Bakıda yeraltı dayanacaqların da özəlləşdirilməyə çıxarılacağı bildirilir. «Marja»nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin qərarı var.
Söhbət Azadlıq meydanındakı və Füzuli küçəsindəki («Qış bağı»nın altında yerləşən) yeraltı avtomobil dayanacaqlarından gedir. Nazirlər Kabinetinin qərarına görə, bu dayanacaqların idarəetməyə verilməsi nəzərdə tutulur.
Hazırda bu dayanacaqlar Bakı şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir.