Bazar günü günü, 15 noyabr 2026
     

Naxçıvandakı Darıdağ Arsenli Su Müalicəxanasına axın edən yerli və xarici ölkə vətəndaşlarının sayı artıb

Image


Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən Darıdağ Arsenli Su Müalicəxanasının xidmətlərindən istifadə edən yerli və xarici ölkə vətəndaşların sayı artıb. Cari ilin on bir ayı ərzində müalicəxanaya 4 min 338 nəfər xəstə müraciət edib ki, onlardan 446 nəfəri Türkiyə, İran, Rusiya, Gürcüstan və Qazaxıstan vətəndaşlarıdır. Keçən ilə nisbətən bu il müalicəxanaya gələn xəstələrin sayı 7% artmışdır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, mineral su bulaqlarının rəngarəngliyinə görə Naxçıvan Muxtar Respublikası dünyanın ən diqqətəlayiq bölgələrindəndir. Bu bulaqların suyundan müalicə məqsədi ilə də istifadə edilir. Belə qəbildən olan sulardan biri el arasında "Şorsu" kimi tanınan Darı dağın arsenli (mərgümüş) suyudur. Darıdağ Arsenli Su Müalicəxanası Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə, dəniz səviyyəsindən 800-900 metr hündürlükdə yaradılıb. Naxçıvan-Ordubad magistralından müalicəxanayadək olan avtomobil yolu asfalt-beton örtük salınmaqla yenidən qurulub, burada yeni bina tikilib, müalicə olunanların istirahəti üçün hərtərəfli şərait yaradılıb.

İnsan orqanizmində elə bir toxuma, üzv və sistem yoxdur ki, bu su ona müalicəvi təsir göstərməklə iş qabiliyyətinin bərpasına səbəb olmasın. Darıdağ suyu qanyaradıcı xüsusiyyətə malikdir, qan dövranı üzvlərinin fəaliyyətinə müsbət təsir edərək periferik qanın morfoloji tərkibini yaxşılaşdırır – leykositlərin faqositoz qabiliyyətini artırır, qanazlığını aradan qaldırır. Daxili ifrazat sistemini fəallaşdırır, vegetativ sinir fəaliyyətini gücləndirməklə mədə, qaraciyər, böyrək və ürək əzələsində mübadiləni sürətləndirərək onların funksional vəziyyətini normallaşdırır. Bu xüsusiyyətlərinə görə Darıdağ suyu mədə, öd kisəsi, qaraciyər və vegetativ sinir sistemi ilə əlaqəli başqa xəstəliklərin müalicəsində də geniş tətbiq edilir.

Darıdağ Arsenli Su Müalicəxanasının xidmətlərindən istifadə edən yerli və xarici ölkə vətəndaşların sayı artıb - Foto-Video

Bu mövzuda material hazırlamaq məqsədilə bu suyun mənbəyinə yollandıq. Bizi Darıdağ Arsenal Su Müalicəxanasının direktoru Zəfər Məmmədov qarşıladı. Onunla söhbətdən məlum oldu ki, yerli əhali tərəfindən "şəfa suyu" adlandırılan bu mineral suyun əsasında 1978-ci ildən fəaliyyətə başlayan Darıdağ Arsenli Su Müalicəxanası 2005-ci ildə müasir tələblərə uyğun yenidən qurularaq istifadəyə verilib. 30 ildir ki, bu müəssisədə çalışdığını vurğulayan həmsöhbətimiz sözlərini belə davam etdirdi: "İndiki şəraitlə 20 il öncəki şəraitimiz arasında o qədər fərq var ki... Rayon mərkəzindən bir az aralıda yerləşməyimizə baxmayaraq, həm xəstələr, həm də işçilər üçün gözəl şərait yaradılıb. Hazırda iki korpusumuz (biri qadınlar, o biri də kişilər üçün) fəaliyyət göstərir. Burada saatda 30-35 xəstə eyni vaxtda müvafiq vannalar qəbul edə bilirlər. Burada Darıdağ arsenli mineral suyu ilə müxtəlif ürək-damar sistemi xəstəlikləri, dayaq-hərəkət orqanları, periferik əsəb sistemi, dəri, ginekoloji, anemiya, yel və sair xəstəliklər müalicə olunur ". Onun sözlərinə görə, ilk zamanlar bu ərazidə bir neçə mexaniki quyu fəaliyət göstərib, hazırda isə onlardan biri işlək vəziyyətdədir.

Darıdağ suyundan hələ qədim zamanlardan kustar şəkildə sümük-oynaq, əzələ sistemi xəstəliklərində, dermotit, o cümlədən “duzlaşma” adlanan patologiyalar və onun müxtəlif fəsadlarında geniş istifadə edildiyini bildirən müəssisə direktoru onu da qeyd etdi ki, müayinə otaqları və qapalı hovuzlardan ibarət olan müalicəxanada xəstələrin müayinəsi, müalicəsi və istirahəti üçün hərtərəfli şərait yaradılıb. Həkim və müayinə otaqları yeni mebel dəstləri ilə təchiz edilib, hovuzlarda döşəməyə mərmər plitələr düzülüb, havalandırma və işıqlandırma sistemləri quraşdırılıb. Müalicəxanada sanitar-gigiyenik qaydalara ciddi əməl olunur, hovuzların vaxtında təmizlənməsi diqqət mərkəzində saxlanılır.

