­lo­gi­ya­ya", Ni­za­mi Cə­fə­ro­vun "Azər­bay­can­şü­nas­lı­ğa gi­riş", Ya­di­gar Tür­ke­lin "Azər­bay­can və azər­bay­can­çı­lıq", Əlik­ram Ta­ğı­ye­vin "Mil­li ide­ya və mil­li ide­o­lo­gi­ya", Asif Ata­nın "Azər­bay­can­çı­lıq - türkçü­lük bir­li­yi", Akif Hü­sey­no­vun "Ədə­biy­yat və ide­o­lo­gi­ya", Rə­him Əli­ye­vin "Azər­bay­can­çı­lıq: dü­nən, bu gün, sa­bah", İsa Hə­bib­bəy­li­nin "Azər­bay­can­çı­lıq məf­ku­rə­si yol­la­rın­da", "Möh­tə­şəm azər­bay­can­çı­lıq dərsli­yi", Na­zif Ələk­bər­li­nin "Türkçü­lük, yox­sa azər­bay­can­çı­lıq?!" Sə­la­həd­din Xə­li­lo­vun "Hey­dər Əli­yev və azər­bay­can­çı­lıq məf­ku­rə­si", "Li­der. Döv­lət. Cə­miy­yət", So­na Və­li­ye­va­nın "Azər­bay­can­çı­lıq: mil­li ide­o­lo­gi­ya və ədə­bi-es­te­tik tə­lim ki­mi" və "Mil­li döv­lət­çi­lik hə­rə­ka­tı­nın yük­sə­li­şi və xalq cum­hu­riy­yə­ti döv­rün­də azər­bay­can­çı­lıq ide­ya­sı", Can­po­lad Mu­sa­ye­vin "Azər­bay­can döv­lət­çi­li­yi ide­o­lo­gi­ya­sı", Mü­ba­riz Yu­si­fo­vun "Hey­dər Əli­yev və Azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı", "Azər­bay­can­çı­lıq", Ha­cı Xa­nə­li Ba­ba­ye­vin "Azər­bay­can­çı­lıq el­mi-di­ni ma­a­rif­çi­lik, mə­nə­vi özü­nü­dərk nü­mu­nə­si" və s. ki­mi bu möv­zu­nu müx­tə­lif as­pektlər­dən izah edən də­yər­li əsər­lər çap olun­du. Gö­rün­dü­yü ki­mi, "Azər­bay­can ide­o­lo­gi­ya­sı"ndan ötən on il ər­zin­də mü­kəm­məl bir azər­bay­can­çı­lıq el­mi for­ma­la­şıb".

Təd­qi­qat­çı ya­zır ki, mən­şə­yi­ni mi­fik tə­fək­kür­lər­dən alan, Azər­bay­ca­nın döv­lət­çi­lik təc­rü­bə­lə­ri zə­mi­nin­də tə­ka­mül edib for­ma­la­şan, XIX-XX əsrlər­də ma­a­rif­çi­lik, re­a­lizm və ro­man­tizm məc­ra­la­rın­da tə­ka­mül edən azər­bay­can­çı­lıq 1918-ci il­də Şərqdə ilk de­mok­ra­tik döv­lət ya­ra­dan ide­o­lo­gi­ya­ya çev­ril­di, XX əs­rin 70 sə­nə­lik to­ta­li­tar ide­o­lo­gi­ya­ya da­yaq­la­nan so­vet im­pe­ri­ya­sı döv­rün­də xal­qın əsas mü­qa­vi­mət gü­cü­nə, əs­rin so­nun­da müs­tə­qil Azər­bay­ca­nın is­tiq­lal məf­ku­rə­si­nə çev­ril­di: "Və hə­lə 1905-ci il­də bö­yük azər­bay­can­çı Mir­zə Cə­li­lin de­dik­lə­ri­ni ta­rix inad­kar bir inam­la təs­diq­lə­di: "Müs­təm­lə­kə­çi bö­yük döv­lət­lə­rin adı bə­şər ta­ri­xi­nə bi­a­bır­çı­lıq­la ya­zı­la­caq. Xalqla­rın sal­na­mə­lə­rin­də gə­lə­cək nə­sil­lə­rə bun­lar­dan an­caq mən­hus si­fət­lər ya­di­gar qa­la­caq". Bu be­lə də ol­du. Azər­bay­can­çı­lıq im­pe­ri­ya­çı­lı­ğa qar­şı mü­qa­vi­mət­də for­ma­la­şan is­tiq­lal məf­ku­rə­si, tür­kə­sil­li Azər­bay­can xal­qı­nın mil­li ide­o­lo­gi­ya­sı, türkçü­lü­yün bu öl­kə­də ya­şa­yan bü­tün xalqlar üçün mü­qəd­dəs olan və­tən əx­la­qı müs­tə­vi­sin­də dər­ki­dir. O, üç tə­məl üzə­rin­də bər­qə­rar olur: "Türk mil­lə­tin­də­nəm, is­lam üm­mə­tin­də­nəm, Azər­bay­can məm­lə­kə­tin­də­nəm!"

