Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti və Azərbaycanda pərakəndə bank xidmətləri bazarının liderlərindən biri olan "Unibank" böyük məmnuniyyətlə birgə təqdim etdikləri ALBUKART adsız debet kartının əlavə üstünlüklərini açıqlayır.
İndi cəmi 3 AZN ödəməklə 18 yaşına çatmış istənilən şəxs kampaniya çərçivəsində ALBUKART əldə edərək aşağıdakı üstünlükləri qazanacaq:
- SMS bankinq xidmətinə pulsuz qoşulma,
- Nağdlaşdırma komissiyası cəmi 1 %,
- Kart əldə edərkən ona bağlı nömrəyə "Bakcell"dən 50 dəq. şəbəkədaxili danışıq hədiyyə,
- ALBUKART-la "Bakcell" nömrəsinin balansına yüklənən hər 5 AZN üçün karta bağlı nömrəyə "Bakcell" tərəfindən 30 dəq. şəbəkədaxili danışıq hədiyyə,
- Kartı "Unibank"da ada rəsmiləşdirməklə həm karta yerləşdirilən vəsaitə illik 6 %-dək depozit faizi, həm də kartın istifadə imkanlarından daha çox faydalanmaq fürsəti,
- Alış-veriş zamanı 20 %-dək cashback (ödənişin müəyyən məbləğinin geri qaytarılması).
ALBUKART adsız debet kartı bazarda ilk unikal kartdır ki, bankda hesab açmadan anonim şəkildə maliyyə xidmətlərindən istifadə etmək üçün fərqli imkanlar yaradır. Kart sahibini dünyanın istənilən ölkəsində plastik ödəmə kartlarını qəbul edən bütün satış nöqtələrində alış-veriş zamanı nağd ödəmə yükündən azad edir və bir sıra üstünlüklər verir. Karta vəsaiti istənilən vaxt "Unibank"ın cash-in ATM-ləri və "eManat" ödəmə terminalları vasitəsilə yükləmək olar.
ALBUKART-ı "Unibank"ın Bakı filialları və "Bakcell"in xidmət mərkəzlərinə müraciət edərək cəmi 3 AZN-ə əldə etmək olar. "Bakcell" şirkətinin təklif etdiyi bonuslardan faydalanmaq üçün ALBUKART yalnız "Bakcell" nömrəsinə qoşulmalıdır.
ALBUKART barədə daha ətraflı məlumat üçün keçid: http://www.bakcell.com/az/albukart