Bazar ertəsi günü, 16 noyabr 2026
     

Əmək,,, Nazirliyi avtomatlaşdırılmış sosial yardım sistemi ilə bağlı əsassız iddialara cavab verdi

Image


Azərbaycanda ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılmış infrastrukturunun yaradılması, beləliklə aztəminatı ailələrin sosial yardım proqramından heç bir məmura müraciət etmədən, şəffaf şəkildə faydalanmalarına imkan verən bir sistemin qurulması ölkəmizdə son illərdə innovativ texnologiyaların tətbiqi sahəsində əldə olunan mühüm nailiyyətlərdən biridir. Bu gün əmək və sosial müdafiə sahələri üzrə digər avtomatlaşdırılmış sistemlər kimi, bu elektron sistem də idarəetmə və xidmətlər sahəsində mütərəqqi elektron təcrübə kimi dünyada təbliğ olunur.

Nazirliyin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O vurğulayıb ki, bununla belə, bəzi ekspertlər əhaliyə müasir və şəffaf xidmətlər sisteminin formalaşmasına səbəb olan bu qabaqcıl təcrübə nümunəsini gözdən salmağa, onun mahiyyətini qəsdən təhrif etməyə yönələn iddialar sərgiləyir.

 

“Bu iddialardan biri mövcud sistemin sosial yardım almaq istəyən aztəminatı ailələr üçün guya maneə yaratması ilə bağlıdır. Heç bir əsası olmayan bu iddia ilə əlaqədar bildiririk ki, Prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən 2016-cı il fevral ayının 15-dən tətbiq olunan Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə cari ilin mart-sentyabr aylarında avtomatlaşdırılmış qaydada 30 084 ailəyə (121 508 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı təyin olunub. Və bu gün ölkədə 135 762 ailə (583,8 min nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. Belə olan surətdə yeni sistemin sosial yardım almaq istəyən aztəminatı ailələr üçün guya maneə yaratdığını necə iddia etmək olar?”- deyən şöbə müdiri əlavə edib ki, ailələri təmsil edən vətəndaşlar əvvəllər kağız üzərində rəsmi müraciət edilməsi üçün ayrı-ayrı qurumlara müraciət edərək müxtəlif sənədlər toplamalı, bundan sonra həmin sənədləri müvafiq qurumların əməkdaşlarına təqdim etməli olurdular. VEMTAS vətəndaşları bu çətinliklərdən azad edib, çünki həmin şəxslər indi sadəcə olaraq “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə yalnız “Ərizə-bəyannamə”ni elektron qaydada dolduraraq sistemə daxil etməklə kifayətlənirlər: “Bununla belə, “Ünvanlı sosial yardım almaqla bağlı xeyli sənəd tələb olunur”, “tələb olunan sənədlərin sayının xeyli çoxalması” və s. kimi iddiaların ortaya atılması hansı əsasa söykənir? Vətəndaşın ailəsinin tərkibi, gəlirləri, əmlakı barədə sistemə məlumatlar daxil etməsi prosedurunu xeyli sayda sənədin tələb olunması kimi ifadə etmək nə dərəcədə düzgün yanaşmadır?”.

 

E.Babayevin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhalinin müvafiq sahədə məlumatlandırılması zamanı dəfələrlə vurğulanıb ki, vətəndaşların elektron şəkildə müraciət zamanı ailələrinin tərkibi, gəlirləri, əmlakı barədə sistemə daxil etdikləri məlumatlar elektron qaydada aidiyyəti qurumların informasiya bazalarında olan məlumatlar əsasında yoxlanılır. Əgər sistem vətəndaşın daxil etdiyi məlumatların qeyri-düzgün olduğunu aşkar edərsə, yardımın təyin olunmasından imtina qərarı verir. Bu qərarın verilməsinin səbəbi (yəni vətəndaşın səhv, qeyri-düzgün məlumat təqdim etdiyi) də sistemin vətəndaşa göndərdiyi elektron

 

məlumatda göstərilir: “Ona görə də kimsə yardım üçün elektron qaydada müraciət edərkən sistemə səhv, yanlış məlumat daxil edirsə və bu məlumatın qeyri-düzgün olması səbəbindən ona imtina qərarı göndərilirsə, bunu sistemin günahı kimi qəbul etmək, guya sosial yardımın alınması üçün əngəl yaratması kimi yozmaq diletant yanaşmadan başqa bir şey deyildir. Təəssüf ki, bir sıra vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət edərkən ailələrinin tərkibi, gəlirləri, əmlakı barədə səhv, qeyri-düzgün məlumatlar təqdim edir, bu səhv, qeyri-düzgün məlumatlara görə yardım təyin edilməsindən sistem avtomatlaşdırılmış qaydada imtina qərarı verdikdə isə əsassız yerə bundan narazı qalırlar. Halbuki həmin şəxslər bilməlidirlər ki, bu elektron sistem mükəmməl proqram təminatı əsasında qurulub və ona hansısa formada kiminsə müdaxilə etməsi mümkün deyildir. Eyni zamanda, əgər vətəndaşın adına bir neçə mobil nömrə vardırsa, o bu barədə də məlumatı doğru-düzgün şəkildə qeyd etməlidir. Çünki sistem tərəfindən ailə üzvlərinin xərcləri müəyyən olunakən onların mobil telefonları ilə bağlı xərcləri də nəzərə alınır. Vətəndaş adına bir neçə mobil nömrə olduğu halda, onlardan yalnız birini qeyd edirsə, o artıq sistemə qeyri-düzgün məlumat daxil etmiş olur və bu da sistem tərəfindən dərhal aşkar edilir. Ona görə də vətəndaş istifadə etmədiyi, lakin adına olan nömrəni adından çıxarmalıdır”.

