Bazar ertəsi günü, 16 noyabr 2026
     

Əmək... Nazirliyində Tacikistanla əməkdaşlığın gələcək inkişaf istiqamətləri müzakirə olunub

Image


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Tacikistan Respublikasının əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Sumanqul Taqoyzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən baki-xeber.com-a verilən xəbərə görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizin sabitlik və inkişaf məkanı olduğunu, Prezident İlham Əliyevin uğurlu islahatlar kursu nəticəsində respublikada dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğunu vurğulayıb: “2003-2015-ci illərdə milli iqtisadiyyatın 3,4 dəfə artdığı ölkədə qeyri-neft sektoru daim genişlənir. Bu sahədə artım dinamikasının davamı kimi, cari ilin 9 ayında həmin sektorda 3,6 faiz artım əldə edilib. İqtisadi şaxələndirmə əmək resurslarının məşğulluğunun təminatı üçün iş yerlərinin yaradılmasında da xüsusi önəm kəsb edir və təkcə bu ilin 9 ayında respublikada 121 mini daimi olan daha 154 min yeni iş yeri açılıb”.

Ölkəmizin əmək bazarında sabit vəziyyətin hökm sürdüyünü qeyd edən S.Müslümov işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün peşə hazırlığı və əlavə təhsilin təşkili, peşə standartlarının hazırlanması və tətbiqi, inklüziv əmək bazarının inkişafı, sosial cəhətdən həssas əhali qruplarının məşğulluq imkanlarının genişləndirilməsi yönündə aparılan işlərdən bəhs edib. Nazir respublikada sosial-iqtisadi inkişaf proseslərinin ölkəyə miqrant axınının artması ilə müşahidə edildiyini, miqrasiya saldosunun müsbət istiqamətdə davam etdiyini, ötən il 1,1 min nəfər olduğunu bildirib: “Azərbaycan miqrasiya sahəsində daim təkmilləşən dövlət siyasətinə malikdir, bu sahədə mütərəqqi beynəlxalq yanaşmalar milli qanunvericilikdə əksini tapır. Eyni zamanda ölkəmiz BMT-nin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiyanın prinsiplərinin icrası sahəsində müsbət təcrübəyə malikdir”.

S.Müslümov son illərdə ölkəmizin əmək və sosial müdafiə sistemində elektron texnologiyaların geniş tətbiqi nəticəsində yaradılmış avtomatlaşdırılmış idarəetmə və xidmətlər sistemi barədə məlumat verib. Əmək müqavilələrinin elektron qeydiyyat sistemindən bəhs edən nazir əməkçi miqrantlarla bağlı vəziyyətin obyektiv şəkildə öyrənilməsində də bu sistemin mühüm rolunu diqqətə çatdırıb. O qeyd edib ki, sistemdə əməkçi miqrantlarla, o cümlədən Tacikistan Respublikasının vətəndaşları olan əməkçi miqrantlarla bağlanmış əmək müqavilələri də qeydiyyatdan keçirilir. Bu da ölkə vətəndaşları kimi, onların da əmək və sosial hüquqlarının təmin olunmasına hüquqi əsas yaradır: “Bununla yanaşı, Azərbaycan vətəndaşları kimi, ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər də artıq 10 ildən çoxdur ki, fərdi uçot sistemi ilə əhatə olunub. Həmin insanların gələcək pensiya təminatına stimul formalaşdıran bu sistemdə digər xarici ölkələrin vətəndaşları ilə yanaşı, Tacikistan vətəndaşları olan 50 nəfər də qeydiyyatdadır”.

Respublikamızda əmək bazarı proqramlarının genişləndiyini diqqətə çatdıran S.Müslümov Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı ilk dəfə ölkəmizdə dövlət səviyyəsində proqramın icra edildiyini vurğulayıb. Bu sahədə aparılan işlərlə bağlı nümayəndə heyətini məlumatlandıran nazir ümumilikdə hazırda ölkədə ailə biznesinin inkişaf etdirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətində mühüm yer tutduğunu bildirib.

Tacikistanla ikitərəfli formatda və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişaf etdiyini vurğulayan S.Müslümov cari ilin iyun ayında imzalanan “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikası Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında Saziş”in müvafiq sahədə əlaqələrin genişlənməsinə şərait yaratdığını bildirib: “Bu Saziş əmək bazarının tənzimlənməsi və əhalinin məşğulluğu probleminin həlli, insan resurslarının planlaşdırılması və inkişafı, əmək bazarının məlumat sistemləri, aktiv əmək bazarı siyasəti, əməyin mühafizəsi və digər sahələrdə fəal əməkdaşlıq üçün yeni imkanlar açıb. Biz bu imkanlardan faydalanaraq Tacikistanla qeyd olunan sahələrdə əməkdaşlığın inkişaf etdirilməsini diqqətdə saxlayırıq”.

