"iPhone 7" və "iPhone 7 Plus" cihazlarıını Azərbaycanda rəsmi təqdim edən mobil operator "Azercell Telekom" MMC müştərilərinə yeni sərfəli təklifini elan edir.
Belə ki, güzəştli şərtlərlə "iPhone 7" telefonuna sahib olmaq üçün abunəçilər ayda cəmi 89 AZN ödəməklə ən müasir smartfon cihazı və 30 GB həcmində Hədsiz İnternet paketini əldə edəcək. 28 oktyabr-4 noyabr tarixləri ərzində sifarişlərini öncədən həyata keçirən abunəçilər isə ilk ay üçün ödəniləcək məbləğə 50 % endirim qazanacaq.
Öncədən sifariş kampaniyasına qoşulmaq üçün abunəçilər 28 oktyabr-4 noyabr tarixləri ərzində "Azercell"in rəsmi veb səhifəsindən (www.azercell.com) sifarişi qeyd etməli, 4-6 noyabr tarixlərində isə "Azercell"in Z.Tağıyev 18, B.Bağırova 2, 28 May 33 A ünvanlarında yerləşən müştəri xidmətləri mərkəzlərinə yaxınlaşmalıdırlar. Onu da bildirək ki, telefonların sayı məhduddur.
Qeyd etmək lazımdır ki, "iPhone 7" və "iPhone 7 Plus" mobil telefonları "iPhone"nun ən yeni nəsil modelləri olub, yeni kamera sistemi, ən uzunömürlü batereyaya və suya/toza davamlılığı ilə seçilir.
"Azercell" şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməkdə davam edəcək.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.