Təd­qi­qat əsər­lə­rin­də gös­tə­ri­lir ki, azər­bay­can­çı­lıq ide­ya­la­rı özü­nün ta­ri­xi eti­ba­ri­lə qə­dim dövrlər­lə səs­lə­şir. Azər­bay­can­çı­lıq ide­ya­la­rı Azər­bay­can xal­qı­na məx­sus et­nik və psi­xo­lo­ji amil­lər­lə, ic­ti­mai tə­fək­kü­rün qay­naq­la­rı ilə, xal­qın mə­i­şət hə­ya­tı ilə də­rin­dən bağ­lı olan dü­şün­cə və tə­səv­vür­lər ba­za­sın­da ya­ra­nır. Azər­bay­can­çı­lıq ide­ya­la­rı­nın for­ma­laş­ma­sın­da in­san və cə­miy­yət ami­li xü­su­si yer tu­tur. Hər bir in­san cə­miy­yə­tin bir üz­vü­dür. Cə­miy­yət­də özü­nə­məx­sus möv­qe tu­tan hər bir şəxs bu və ya di­gər ide­ya­nın ya­ra­dı­cı­sı ola bi­lər. La­kin hər bir fər­di ide­ya cə­miy­yə­tin ümu­mi psi­xo­lo­gi­ya­sı­nı, tə­səv­vür və tə­fək­kü­rü­nü tə­yin edə bil­mir. Cə­miy­yət hə­ya­tı üçün ümu­mi xa­rak­ter da­şı­yan ic­ti­mai fi­kir və dü­şün­cə­lər za­man-za­man yet­kin­lə­şə­rək, bü­töv bir sis­te­mə çev­ri­lir. Cə­miy­yət hə­ya­tın­da bü­töv­lə­şən ic­ti­mai ide­ya­lar cə­miy­yət üzvlə­ri­nin ic­ti­mai xa­rak­te­ri­ni tə­yin edir. Bü­tün ic­ti­mai ide­ya­la­rın ma­hiy­yə­ti mil­li şəx­siy­yət ob­ra­zı­nın ya­ran­ma­sı ilə nə­ti­cə­lə­nir. Be­lə ki, mə­sə­lən, azər­bay­can­çı­lıq ide­ya­la­rı mü­hi­tin­də for­ma­la­şan azər­bay­can­lı ob­ra­zı bey­nəl­xalq ic­ti­ma­iy­yə­tə özü­nə­məx­sus xa­rak­te­rə ma­lik olan mil­li bir şəx­siy­yət nü­mu­nə­si ki­mi təq­dim edi­lir.

So­na xa­nım Və­li­ye­va­nın qeyd et­di­yi ki­mi, bu gün azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı, Ya­şar Qa­ra­ye­vin tə­bi­rin­cə söy­lə­sək, özü­nün növ­bə­ti - üçün­cü sə­viy­yə­si­nə yük­səl­mək­də­dir. Gör­kəm­li ali­min fik­rin­cə, "mil­li ide­ya döv­lət­çi­lik hü­du­dun­da mil­li məf­ku­rə­yə o za­man çev­ri­lir ki, bu ide­ya­ya sa­hib­lik­də, üs­tə­lik, döv­lət ər­lə­ri və ön­dər­lə­ri ilə zi­ya­lı eli­ta və bü­töv əha­li ara­sın­da mo­no­lit həm­rəy­lik hökmfər­man olur. Əzə­li, əbə­di Azər­bay­ca­nı yum­ruq­da bir­ləş­di­rən mə­nə­vi ca­zi­bə mə­ka­nı da in­di yal­nız bu bü­töv­lü­yün məh­və­rin­də ya­ra­na bi­lər".