S.Taqoyzoda Azərbaycanla əmək, miqrasiya, məşğulluq sahəsində əməkdaşlığın genişlənməsindən məmnun olduğunu, onun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin bu əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb. O, ölkəsində əmək, miqrasiya, məşğulluq sahələrində inkişafyönümlü islahatların davam etdiyini, bu islahatlar zamanı Azərbaycanla əməkdaşlıq müstəvisində təcrübə və məlumat mübadilələrinin aparılmasına xüsusi önəm verdiklərini bildirib. S.Taqoyzoda xüsusən müasir texnologiyaların tətbiqi, aktiv əmək bazarı proqramları, insan resurslarının inkişafı və s. üzrə Azərbaycan təcrübəsinin onlar üçün maraqlı olduğunu qeyd edib.

Görüşdə nümayəndə heyəti üçün əmək müqavilələri üzrə elektron qeydiyyat sisteminin təqdimatı olub.

İki nazirlik arasında əmək, miqrasiya, məşğulluq sahəsində əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran məsələlərə, gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdən sonra S.Taqoyzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Məşğulluq Mərkəzinin yeni iş şəraitinin istifadəyə verilməsi tədbiri olub.

Tədbirdə S.Müslümov vurğulayıb ki, dövlət məşğulluq siyasətinin bütün istiqamətlər üzrə gücləndirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkədə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsinə yönələn siyasətinin əsas prioritetlərindən biridir: “Dövlətimizin başçısının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 24 iyun 2016-cı il tarixli Fərmanı bu istiqamətdə növbəti mühüm addım olub. Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti

aparatının işçilərinin say həddi 56 ştat vahidi, rayon (şəhər) məşğulluq orqanlarının işçilərinin say həddi 852 ştat vahidi müəyyən edilib. Beləliklə də məşğulluq xidməti işçilərinin say həddi ümumilikdə 2,5 dəfə artırılıb və artıq ölkədə əhalinin hər 10,7 min nəfərinə bir nəfər məşğulluq xidməti əməkdaşı fəaliyyət göstərir ki, bu da müvafiq sahədə icra strukturunun kadr potensialının mütərəqqi dünya təcrübəsində mövcud olan normalara uyğunlaşdırılmasına imkan verib”.

Nazir həmin Fərmana uyğun olaraq görülən tədbirlər çərçivəsində Binəqədi rayon Məşğulluq Mərkəzində ştat vahidlərinin də 4 dəfə artırılaraq 24 ştat vahidinə çatdırıldığını qeyd edib: “Bununla yanaşı, yerli strukturlarının maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunması işləri aparılır. Burada əsas məqsəd əməkdaşların normal iş şəraitində çalışmalarına, eyni zamanda vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsinə şərait yaradılmasıdır”. Daha sonra mərkəzdə yaradılmış iş şəraitinə baxış olub.

S.Taqoyzodanın başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Regional Peşə Tədrisi Mərkəzinə gələrək, mərkəzdə peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili üçün yaradılmış şəraitlə tanış olub. Qonaqlara kursların təşkili ilə bağlı aparılan işlər, o cümlədən modul tədris proqramları, özünüməşğulluq proqramı üzrə mərkəzdə həyata keçirilən təlim prosesi ilə bağlı məlumatlar verilib. Hazırda Naxçıvan və Goyçay şəhərlərində də Regional Peşə Tədrisi Mərkəzlərinin fəaliyyət göstərdiyi, gələcəkdə digər bir sıra bölgələrdə də belə mərkəzlərin yaradılmasının nəzərdə tutulduğu qeyd olunub.

Nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə gələn Tacikistan nümayəndə heyəti burada sağlamlıq imkanları məhdud gənclər üçün təşkil olunan peşə hazırlığı kursları, habelə reabilitasiya şəraiti ilə yaxından tanış olub. 2013-cü ilin dekabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olan bu Mərkəzdə ötən müddətdə 870 nəfərdən çox sağlamlıq imkanları məhdud gəncin peşə hazırlığına cəlb edildiyi diqqətə çatdırılıb. Həmçinin mərkəzdə gənclərin dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin edildikləri də qeyd olunub.

Nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda da olub. Nümayəndə heyətinə mərkəzin fəaliyyəti, ölkəmizdə yaradılmış müasir sığorta-pensiya sistemi, o cümlədən avtomatlaşdırılmış pensiya təminatı sistemi barədə dolğun məlumatlar verilib. Hazırda respublikamızda 1,3 milyondan çox insanın pensiya ilə təmin edildiyi, son 12 ildə pensiyaların orta aylıq məbləğinin 10,3 dəfədən çox artırıldığı, pensiyaların orta aylıq məbləğinin yoxsulluq həddini iki dəfəyə yaxın üstələdiyi bildirilib.

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