Bazar ertəsi günü, 16 noyabr 2026
     

MTRŞ Xalid Niyazovun İTV-dəki “Media və Zaman” verilişinə yüksək dəyər verdi

Image


"Teleradio işçiləri içərisində təsadüfi insanların olması təəssüf doğurur"

 

"Əlbəttə, dövlət büdcəsindən maliyyələşən "Azərbaycan televiziyası"nın, "İctimai televiziya"nın, "İdman Azərbaycan", "Mədəniyyət" və "CBC sport" kanallarının, habelə "Azərbaycan radiosu" və "İctimai Radio"nun bu qəbildən olan maliyyə sıxıntıları yoxdur". APA-nın məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyevin "Xalq" qəzetində dərc olunan məqaləsində deyilir.

Q. Cəbiyev bildirib ki, bu mənada tamaşaçı auditoriyasının həmin yayımçılardan daha çox maarifləndirici proqramlar umması tamamilə normal bir istəkdir: "Ədalət naminə deyək ki, "Azərbaycan televiziyası", "Mədəniyyət" kanallarının və "İctimai televiziya"nın bir sıra verilişləri bu cəhətdən tamaşaçıları qane etməyə bilməz. Söhbət mövzusu, auditoriyası, kontingenti və təqdimatı ilə fərqlənən intellektual verilişlərdən gedir ki, mən onlardan biri, İTV-də yayımlanan “Media və Zaman” verilişi üzərində ayrıca dayanmaq istərdim. Peşəkar qələm ustası, alim-jurnalist Xalid Niyazovun müəllif və aparıcısı olduğu bu veriliş televiziyalar qarşısında dağ kimi dikələn ciddi və aktual bir problemin-səviyyə və auditoriya arasındakı tənasüb probleminin həlli istiqamətində atılan uğurlu addımlardan biridir. Həmin verilişi oxşar proqramlardan fərqləndirən cəhət hansılardır? Əvvəla, mövzu! Yəni, zaman müstəvisində medianın toxunduğu, hallandırdığı ən aktual, ağırçəkili mövzular məhz bu proqramda müzakirə predmetinə çevrilir. Cəlbedici  telepublisistika, mövzuya bələdlik, elmi-intellektual səviyyə, geniş dünyagörüşü, peşəkar mükalimə, zahiri-atributiv elementlərin harmoniyası bu verilişin timsalında televiziyanın “elitarlıq, yoxsa kütləvilik” mübahisəsində vurğunu birincinin üzərinə qoyur. Burada aparılan müzakirələrin həm intellektual, həm də peşəkarlıq baxımından üstün səviyyəsini təyin və təmin edən ikinci vacib amil dəvət olunan ekspertlərin kimliyidir. Televiziyaçılıqda bu məqam, həm də konkret teleməhsulun müvəffəqiyyətini şərtləndirən səbəblər sırasındadır. Tamaşaçı hər dəfə bu proqramda ölkənin sayılıb-seçilən ziyalı, alim, ictimai xadim və media funksionerləri ilə "həmsöhbət" ola bilir. Xatırladaq ki, efirə dəvət olunan ekspertlərin tərkibi və səviyyəsi ilə bağlı da çox ciddi, özü də haqlı narazılıqlar var. Ayrı-ayrı kanalların daha çox müğənni və artistlərdən ibarət az qala daimiləşmiş ekspertlərini hər gün efirdə görmək, onların ekspert qismində peşələrinə, sənətlərinə və yaşlarına əsla uyğun olmayan problemlərlə bağlı məsləhət, tövsiyə və iradlarını eşitmək, əlbəttə, tamaşaçıya xoş ola bilməz. Məgər Azərbaycanda intellekt qıtlığı var?! Ekspert kimi bilavasitə müzakirəyə çıxarılmış mövzularla bağlı nüfuzlu, keçərli fikir söyləyəsi insanlar yoxdur?! Heç kəsə sirr deyil ki, bu və ya digər verilişin nə dərəcədə uğurlu, əhəmiyyətli və baxımlı olacağı birbaşa müəllif və aparıcının özünün şəxsiyyətindən, onun intellektual səviyyəsindən çox asılıdır. Təəssüf hissi ilə onu da bildirməliyəm ki, bu gün telekanallarımızda peşəkar kadrların açıq-aşkar qıtlığı hiss olunur. Təkcə aparıcılar deyil, ümumilikdə digər sahələrdə də peşəkar televiziya kadrlarının çatışmaması hazırkı dövrdə televiziyalarımızın, lap elə radiolarımızın da bir nömrəli probleminə çevrilib. Teleradio işçiləri içərisində təsadüfi insanların olması təəssüf doğurur. Bəli, nə qədər təəccüblü olsa da, efir imkanlarından sui-istifadə edən, kamera və mikrofonları işə salaraq "ağa nəzərəm, belə gəzərəm" düşüncəsi ilə davranan, vəzifə borcunu unudaraq açıq-aşkar dələduzluqla məşğul olan teleradio işçiləri də var. Təbiidir ki, bu cür üzdəniraq əməl sahibləri teleradio ailəsinin özü tərəfindən tez bir zamanda çıxdaş olunmalıdır və olunurlar da".

Q.Cəbiyev deyir ki, yaxın keçmişdə efir məkanımız Latın Amerikası ölkələrinin istehsalı olan və bir çox hallarda Azərbaycan mentaliteti ilə əsla uzlaşmayan ucuz teleseriallarla dolmuşdu. Bu isə xalqın çoxəsrlik milli-mənəvi dəyərlərini sürətlə aşınmaya aparırdı. Q. Cəbiyev bildirib ki, bunu nəzərə alaraq prezident İlham Əliyev 2012 və 2013-cü illərdə milli teleseriallar çəkmək məqsədi ilə telekanallara təqribən 15 milyon dollar həcmində yardım ayırıb: "Teleradio Şurası tərəfindən müvafiq müqavilə şərtləri ilə həmin vəsait respublika yayımçısı olan özəl kanallar arasında bərabər şəkildə bölüşdürüldü. Məmnunluq hissi ilə bildirməliyəm ki, yayımçıların əksəriyyəti dövlət başçısının qayğısı müqabilində üzərilərinə düşən öhdəliklərə layiqincə əməl etməklə keyfiyyətli efir materialı ortaya qoydu. Əfsuslar olsun ki, müqavilə öhdəliklərindən yayınaraq ayrılmış vəsaiti saxta yollarla israf etmək cəhdləri də oldu. Lakin Teleradio Şurası sona qədər prinsipiallıq göstərərək belə cəhdlərin qarşısını aldı".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