Di­gər tə­rəf­dən, azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı­nın öz in­ki­şa­fın­da­kı üçün­cü sə­viy­yə­yə keç­mə­si baş­qa bir cə­hət­lə də əla­mət­dar­dır. Bu da on­dan iba­rət­dir ki, bu ide­o­lo­gi­ya ar­tıq mü­a­sir el­min na­i­liy­yət­lə­ri­nə əsas­la­na­raq, özü­nün el­mi-nə­zə­ri əsas­la­rı­nı da tək­lif edir, nə­zə­riy­yə və təc­rü­bə­nin vəh­də­ti­ni də tə­cəs­süm et­di­rir. Bu mə­na­da Ya­şar Qa­ra­ye­vin, Sə­la­həd­din Xə­li­lo­vun, Ra­miz Meh­di­ye­vin, Ni­za­mi Cə­fə­ro­vun, Ya­qub Mah­mu­do­vun, Ana­rın, Azad Nə­bi­ye­vin, on­lar­la fi­lo­loq, fi­lo­sof, so­si­o­loq, psi­xo­loq və po­li­to­lo­qun azər­bay­can­çı­lı­ğa da­ir təd­qi­qat iş­lə­ri təq­di­rə­la­yiq­dir".

Alim bil­di­rir ki, pro­fes­sor Mü­ba­riz Yu­si­fov mə­qa­lə­lə­ri­nin bi­rin­də ya­zır: "Azər­bay­can­çı­lıq ide­ya­la­rı ümu­mi­lik­də azər­bay­can­çı­lıq an­la­yı­şı­nın özü­nü for­ma­laş­dı­rır. Azər­bay­can­çı­lıq ide­ya­la­rı azər­bay­can­çı­lıq an­la­yı­şı ilə üz­vi şə­kil­də bağ­lı­dır. Yə­ni bu ide­ya­lar möv­cud ol­ma­sa, ya­ran­ma­sa, for­ma­laş­ma­sa, yet­kin­ləş­mə­sə, azər­bay­can­çı­lıq an­la­yı­şın­dan da­nış­maq müm­kün de­yil. Baş­qa söz­lə, azər­bay­can­çı­lıq ide­ya­la­rı bü­töv­lə­şir, ümu­mi­lə­şir və azər­bay­can­çı­lıq an­la­yı­şı­nı ya­ra­dır. Azər­bay­can­çı­lıq an­la­yı­şı­nın ya­ran­ma­sın­da ümu­mi­lə­şən azər­bay­can­çı­lıq ide­ya­la­rı­nın ba­za­sı­nı ic­ti­mai tə­fək­kü­rün möv­cud­lu­ğu, mil­li-mə­nə­vi də­yər­lər və müs­tə­qil döv­lət­çi­lik ənə­nə­lə­ri təş­kil edir. Azər­bay­can­çı­lıq an­la­yı­şı­nın özü isə cə­miy­yət hə­ya­tın­da çox mü­hüm ic­ti­mai, si­ya­si, ide­o­lo­ji və hə­rə­kət­ve­ri­ci əhə­miy­yət da­şı­yan mil­li şü­ur mə­na­sın­da ba­şa dü­şü­lür. Be­lə­lik­lə, azər­bay­can­çı­lıq an­la­yı­şı­nın da­xi­li məz­mu­nu­nu qı­sa ola­raq be­lə xa­rak­te­ri­zə et­mək müm­kün­dür: azər­bay­can­çı­lıq ic­ti­mai tə­fək­kü­rün can­lan­ma­sı ilə ya­ra­nan, mil­li-mə­nə­vi də­yər­lər ba­za­sın­da yet­kin­lə­şən və müs­tə­qil döv­lət­çi­lik ənə­nə­lə­ri əsa­sın­da for­ma­la­şan mil­li şü­ur­dur. Bu o de­mək­dir ki, ic­ti­mai tə­fək­kür­də mil­li ide­ya­lar ya­ran­ma­sa, mil­li-mə­nə­vi də­yər­lər də mey­da­na gə­lə bil­məz. İc­ti­mai tə­fək­kür ba­za­sın­da ya­ra­nan mil­li-mə­nə­vi də­yər­lər isə döv­lət­çi­lik­lə qo­ru­nur, zən­gin­lə­şir və in­ki­şaf edir. Döv­lət­çi­lik ol­ma­dan mil­li ide­ya­lar an­caq lo­kal sə­viy­yə­də qal­maq­la məh­dud­la­şır. İc­ti­mai tə­fək­kür cə­miy­yət­lə bir­lik­də ya­şa­dı­ğı üçün həm ta­ri­xi­dir, həm də mü­a­sir.

Ulu ön­dər Hey­dər Əli­yev öz çı­xış­la­rı za­ma­nı mil­li ide­ya­la­rın for­ma­laş­ma­sın­da ta­ri­xi­li­yin və mü­a­sir­li­yin di­a­lek­tik vəh­dət təş­kil et­di­yi­ni dö­nə-dö­nə bə­yan edib.

