Sürətli mobil interneti hamı üçün əlçatan etməyi qarşısına məqsəd qoyan Azərbaycanın lider mobil operatoru "Azercell Telekom" öz abunəçilərini yeniliklərlə sevindirməkdə davam edir. Belə ki, sentyabrın 30-u "Azercell"in bütün abunəçiləri üçün yeni inanılmaz fürsət təqdim olunub.
Beləliklə, yüksək sürətli mobil internetdən istifadəni mümkün edən smartfonları əhaliyə əlverişli şərtlərlə təqdim etmək niyyətini əsas tutaraq, "Azercell" növbəti sərfəli "iPhone" kampaniyasını abunəçilərinin ixtiyarına verdi. Güzəştli şərtlərlə "iPhone 6S" telefonuna sahib olmaq istəyən abunəçilər ayda cəmi 99 AZN ödəməklə ən müasir smartfon cihazı və Hədsiz İnternet paketini əldə edir. Qeyd edək ki, həmin aylıq məbləğ daxilində abunəçilər 30 GB həcmində mobil internet əldə edəcək və 100 mb/s sürətədək "Azercell" 4G xidmətinin üstünlüklərindən faydalana biləcək.
Kampaniyaya qoşulmaq üçün abunəçilər paytaxt və bölgələrdə yerləşən "Azercell" müştəri xidmətləri, ekspres ofisləri, eləcə də "Azercell"in rəsmi diler dükanlarına müraciət edə bilər. "Azercell" şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməyə davam edəcək.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.