 

Şöbə müdiri bildirib ki, ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət edən ailələrin kommunal ödənişlərinin məbləği ilə bağlı limitin müəyyən olunması da əslində ailənin xərclərinin müəyyən olunması vasitəsilə onun real yaşayış səviyyəsini, gəlirlərini müəyyənləşdirməyə imkan yaradır: “Guya bir çox hallarda hansı səbəbə görə onlara yardım təyin edilməsindən imtina edildiyi barədə məlumatın vətəndaşlardan gizlin saxlanılması barədə iddialar da tamamilə yalan və əsassızdır. Bir daha qeyd edirik ki, avtomatlaşdırılmış sistem tərəfindən hansısa ailəyə sosial yardımın təyin edilməsindən imtina qərarı verilirsə, bu barədə ailəni təmsil edən şəxsə göndərilən elektron məlumatda imtinanın səbəbləri aydın şəkildə ifadə olunur”.

 

E.Babayev diqqətə çatdırıb ki, informasiya texnologiyalarından anlayışı olmayan şəxslərin yardımın alınması üçün hansısa məmura müraciət etməli olduqları, məmurların da vətəndaşlara yardımın 2 ayının özlərinə götürülməsi şərtilə hansısa xidmət göstərmələri barədə yazıda əksini tapan fikirlər də dezinformasiyadan başqa bir şey deyil: “Heç bir əsası olmayan bu fikirlərə cavab olaraq qeyd edim ki, ünvanlı dövlət sosial yardımı sistemi bütünlüklə avtomatlaşdırılmış sistemdir. Burada yardım üçün edilən müraciətə baxılması və yardımın təyin olunub-olunmaması barədə qərar qəbulu prosesində nəinki məmur, ümumiyyətlə insan faktoru iştirak etmir. Elektron formada müraciət etməkdə çətinlik çəkən və ya bunun üçün müvafiq internet avadanlıqları olmayan vətəndaşlar üçün poçt şöbələrində müraciət etmək üçün lazımi şərait yaradılıb”.

 

Nazirlik rəsmisi aztəminatlı ailələrin reabilitasiyası, onlara iş imkanlarının yaradılması barədə yazıda ifadə olunan fikirlərlə bağlı isə diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, hazırda işsiz və işaxtaran vətəndaşların özünüməşğulluğunun təmin olunması proqramı icra olunur. Bu proqram aztəminatlı ailələrin kiçik ailə təsərrüfatlarının yaradılmasına, onların biznes imkanlarına yiyələnmələrinə, öz gəlirlərini artırmalarına şərait yaradır. 1500 ailənin özünüməşğulluq proqramlarına cəlb olunmasına imkan verən bu proqramın növbəti illərdə daha da genişləndirilməsi təmin olunacaq. Lakin bir cəhəti nəzərə almaq lazımdır ki, insanlar öz ailə bizneslərinə başlamamışdan öncə bu biznesi necə idarə etməyi öyrənməlidirlər ki, dövlət tərəfindən onlara veriləcək vəsaiti səmərəli istifadə edə bilsinlər. Məhz hazırda da ölkənin bütün regionlarında ƏƏSMN tərəfindən belə ailələr üçün 2 aylıq kurslar həyata keçirilir və bu kursları uğurla başa vuranlara öz bizneslərini başlamaq üçün müvafiq maddi-texniki baza yaradılacaqdır.

 

“Son olaraq bildirirəm ki, ölkəmizdə ünvanlı dövlət sosial yardımı üçün elektron müraciət sisteminin tətbiqi, sosial yardım almaq hüquqlarına elektron qaydada baxılaraq şəffaf şəkildə qərar verilməsi ilk vaxtlardan ictimaiyyət tərəfindən təqdir olunur. Nazirliyə və müxtəlif instansiyalara ünvanlanan çoxsaylı müraciətlərdə də ünvanlı dövlət sosial yardımlarının avtomatlaşdırılmasından vətəndaş məmnunluğu ifadə edilir. Belə olan təqdirdə bəzi saytlarda əsassız fikirlərə istinad edərək həmin sistemi cəmiyyətin gözündən salmağa cəhd göstərilməsi başadüşülən deyil, ən azından təxribata bərabərdir”- deyə şöbə müdiri bəyan edib.

 

Xəbər Xidməti



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