“Müalicəxanada müalicə vannası almaq istəyən xəstələr həkim tərəfindən müəyyən olunur. Vanna qəbulundan öncə onların arterial təzyiqi ölçülür. Əgər xəstədə arterial təzyiq aşağı olarsa, yəni ürək çatışmazlığı aşkar olunarsa, həmin xəstənin arsenli vanna qəbuluna icazə verilmir. Həmçinin suyun tərkibində ağır metallar olduğundan müalicə müddəti gündə 10-15 dəqiqə olmaqla uzaqbaşı 2 həftədir"-deyən həmsöhbətimin sözlərinə görə, bu arsenli suyun daxilə qəbulu qanda dəmirin miqdarını artırır, mədənin fəaliyyətini aktivləşdirir, maddələr mübadiləsini yaxşılaşdırır. Digər tərəfdən, arsenli preparatlardan fərqli olaraq, Darıdağ arsenli suyunun müalicəvi təsiri suyun qəbulu kəsildikdən sonra xeyli müddət davam etdiyi təcrübələrlə təsdiqlənib.

Darıdağ Arsenli Su Müalicəxanasının direktoru Zəfər Məmmədov məlumat verib ki, 32 kəşfiyyat quyusundan və 5 bulaqdan ibarət olan arsenli su bir çox xəstəliklərin müalicəsində mühüm rola malikdir. Darıdağ suyu karbonqazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur. Onunla söhbət zamanı bu suyun ölkəmizin başqa bölgələrində analoqu olub-olmadığını soruşduqda isə belə dedi: "Ölkəmizdəki, eləcə də dünyadakı arsenli suları araşdırmışam, ancaq belə optimal arsenli suya rast gəlməmişəm. Məsələn, İtaliyanın Rençeko arsenli mineral suyunun tərkibində arsenin miqdarı çoxdur, onun tərkibində qələvilər istənilən səviyyədə olmadığı üçün orqanizmə kifayət qədər sorulmur və lazımi müalicə effekti alınmır. Fransanın Lya-Burbul mənbəyinin tərkibinə gəldikdə isə, o suda arsenin miqdarı çox aşağıdır".

Həmsöhbətim onu da bildirdi ki, gələcəkdə bu sudan daha səmərəli istifadə etmək məqsədi ilə burada daha böyük və müasir sanatoriyanın tikilməsinə ehtiyaç var. Bu məsələ ilə əlaqədar müvafiq qurumlarla məsləhətləşmələr aparılır.

Bu termal su yerin 1080 metr dərinliyindən boru vasitəsilə öz yüksək təbii təzyiqi ilə çıxır. Suyun saatlıq debiti 300-400 min m3 arasındadır. Termal suyunun mənbədəki istiliyi 520 C-dir. Ancaq xəstələrin vanna qəbul etdiyi şəraitdə bu göstərici 39-410 C arasında dəyişir. Kimyəvi tərkibinə gəldikdə, bu mineral su karbonatlı (həll olmuş CO2 0,6-1,0 q/l), hidrokorbanatlı-xloridli (HCO3 29-31% ekv., 62-65 % ekv.), natriumlu (88-93 % ekv), yüksək minerallıdır (17-21 q/l). Bu suda mineral suların tipini müəyyən edən xlorid və hidrokarbonatlarla yanaşı, 6,18 ekv % sulfatlar da vardır. Suda həll olmuş CO2 qazı ilə yanaşı, sərbəst karbon qazı da xeyli miqdardadır. Qeyd edək ki, Darıdağın arsenli suyunun kompleks emalı prosesində karbon qazının hər iki forması sərbəstləşir. Yaxınlıqda istifadəyə verilmiş Darıdağ Karbonqazı Zavodunda bu termal suyun xammalı hesabına sutkada 4 ton karbon qazı istehsal edilir. Bu da öz növbəsində muxtar respublikada fəaliyyət göstərən mineral zavodların belə qaza olan ehtiyacını tam ödəyir.

Darıdağ suyunun maddələr mübadiləsinə təsirini öyrənən bir çox alimlər onun mübadilə pozğunluğundan yaranan artritlərə müalicəvi təsirini sübuta yetiriblər. Suyun təsirindən yaraların çirkdən tez təmizlənməsini, çətin sağalan yaraların qısa müddətə, həm də çapıqsız sağalmasını həkimlər onun antiseptik, faqositar və bakteriosit xüsusiyyəti ilə əlaqələndirirlər. Müəyyən edilib ki, mərgümüşün litium, brom, maqnezium, radioaktiv elementlər və başqa əhəmiyyətli maddələrlə müştərək təsiri maddələr mübadiləsinin bərpasına, periferik sinir sisteminin fəallaşmasına müsbət təsir göstərir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