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev mil­li ənə­nə­lə­rin qo­ru­nub sax­lan­ma­sın­da ta­ri­xi­li­yin, mil­li ide­ya­la­rın bə­şə­ri ide­ya­lar­la qo­vuş­du­rul­ma­sın­da isə mü­a­sir­li­yin əhə­miy­yət­li rol oy­na­dı­ğı­nı gös­tə­rir".

Alim pro­fes­sor Ni­za­məd­din Şəm­si­za­də­dən də si­tat gə­ti­rə­rək onun fi­kir­lə­ri­ni təq­dim edir. O ya­zır ki, Hey­dər Əli­yev tə­rə­fin­dən döv­lət­çi­li­yə tət­biq edil­miş azər­bay­can­çı­lıq ulu ön­də­rin la­yiq­li si­ya­si va­ri­si, Pre­zi­dent cə­nab İl­ham Əli­yev tə­rə­fin­dən in­ki­şaf et­di­ri­lir: "Azər­bay­can­çı­lı­ğın döv­lət­çi­li­yə tət­bi­qi ulu ön­dər Hey­dər Əli­ye­vin adı ilə bağ­lı­dır. İlk də­fə o, 2002-ci il­də Dün­ya Azər­bay­can­lı­la­rı­nın I Qu­rul­ta­yın­da azər­bay­can­çı­lı­ğı Azər­bay­ca­nın mil­li döv­lət ide­o­lo­gi­ya­sı ki­mi təs­diq et­di: "Hər bir in­san üçün mil­li mən­su­biy­yə­ti onun qü­rur mən­bə­yi­dir. Hə­mi­şə fəxr et­mi­şəm, bu gün də fəxr edi­rəm ki, mən azər­bay­can­lı­yam. Müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin əsas ide­ya­sı azər­bay­can­çı­lıq­dır. Hər bir azər­bay­can­lı öz mil­li mən­su­biy­yə­ti­nə gö­rə qü­rur his­si ke­çir­mə­li­dir və biz azər­bay­can­çı­lı­ğı - Azər­bay­can di­li­ni, mə­də­niy­yə­ti­ni, mil­li-mə­nə­vi də­yər­lə­ri­ni, adət-ənə­nə­lə­ri­ni ya­şat­ma­lı­yıq".

Bu gün bü­tün dün­ya­da azər­bay­can­çı­lı­ğın ən bö­yük qa­ran­tı Pre­zi­dent İl­ham Əli­yev­dir.

Bu gün azər­bay­can­çı­lıq döv­lət si­ya­sə­tin­də, ədə­bi-bə­dii ya­ra­dı­cı­lıq­da, mə­də­niy­yət və in­cə­sə­nət­də, dil­çi­lik­də, tən­qid və ədə­biy­yat­şü­nas­lıq­da, ağ­saq­qa­la hör­mət­də, əs­gə­rin qəl­bin­də, ai­lə kul­tun­da fə­al bir şə­kil­də da­vam və in­ki­şaf edir. Ya­zı­çı Hü­seynba­la Mi­rə­lə­mo­vun qeyd et­di­yi ki­mi, "Ha­mı­mı­zın ta­pın­dı­ğı bir hə­qi­qət var. Bu, Azər­bay­can döv­lət­çi­li­yi­nə sa­diq ol­maq, si­ya­si fi­kir ay­rı­lıq­la­rı­na bax­ma­ya­raq, mil­li ma­raq­la­rı­mı­zı göz bə­bə­yi ki­mi qo­ru­maq­dır".

Azər­bay­can­çı­lıq hər bir və­tən­da­şın döv­lət­çi­li­yə eh­ti­ra­mın­da, ai­lə­yə sə­da­qə­tin­də, tor­pa­ğa sev­gi­sin­də, üç­rəngli bay­ra­ğa mə­həb­bə­tin­də, Azər­bay­ca­nın ta­ri­xi sər­həd­lə­ri­nin bər­pa­sı uğ­run­da mü­ba­ri­zə­sin­də ifa­də olu­nur".

Azər­bay­can el­mi sırf azər­bay­can­çı­lıq is­ti­qa­mə­tin­də in­ki­şaf edir və bu sa­hə­də bö­yük uğur­lar əl­də edi­lib. Bu gün el­mi­mi­zin is­ti­nad ye­ri azər­bay­can­çı­lıq­dır.

İra­də SA­RI­YE­VA 

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur. 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