Bir neçə gün öncə ölkənin lider mobil operatoru "Azercell Telekom" "iPhone 7" və "iPhone 7 Plus" smartfonlarının Azərbaycanda rəsmi təqdimatçısı kimi abunəçilərinə yeni cəlbedici təklifi barədə elan verib.
Nəhayət, 4 noyabr tarixindən etibarən "Azercell"in bütün müştəriləri güzəştli şərtlərlə "iPhone 7" telefonuna sahib olmaq üçün ayda cəmi 89 AZN ödəməklə ən müasir smartfon və 30 GB həcmində Hədsiz İnternet paketini əldə edə bilər.
Beləliklə, ən müasir smartfonu əldə etmək istəyən abunəçilər 4 noyabr tarixindən "Azercell"in Z.Tağıyev 18, B.Bağırova 2, 28 May 33 A ünvanlarında yerləşən müştəri xidmətləri mərkəzlərinə yaxınlaşıb bu sərfəli təklifdən yararlana bilər. Onu da bildirək ki, telefonların sayı məhduddur.
Qeyd etmək lazımdır ki, "iPhone 7" və "iPhone 7 Plus" mobil telefonları "iPhone"nun ən yeni nəsil modelləri olub, yeni kamera sistemi, ən uzunömürlü batareya və suya/toza davamlılığı ilə seçilir.
"Azercell" şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməkdə davam edəcək.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.